Войти

Dollar həftəyə bu qiymətlə başladı

İqtisadi xəbərlər və təhlil

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Mediaxeberleri.Az-ın məlumatına görə, 2024-cü il dekabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat,Türkiyə lirəsi 0,0486 manata manat təşkil edib. Avro 1,7878 manatadək , Rusiyanın 100 rublu isə 1,6505 manata kimi bahalaşıb.



1 ABŞ dolları

USD

1,7

1 Avro

EUR

1,7878

1 Avstraliya dolları

AUD

1,0839

1 Belarus rublu

BYN

0,4885

1 Bolqarıstan levi

BGN

0,9138

1 BƏƏ dirhəmi

AED

0,4628

100 Cənubi Koreya vonu

KRW

0,1184

1 Çexiya kronu

CZK

0,0715

1 Çin yuanı

CNY

0,2335

1 Danimarka kronu

DKK

0,2397

1 Gürcüstan larisi

GEL

0,605

1 Honq Konq dolları

HKD

0,2186

1 Hindistan rupisi

INR

0,02

1 Britaniya funt sterlinqi

GBP

2,1481

10 000 İran rialı

IRR

0,0385

1 İsveç kronu

SEK

0,155

1 İsveçrə frankı

CHF

1,9081

1 İsrail şekeli

ILS

0,472

1 Kanada dolları

CAD

1,1952

1 Küveyt dinarı

KWD

5,5211

100 Qazaxıstan tengəsi

KZT

0,3242

1 Qətər Realı

QAR

0,4663

1 Qırğızıstan somu

KGS

0,0196

100 Macarıstan forinti

HUF

0,4375

1 Moldova leyi

MDL

0,0932

1 Norveç kronu

NOK

0,1526

100 Özbəkistan somu

UZS

0,0132

100 Pakistan rupisi

PKR

0,6114

1 Polşa zlotısı

PLN

0,4194

1 Rumıniya leyi

RON

0,3598

100 Rusiya rublu

RUB

1,6505

1 Serbiya dinarı

RSD

0,0153

1 Sinqapur dolları

SGD

1,2601

1 Səudiyyə Ərəbistanı rialı

SAR

0,4524

1 SDR (BVF-nin xüsusi borcalma hüquqları)

xdr

2,2287

1 Türkiyə lirəsi

TRY

0,0486

1 Türkmənistan manatı

TMT

0,4857

1 Ukrayna qrivnası

UAH

0,0408

100 Yaponiya yeni

JPY

1,1058

1 Yeni Zelandiya dolları

NZD

0,9827

1 Qızıl

XAU

4510,296

1 Gümüş

XAG

51,8895

1 Platin

XPT

1564,366

1 Palladium

XPD

1622,395

 

Milyonluq tenderlərin qalibinin vergi borcu 500 min manatı ötdü

İqtisadi xəbərlər və təhlil

"Fuga Group" MMC-nin vergi borcu yaranıb.

 

Mediaxeberleri.Az-ın xəbərinə görə, şirkətin dövlətə hazırki dövrədək 512 673 manat borcu var.

 

Qeyd: Nizamnamə kapitalı 60 000 AZN olan MMC-nin qanuni təmsilçisi Musa Qüdrət oğlu Əsgərovdur. Şirkət ötən il Baş Dövlət Yol Polisi İdarəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin (İşıqforlar və ona aid ehtiyyat hissələrinin satınalınması) 1 695 271, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 2 299 757 manatlıq tenderlərinin qalibi olub. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.

 

Xəyal Quliyev

Bu şəxslərin maaşı artırılır - ŞAD XƏBƏR

İqtisadi xəbərlər və təhlil

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.

Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.

Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.

Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.

Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.


Azərbaycanda bu şəxslərə mal-qara veriləcək - SİYAHI

İqtisadi xəbərlər və təhlil

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində 69,5 milyon manatlıq mal-qara alır.


Mediaxeberleri.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderdə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Belə ki, agentlik aşağıdak mal-qaranı sifariş edir:

1) 3 yaşa qədər diri çəkisi minimum 265 kq olan 14 400 inək,

2) 2-4 yaş arası çəkisi minimum 45 kq olan 40 000 qoyun,

3) 2-4 yaş arası çəkisi minimum 55 kq olan 2 000 qoç,

4) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 10 000 keçi,

5) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 1000 təkə,

6) minimum 15000 sayda işçi arıdan ibarət olan 14 000 arı ailəsi (Ana arı ən azı 1 yaşında olmalıdır),

7) Qarışıq yem – 800 kq (5840 kq)

8) Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material) - 700 dəst,

9) Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt) - 700 ədəd.

Dövlət Məşğulluq Agentliyi sözügedən mal-qaranın alınmasına 69 552 210 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Məlumat üçün xatırladaq ki, agentlik özünüməşğulluq layihəsi çərçivəsində mal-qaranı adətən “Agro Best” şirkətindən alır. Qurum bu ilin may ayında həmin şirkətdən 66,8 milyon manatlıq mal-qara alıb.Açıqlanan məlumatlara əsasən, 2021-ci ildən bəri özünüməşğulluq layihəsi çərçivəsində şirkətlə Agentlik arasında dəyəri 258 milyon manatdan artıq satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər. Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər qeydiyyatda olduğu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

İqtisadi xəbərlər və təhlil

Dünya birjalarında neft yenidən bahalaşıb.

Mediaxeberleri.Az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,49 dollara, yüngül neftin bir barreli isə 71,29 dollara satılır.

Azərbaycan və Belarus baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır

İqtisadi xəbərlər və təhlil

Azərbaycan və Belarus baytarlıq preparatlarının birgə istehsalını təşkil etməyi planlaşdırır.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi məlumat yayıb.

Birgə müəssisə Azərbaycanda yaradılacaq.

Belarusun “BelVitunifarm” şirkətinin baş direktoru İlya Darovski və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev Bakıda iki qurum arasında məxfilik müqaviləsi və əməkdaşlıq sazişi imzalayıblar.

Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən qeyd edilib ki, Azərbaycanda baytarlıq preparatlarının istehsalı hər iki tərəf üçün kommersiya faydaları ilə yanaşı, yeni perspektivli bazarlara çıxış imkanı verəcək.

"Reklamda 9 deyilir, amma gedib görürsən ki, 20 faizlik kredit verilir" - Bankların FAİZ ŞOUSU

İqtisadi xəbərlər və təhlil

Dara düşən, maddi sıxıntı yaşayan, hansısa problemlərini qaydasına qoymağa çalışan vətəndaşların çıxış yolu kimi ağıllarına gələn ilk variant banklardan kredit götürmək olur. Ehtiyaclı vətəndaşlar banklara yönəlməzdən əvvəl onların faizləri arasında seçim edirlər. Burada bir çox bankın reklamları əsas rol oynayır.Oxu.Az-ın redaksiyasına gələn şikayətləri və sosial şəbəkələrdə yazılanları əsas tutsaq, əksər bankların saxta faizlər təqdim etdiyi iddia olunur.

Görünən reallıq odur ki, banklar reklamlarda doqquz faizlik kreditlər təklif edirlər. Vətəndaşların iddiası isə odur ki, bu reklamlar müştərini cəlb etmək üçün manipulyasiyadır və saxtadır. İddia olunur ki, reallıqda banklar 15-20 faizlik kreditlər təklif edirlər, kreditləri reklamlarda qeyd olunan faizlərlə almaq mümkün deyil.

Maraqlıdır ki, bu məsələyə kim nəzarət edir? Reallıqda vəziyyət nə yerdədir?

Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, süni reklamlara qarşı mübarizənin gücləndirilməsi çox vacibdir:

"Çünki bəzi hallarda reklamda elan olunan rəqəmlər və ya güzəştlərlə reallıqda olan rəqəmlər üst-üstə düşmür. Bu da nəticədə vətəndaşın reklama aldanaraq həmin xidmətdən istifadə etməsi ilə nəticələnir. Sonradan məlum olur ki, reklamda təklif olunan xidmətlə reallıqda təqdim olunan xidmət fərqlidir. Məsələn, reklamda doqquz faiz deyilsə də, sonradan məlum olur ki, daha yuxarı faizli kredit təklif edilib. Çox vacibdir ki, bu istiqamətdə nəzarət gücləndirilsin. Rusiyanın təcrübəsinə baxsaq, orada süni reklamlara qarşı mübarizə həyata keçirilir. Bu barədə qanun qəbul edilib və süni reklamlar qadağandır. Azərbaycanda da monitorinqlərin genişləndirilməsinə ehtiyac var ki, istehlakçıların hüquqları pozulmasın".

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, banklar müştəri cəlb etmək üçün müxtəlif xərcləri çıxmaqla yalnız faizi göstərərək spekulyasiya edirlər:

"Reklam haqqında" Qanunda bu məsələnin yolverilməz olduğu öz əksini tapır. Dövlət Reklam Agentliyi bu məsələlərin monitorinqini aparmalıdır və sözügedən situasiyaya görə bankları cərimələməlidir. Bankın yalan reklamı təbliğ etməsi qətiyyən yolverilməzdir. İnkişaf etmiş ölkələrdə bu məsələlərə çox ciddi nəzarət həyata keçirilir".

Ekspert əlavə edib ki, bankları sıxışdırmaqla kredit faizlərini aşağı endirə bilmərik:

"Fikrimcə, kommersiya banklarına Mərkəzi Bank donorluq etməlidir. Mərkəzi Bank kommersiya banklarına 3-5 faizlik ucuz kreditlər verməlidir. Kommersiya bankına 3 faizlik ucuz kredit verilsə, onlar da vətəndaşlara uzağı 7-8 faizlik kredit ayıra bilərlər. Kredit faizlərini aşağı salmaq üçün kredit portfelindəki əmanətlərin payını azaltmalıyıq".

Məhərrəm Əliyev

Neftin bu günə olan qiyməti

İqtisadi xəbərlər və təhlil

Dünya birjalarında neft cüzi ucuzlaşıb.

Mediaxeberleri.Az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 73,48 dollara, yüngül neftin bir barreli isə 70,11 dollara satılır.

Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq... YENİLƏNİR

İqtisadi xəbərlər və təhlil

Bir neçə il əvvəl Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə faktlara əsaslanan araşdırma yazı dərc etmişdik.


Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olub. 

Əldə edilən məlumata görə, “dana monopoliyası”nın nümayəndəsi bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

İddialar və Faktlar

Məlumata görə, Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.

Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni xırda və iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada oturur, o biri QOLU isə Azərbaycana uzanır.


Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur. 


Mediaxeberleri.Az xatırladır ki, NUH.az saytı “dana monopoliyası” ilə bağlı ciddi araşdırmalar aparıb. Çünki bu monopolistlər qeyri-qanuni milyonlar qazanır, millətimiz isə, “qızıl qiyməti”nə olan ətə tamarzı qalıb.

Hüquqi Boşluqlar və Laqeydlik


Cəmiyyətdə belə suallar yaranır: 

Dadaş Şükürovun əvvəllər vergi yayınmaları ilə bağlı təqsirli bilinməsi və hüquqi məsuliyyətə cəlb edilməsi məlum olduğu halda, onun  “dana monopoliyası” ilə əlaqədar ittihamları niyə araşdırılmayıb? 

Mediaxeberleri.Az hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırma aparmasının və hüquqi boşluqların aradan qaldırılması yönümündə atılan addımların vacibliyini vurğulayır. 

Bu vəziyyət hüquq sistemində şəffaflığın və ədalətin təmin edilməsinin vacibliyini bir daha vurğulayır. 


Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.



Rusiyadan heyvan idxalında monopoliya yaradan, iki dəfə tutulan Dadaş Şükürov kimdir? - Sensasion adlar...

İqtisadi xəbərlər və təhlil

Azərbaycanda son illər iribuynuzlu heyvanların idxalı ilə bağlı ciddi bir inhisarçılığın hökm sürdüyü haqda həyəcan təbili çalınır. İş adamları, fermerlər, bu sahə üzrə fəaliyyət göstərənlər iddia edirlər ki, yaranmış vəziyyət dana ətinin qıtlığına səbəb olmaqdadır. Çünki inhisarçılıq, monopoliya halları həm də defisitə gətirib çıxarır. Xüsusən də Rusiyadan iribuynuzlu heyvanların idxal edilməsi ilə bağlı problemlər səslənməkdədir. 

Mediaxeberleri.Az xəbər verir ki, monopoliya yaradılması səbəbindən göndərilən sorğulara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cavab verilmir. Bu da birbaşa inhisarçılıqla əlaqələndirilir. Məsələ ilə bağlı Anaxeber.info-ya təfsilatı ilə məlumatlar verilib. Qeyd olunur ki, hazırda iribuynuzlu heyvanların idxalı ilə bağlı monopoliya yaradan kommersiya strukturu "Full - D" şirkətidir. Şirkətin sahibi Dadaş Şükürovdur. 

Dadaş Şükürovun rəhbərlik etdiyi firma qonşu ölkədən mal-heyvan idxalını həyata keçirir. Ölkə üzrə bu idxalın reallaşdırılması üçün başqa şirkətlərə şərait yaradılmır və AQTA ciddi məhdudiyyət yaradır. Yeri gəlmişkən, Dadaş Şükürov təkcə "Full - D" şirkətinə rəhbərlik etmir, o cümlədən "Aqrora" və "Aqromed" firmalarının da ona məxsus olduğu xəbər verilir. 

Məlumat üçün onu da vurğulayaq ki, Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. O da bildirilir ki, onun dövlətə 1.4 milyon manat vergi borcu mövcuddur. Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Eyni zamanda, o da deyilir ki, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova  himayədarlıq edən böyük güc var. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib. 

Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir. 

Həmçinin, professorun yaxın adamının da ona dayaq olması bu biznesi genişləndirməsinə səbəb olmaqdadır. 

Bununla belə səslənən iddiaları dəqiqləşdirmək, media prinsiplərinə uyğun olaraq qarşı tərəfi dinləmək üçün yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

В будущее В прошлое

Навигация