Войти

Abidin Fərzəliyev əksər tenderləri niyə bu məmurun qohumuna verir? - TƏFƏRRÜAT

Sosial

Abşeron İcra Hakimiyyəti Şəfəq qəsəbəsində parkın əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderini yekunlaşdırıb.

MEDİAXEBERLERİ.Az tribunainfo.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti bu dəfə fə tenderi “özgə şirkət”ə verməyib.

Belə ki, 329.699,08 manat dəyərində olan işlərlər bağlı “PROQRESS İNŞAAT EN” MMC ilə satınalma müqaviləsi imzalayıb.


Qeyd edək ki, “PROQRESS İNŞAAT EN” MMC Abşerona yad şirkət deyil. 

Abşeronun icra başçısı təkcə keçən ilin oktyabr-noyabr aylarında bu şirkətə 6 tender verib. Sarayda iki küçənin təmirinə 33.775,55 manat, Hökməli qəsəbəsndə iki küçənin cari təmirinə 148.564,36 manat, Aşağı Güzdək qəsəbəsidə bir yolun təmirinə 23.589,49 manat, Ceyranbatandakı Atatürk parkın əsaslı təmirinə 339.359,15 manat, 8 Noyabr Tədbirinin satın alınmasına 212.057,8 manat, Ceyranbatanda daha bir küçənin cari təmirinə isə 195.564 manat xərcləməsi bunlardan bir qismidir.

Nəzərinzə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.

Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Bəs, Abşeronun icra başçısı Abidin Fərzəliyevin “Proqress İnşaat En” MMC-yə olan sevgisi haradan yaranıb və nədən qaynaqlanır? 

Məlum olub ki, sözüegedən şirkətin qanuni təmsilçilərindən biri olan Eldar Şirinov heç də sıradan bir adam deyilmiş. Əksinə, onun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. Elə bu halın özü kifayət edir ki, Fərəzliyev həm özü, həm də yeznə qazansın prinsipi ilə hərəkə edərək, yerlisinin yeznəsinə rayonda geniş imkanlar yaratsın.

Rafael Mehrəliyev isə odioz fiqrulardan biri sayılır. Adı müxtəlif tenderlərdə, qalmaqallı məsələlərdə, habelə korrupsiya hallarında çəkilib. Lakin onun barəsində indiyə qədər hər hansı qanuni tədbirin görülməsinə dair məlumat yoxdur.

İntensiv yağışlar ölkənin bəzi bölgələrində ciddi fəsadlar törətdi: "Evlərimiz suyun içindədir"

Sosial

Gəncə şəhəri, Məhsəti qəsəbəsi, şəhid Müşfiq Adıgözəlov adına küçə hər dəfə yağan yağışdan sonra acınacaqlı vəziyyətə düşür.

İntensiv yağışlar zamanı sözügedən küçədə 10-a yaxın ev suyun içində qalır. Küçədə yaranan gölməçə keçilməz olduğundan sakinlər yolu hər iki tərəfdən kəndirlə bağlayırlar.

"Evlərimiz suyun içindədir. Hamı evini satışa çıxarıb. İstəyirlər ki, suyun əlindən çıxıb getsinlər. Uşaqlarımız məktəbə gedə bilmirlər. Taksi də gəlmir bura. Nə girə bilirik, nə də çıxa bilirik, zülmün içində qalmışıq", - deyə Gəncə sakini narazılığını dilə gətirib.

İllərdir həllini tapmayan problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda içməli və çirkab su sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə həyata keçirilir.

Layihənin Məhsəti qəsəbəsində də icrasından sonra mövcud problem həllini tapacaq.

Ətraflı Baku TV-nin süjetində:



Gəncə şəhər Məhsəti qəsəbəsində yağış suları küçələrə dolub, yollarda hərəkət çətinləşib.

"Report"un məlumatına görə, gecə saatlarında yağan güclü yağış Gəncə şəhərində bəzi küçələrdə fəsadlar törədib.

Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəyə yağış suları dolub. Avtomobil və piyadaların hərəkətində çətinliklər yaranıb.

Şəhər ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.


Vətən müharibəsinin 22-ci günü - 27 il sonra bitən həsrət

Sosial

2020-ci il oktyabrın 18-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi ikinci günü.

Mediaxeberleri.Az xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq, növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozur, Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də rayonun Araz boyunca yerləşən və işğaldan azad olunan kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutur. Mənfur düşmən, həmçinin, cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərir.

Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd "S-300" zenit-raket kompleksinin rakettuşlama stansiyası, beş ədəd "T-72" tankı, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli raket sistemi, iki ədəd "Smerç", bir ədəd "D-20" haubitsası və bir ədəd "KS-19" zenit topu, altı ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Günorta saatlarında cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbə endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti "Su-25" hücum təyyarəsi, eləcə də Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna atılan raket də Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilir. Elə günün həmin saatlarında Ordumuzun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilir.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əl Cəzirə" televiziya kanalına müsahibəsində Ermənistanın son təxribatları və törətdiyi müharibə cinayətləri barədə ətraflı məlumat verir:

"Dünya birliyinin Ermənistanın qeyri-qanuni fəaliyyətinə və törətdiyi hərbi cinayətlərə qarşı susqunluq nümayiş etdirməsi və bu hadisələri kəskin şəkildə pisləməməsi Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə rəvac verir. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu hərəkətlərini kəskin şəkildə pisləməyə və onu belə təxribatlar törətməkdən çəkindirməyə, həmçinin bu işğala son qoymasını tələb etməyə çağırırıq. Ermənistan regionda sabitliyə və təhlükəsizliyə yeganə ciddi təhdid olaraq qalır".

Ən əsası isə - belə bir tarixi gündə Prezident İlham Əliyev xalqımıza növbəti qələbə müjdəsini verir. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Xudafərinin azad olunduğunu bildirir:

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazılır.

Mərahim Nəsib

Yardımlıda müəllimlə təhsil sektorunun müdirinin əlbəyaxa davası ilə bağlı AÇIQLAMA

Sosial

Bir neçə gün əvvəl Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Cəlil Zabidov və bu rayonun təhsil sektorunun müdiri Kamal Təhməzov arasında insident baş verib.

Bizim.media xəbər verir ki, müəllim sektor müdirinin xidməti otağına daxil olaraq videoçəkiliş aparıb və onu müxtəlif qanunsuzluqlara yol verməkdə ittiham edib.

Hətta tərəflər arasında münaqişə əlbəyaxa həddinə çatıb.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, C.Zabidov əsasən adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddia irəli sürüb.

"Dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq, Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan "video.edu.az", "trims.edu.az" və "e-dərslik.edu.az" platformalarında yerləşdirilir.

Artıq Zabidovun səsləndirdiyi digər iddialarla bağlı aparılan araşdırma Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb. Həmçinin hadisənin kobudluq formasında baş verdiyi, icazəsiz videoçəkiliş hüquq-mühafizə orqanlarında araşdırılacaq".





Azərbaycanda təcili yardım xidməti ödənişli olacaq? - Rəsmi açıqlama

Sosial

Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.

Mediaxeberleri.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.

O bildirib ki, belə məsələ gündəmdə yoxdur.

V.Qurbanov xatırladıb ki, əhaliyə göstərilən təcili tibbi yardım xidməti tam ödənişsizdir: "Bu gün üçün dövlətin bu sahədə əsas hədəfi əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Düzdür, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişlidir. Bu da xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur. Vətəndaşlar bilməlidir ki, xidməti əsassız məşğul etmək həm dövlət büdcəsindən, həm də icbari tibbi sığorta üzrə nəzərdə tutulan fondun maliyyəsindən sui-istifadə hallarına səbəb ola bilər. Bununla belə, hazırda ödənişli xidmət məsələsi gündəmdə yoxdur".

Vüqar Qurbanov bildirib ki, bazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var və hava limanındadır. O bildirib ki, ehtiyac yarandığı təqdirdə onlardan istifadə olunur:

"Tabeliyimizdə olan həmin helikopterlərdən ancaq Vətən müharibəsində və antiterror əməliyyatları zamanı istifadə edə bilmişik. Çünki Bakı və regionların yol infrastrukturunun yaxşı olduğunu nəzərə alaraq təcili tibbi yardım avtomobilinin helikopter vasitəsilə daşınma nisbətindən daha sürətli ola biləcəyini düşündüyümüzdən ehtiyac olmayıb. Hesab edirəm ki, helikopterlərdən adətən dağlıq və çətin relyefi olan ərazilərdən xəstə daşınması məqsədəuyğundur. Eyni zamanda Azərbaycan əhalisinin sayına görə iki tibbi helikopterlərin olmasının optimal olması qənaətindəyəm".

Tovuzda çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ

Sosial

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

Belə ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.

Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "Köz dönər" adlı iaşə obyektində baş verib:

"Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik".

Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.

Ətraflı "Xəzər xəbər"in süjetində:



Tovuz rayonunun Qovlar şəhərində 21 nəfər müxtəlif saatlarda zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat (TƏBİB) verilib.

Məlumatda qeyd olunub ki, zəhərlənmə hadisələri 14 -15 oktyabr tarixlərində baş verib:

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb".

Tovuz rayonunun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb:

"Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.



Məhərrəm Əliyev

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslər bunlardır:

Qovlar şəhər sakinləri

2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;

1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;

1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;

2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;

2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;

1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva;

İbrahimhacılı kənd sakinləri

1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;

2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;

2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;

1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;

1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov;

Köhnəqala kənd sakinləri

2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;

2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;

2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev;

Alakol kənd sakini

1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva

Əyyublu kənd sakini

1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;

Gəncə şəhər sakinləri

2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;

2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.

Qeyd edək ki, 5 gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.

Vətən müharibəsinin 21-ci günü - Füzuli şəhəri işğaldan azad edilir

Sosial

2020-ci il oktyabrın 17-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi birinci günü.

Mediaxeberleri.Az xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini, həmçinin müharibə başlayandan etibarən beşinci dəfə Gəncə şəhərini atəşə məruz qoyur. Erməni Silahlı Qüvvələri hücum zamanı "Skad" ballistik raketlərindən istifadə edirlər. Raketlər əhalinin sıx yaşadığı əraziyə düşür. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşür. Nəticədə 20 ev dağılır, xeyli sayda mülki şəxs dağıntıların altında qalır. Hücum nəticəsində 15 nəfər həlak olur, 55 nəfər isə yaralanır.

Bununla belə Ermənistan ordusu həmin saatlarda növbəti dəfə Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəf almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atır. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərərsizləşdirilir.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini yenidən atəşə tutur.

Ermənistandan fərqli olaraq mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, yeddi ədəd "T-72" tankı, iki ədəd "BM-21" "Qrad" YARS, səkkiz ədəd "D-30" və bir ədəd "D-20" haubitsa topları, döyüş sursatı ilə yüklənən 10 ədəd yük maşını və yeddi ədəd digər avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, iki ədəd "Uraqan" sistemi, bir ədəd "TOS 1a" odsaçan sursatı, iki ədəd "Elbrus" əməliyyat-taktiki raket kompeksi, bir ədəd "Toçka-U", iki ədəd "S-300" kompleksləri, 35 ədəd "Osa", üç ədəd "Tor", beş ədəd "Kruq" və "Kub" zenit-raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtomobili məhv edilir. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilir. Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan -Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan Ordusu mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd "Tor-M2KM" zenit-raket kompleksi məhv edilir.

Canlı qüvvə sarıdan da xeyli itki verən Ermənistan ordusu həmin gün növbəti zərbəni alır. Erməni silahlı qüvvələrinin "Qara Qaplan" könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan məhv edilir.

Elə həmin gün Prezident İlham Əliyev xalqımıza uzun illərdir gözlədiyimiz müjdəni verir. Ölkə başçısı xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.

Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan da məhv edilənlər arasında olur.

Bütün bunların fonunda 18 oktyabr, saat 00:00-dan etibarən Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verir.

Mərahim Nəsib

Bu gecə bəzi bank kartları işləməyəcək

Sosial

Bu gecə 01:00-dan 07:00-a qədər "Azericard" prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq.

Mediaxeberleri.Az "Operativ Media"ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər.

"Azericard"ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.

Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI

Sosial

Oğlum İlham Dadaşov 1992-ci ildə itkin düşüb. Ermənilər meyiti vermədilər. Sonra onlar məndən meyiti qaytarmaq üçün bir ton benzin istədilər. Ermənilər oğlumun cəsədini yalnız benzin qarşılığında verə biləcəklərini dedilər. Lakin mən başqa ailələrin gözü yaşlı qalmasın deyə təklifdən imtina etdim. Mən övladımdan keçdim. Ancaq benzin vermədim.

Mediaxeberleri.Az Azərtac-a istinadən xəbər verir ki, bunu “Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşəbbüsü ilə itkin düşmüş hesab edilən 40 şəxsin ailə üzvlərinin Bakı-Ağdam-Xocalı-Şuşa-Xankəndi-Bakı marşrutu üzrə səfərində iştirak edən Elmira Dadaşova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, oğulları cəbhədə döyüşən anaların övlad itkisi ilə üzləşməməsi üçün erməni quldur birləşmələrinin təklifi ilə razılaşmayıb:

“Digər anaların da mənim kimi əzab çəkməsini istəmədim. Səfər zamanı oğlumun uğrunda canını fəda etdiyi Vətən torpağını qucaqladım, balamın ətrini həmin torpaqlardan aldım.

Mənim, bütün itkin ailələrinin tələbi budur ki, Ermənistan məzarların yeri barədə məlumat versin. Mən 34 ildir bala deyib ağlayıram”.

Qeyd edək ki, otuz ilə yaxın davam edən torpaq həsrəti bitsə də, 4 minə yaxın ailənin gözü yollardan çəkilmir. Elə bu məqsədlə də "Qarabağ İtkin Ailələri" İctimai Birliyi bir qrup itkin ailəsinə az da olsa təskinlik vermək üçün onların işğaldan azad edilmiş ərazilərə səfərini təşkil edib. Səfər zamanı onlar Xankəndi və Şuşa şəhərlərində yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. İtkin ailələrinin üzvləri Ağdam və Xocalıda yerləşən Şəhidlər xiyabanlarını da ziyarət ediblər.

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sosial

Sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 15-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

В будущее В прошлое

Навигация