Войти

BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb

Manşet

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 5-6 dekabr tarixlərində Bakı şəhərində "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından səmərəli addım olub. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir.

Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı 10-a çatıb.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır".

Prezidentdən Qərbi Azərbaycan AÇIQLAMASI: "O vaxta qədər ki..."

Manşet

"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar".

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır.

"Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin", - deyən Prezident, həmçinin vurğulayıb:

"Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər".

"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” - İlham Əliyev

Manşet

"Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu".

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır.

“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - Prezident əlavə edib.

İlham Əliyev: Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir

Manşet

Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi.

Mediaxeberleri.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Yaxın və orta keçmişə nəzər saldıqda, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən”.

Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil."Report"

87 DÖYÜŞ GƏMİSİ, 28 PUA və 31 DÖYÜŞ TƏYYARƏSİ... - Türkiyə ordusu Xəzərə gəlir

Manşet

Türkiyə, "Mavi Vatan 2025" təlimini 87 gəmi, 7 sualtı qayıq, 31 təyyarə və yerli-milli sistemlərlə 20 min nəfər heyətin iştirakı ilə Xəzər dənizi, Ege dənizi və Aralıq dənizində eyni anda keçirəcək.

Təlim Yunan mətbuatı tərəfindən narahat bir üslubla oxuculara təqdim edilib.

Böyük miqyaslı təlim, Türk Silahlı Qüvvələrinin dəniz əməliyyatlarındakı hazırlığını artırmağı, tapşırıq səmərəliliyini yüksəltməyi və koordinasiya bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Bu təlim Türkiyənin dənizlərdəki fəaliyyətini və əməliyyat qabiliyyətini eyni anda Xəzər dənizi, Ege dənizi və Aralıq dənizində test edəcək.

Mediaxeberleri.Az  "milli.az"-a istinadən xəbər verir ki, Yunanıstan mətbuatı "Mavi Vatan 2025" təliminə geniş yer ayırıb.

"Ta Nea" qəzeti "100 döyüş gəmisi ilə Mavi Vatan" başlığını istifadə edərək Türkiyənin regional gücünü artırmasından bəhs edib. Təlimin vaxtı, Yunanıstan Baş Naziri Kiriakos Miçotakisin Ankaraya səfəri öncəsi diqqət çəkib.

"Kathimerini qəzeti", "Ankaradan 2025-ə "Mavi Vatan'" ilə başlayış" başlığını istifadə edərək Türkiyənin dənizlərdəki strateji hədəflərinə işarə edib.

Təlimdə Türk Dəniz Qüvvələrinin inventarına yeni daxil olan yerli və milli silah sistemləri, sursatlar və pilotsuz sualtı vasitələr istifadə olunacaq. Bu texnologiya, təlimin həm müdafiə sənayesi baxımından, həm də milli təhlükəsizlik siyasətləri baxımından kritik əhəmiyyət daşımasını təmin edir.

Dəniz Qüvvələrindən əlavə, Quru və Hava Qüvvələri ilə Sahil Təhlükəsizlik Komandanlığının da qatılacağı təlim Türkiyənin üç dənizdə eyni anda əməliyyat təşkil etmə qabiliyyətini göstərir. "Mavi Vatan 2025" Türkiyənin dənizlərdəki fəaliyyətini artırma strategiyasının ən önəmli addımlarından biri kimi görülür.


"Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur" - Ərdoğan

Manşet

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

“Report” xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.

“Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - Ərdoğan deyib.

O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.

Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.

“Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, – Ərdoğan bildirib.

“İSTEFA VERSƏ DƏ, SİYASİ ƏDƏBİNİ QORUMADI...” – Tokayevdən Nazarbayevlə bağlı rezonans doğuran AÇIQLAMALAR

Manşet

“Nursultan Nazarbayev istefa versə də, Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edərkən siyasi ədəbini qorumadı. Baş naziri, Milli Bankın sədrini, nazirləri, qubernatorları mütəmadi olaraq dəvət edir, görüşlər keçirirdi. Öz vətəndaşlarımız, xarici liderlər, diplomatlar da təəccüblənirdilər”.

Bu sözləri Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev “Ana Tili” qəzetinə verdiyi müsahibəsində 2022-ci ilin yanvarında baş vermiş iğtişaşlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, həmin dövrdə cəmiyyətdə istehza edirdilər ki, Nazarbayev vəzifəsini tərk edəndən sonra hətta yüksəldilib, indi Prezident də ona hesabat verir. Əslində bu zarafat deyildi.

“Bu vəziyyət ikihakimiyyətliliklə bağlı geniş miqyaslı söhbətlərə səbəb olub. Məmurlar ofislərdə o qapıdan bu qapıya qaçırdılar. Yumşaq desək, bəzi məmurlar bu inanılmaz vəziyyəti qanuniləşdirməyə çalışdılar. Nursultan Nazarbayev 2021-ci ilin noyabrında Astana klubunun iclasında 92 yaşlı Mahathir Məhəmmədi misal çəkərək, Akordaya qayıda biləcəyini dedi. Nursultan Nazarbayevin bu bəyanatı və həmin ilin dekabrında Sankt-Peterburqda keçirilən MDB sammitində iştirakı hakimiyyət böhranına səbəb olan əsas hadisələr idi. Ancaq sağlam düşüncə nümayiş etdirmək və Nursultan Nazarbayevin Qazaxıstanın inkişafına verdiyi tarixi töhfəni düzgün qiymətləndirmək lazımdır”, - deyə Prezident vurğulayıb.

Tokayev bildirib ki, Prezident kimi dövlətin maraqlarını rəhbər tutmaq, milli birliyi hər şeydən üstün tutmaq onun borcu olub. “İndi ayda bir dəfə telefonla danışırıq”.

Tokayev həmçinin deyib ki, Nursultan Nazarbayevlə Vladimir Putinin dekabr görüşü son bir ildə ikinci görüşdür: “Payızın əvvəlində keçirilən ilk görüş mediada qeyd olunmadı. Çox güman ki, köhnə dostlar və həmkarlar kimi görüşüblər. Belə görüşlər adətən Nursultan Abişulanın təşəbbüsü ilə keçirilir. Bu onun üçün çox vacibdir. Qazaxıstan SSR Nazirlər Sovetinin keçmiş sədri, partiyanın rəhbəri və suveren Qazaxıstanın Prezidenti kimi Nursultan Nazarbayevin Kremllə sıx mənəvi və siyasi əlaqələri var. Moskvada çox vaxt keçirib, bir neçə dəfə ezamiyyətdə olub, qurultay və plenumlarda iştirak edib, işgüzar və rəsmi səfərlər edib...”

Azpost.az

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə müraciəti - VİDEO

Manşet


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə müraciət edir.

 




"Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib" - Dövlət başçısı

Manşet

Ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq.

 

Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

 

Bu reallıqları Vətən müharibəsinin yaratdığını qeyd edən dövlətimizin başçısı bildirib: “Dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.

Rusiyanın oyunu baş tutmadı - Əliyev nöqtəni qoydu

Manşet

Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab idi.

Mediaxeberleri.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın olayla bağlı faktları gizlətməyə çalışdığını bildirib:

“Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab oldu. İlham Əliyev Rusiya hakimiyyətinin üç gün səssiz qalması və təyyarənin qəzaya uğramasını “təbii səbəblər”lə əlaqələndirməsindən narazılığını ortaya qoydu. Dövlət başçısı Rusiyanın izi itirməyə çalışdığına dair konkret suallar səsləndirdi.

İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Dövlət Televiziyasına (AZTV) verdiyi müsahibəsində Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Bu o deməkdir ki, Kreml sahibinin telefonda səsləndirdiyi üzrü yarımçıq olub. Çünki Putin Rusiyanın cavabdeh olduğunu etiraf etməyib. İlham Əliyev isə müsahibəsində Rusiyanın üzrxahlığından sonra etiraf və kompensasiyanın ödənilməsinin vacibliyini bildirib.

Rusiyanın siyasi və ekspert dairlərində etiraf və kompensasiya mövzularında müzakirə getmir, İlham Əliyevin açıqlamalarını görməzlikdən gəlməyə çalışırlar. Kreml icazə vermir. Əksinə, Kremlin nəzarətindəki televiziya kanalları və bloqerlər baş verən hadisəyə görə nəyə görəsə Ukraynanı günahkar sayırlar, guya Ukrayna dronları qəsdən sərnişin təyyarəsinin uçuşuna mane olublar. Bunun özü də cinayətin izini itirməyə və cavabdehlikdən boyun qaçırmağa yönəlik təşəbbüslərdir”.

Elxan Şahinoğlu xatırladıb ki, Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Çeçenistana göndərib:

“Bastrıkin Qroznıda əməliyyat müşavirəsi keçirib. Putin anlamamış deyil ki, İlham Əliyevin təyyarə qəzasıyla bağlı haqlı tələbləri yerinə yetirilməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Ancaq Putin Əliyevin tələblərini yerinə yetirsə belə, vurulan təyyarəyə niyə Qroznı və yaxınlığındakı hava limanlarından birinə enməsinə icazə verilməməsi sualı heç vaxt gündəmdən düşməyəcək.

Kremlin “pilotlar özləri Aktau istiqamətini seçiblər” versiyasını səsləndirməkdə davam etməsi Azərbaycan və beynəlxalq aləmdə qəbul edilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
В будущее В прошлое

Навигация