Войти

Sumqayıtda ana övladları ilə birgə itkin düşdü

Hadisə

Sumqayıtda ana və övladları itkin düşüb.

Mediaxeberleri.Az verir ki, mayın 3-də 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Hadisə

Gədəbəy rayonu, Maarif kəndində Dövlət Əmlak Xidmətinin vəzifəli şəxsinin təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edilib. 

Qaynarinfo.az xəbər verir ki, DƏX-nin regional idarəsinin vəzifəli şəxsi, mütəxəssis İlqar Məmmədov Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin sorğusuna əsasən icra işi ilə əlaqədar ölçmə işlərinin aparılması üçün Şəmkir rayonundan Maarif kəndinə gedib. 

Ölçmə işləri aparmaq istəyən zaman 1980-ci il təvəllüdlü kənd sakini, özünü mübahisəli ərazinin sahibi kimi təqdim edən şəxs, Zamin Ədilov (ad-soyad şərti) İlqar Məmmədovla mübahisə etməyə başlayıb, ona qarşı nalayiq söyüşlərdən istifadə edib, şərəf və ləyaqətini alçaldıb.

Bu səbəbdən əsəbiləşən İlqar Məmmədovun təzyiqi qalxıb və təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb. 

Onun şikayəti əsasında həmin şəxs saxlanılıb, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məmur saxlanılan şəxsdən şikayətçi olduğunu, onun barəsində həbslə əlaqədar olan inzibati tənbeh verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində həbs edilib. 

Övladının gözü qarşısında bıçaqlanan Vətən müharibəsi iştirakçısının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + VİDEO

Hadisə

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Belə ki, “Bağçalı” yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir və o, hadisəni qarşı tərəfin övladının gözü qarşısında edib.

Yaralı Respublika Kliniki Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənin qaynı Ceyhun Nəsirli bildirib ki, Orxan Hüseynli ilə onun yeznəsi arasında əvvəllər heç bir münaqişə olmayıb. Hadisə baş verən vaxt isə bacısı övladı ilə həyətdə olub:

“Orxan Hüseynli yeznəmi söhbət etmək adı ilə çölə çağırdı. Övladı da həyətdə velosiped sürürdü, uşağın gözü qarşısında ona çoxsaylı bıçaq xəsarətləri yetirdi”.

Hadisəni törətdikdən sonra ərazidən qaçmağa çalışan Orxan Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə nəticəsində yaralanan Orxan İmanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır. 

Ətraflı Baku TV-nin süjetində:

11:44

Masazırda bıçaqlanma hadisəsi baş verib.

Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata əsasən, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.  

Almaz Qasımova

Qazaxda 20 yaşlı qız itkin düşdü, atası axtarır

Hadisə

Qazaxda gənc qız itkin düşüb.

Mediaxeberleri.Az xəbər verir ki, rayonun Yuxarı Salahlı kənd sakini 20 yaşlı M. İsayeva aprelin 16-da yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Faktla bağlı axtarış işləri keçirilir.


Bu barədə onun atası polisə müraciətində bildirib.

Ağstafada qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Hadisə

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21099 markalı minik maşını ağaca çırpılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

ADNA terrorundan 15 il ötür

Tarix / Hadisə

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür.

Mediaxeberleri.Az xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar. 

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!

Nəsib Quliyev bu qadına görə intihar edib - Sensasion fakt

Hadisə

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatrı Nasib Quliyevin özünün öldürməsinin səbəbləri haqda sensasion məlumat daxil olub. 

Mediaxeberleri.Az Axar.az-a istinadla xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.

İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq – red.) göstərib. O xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.

Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.

Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşdü - VİDEO

Hadisə

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşüb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə görüntülər İTV-də yayımlanıb.  

Əməliyyatı Nərimanov polisi həyata keçirib. 

Həmin görüntüləri təqdim edirik:
 


Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Hadisə

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Mediaxeberleri.Az-ın məlumatına görə, "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü S.Həsənov və 1999-cu il təvəllüdlü S.Əliyev xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı iş adamının qatili bu ölkədə gizlənib

Hadisə

Xəbər verdiyimiz kimi, Balaşixada azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

Mediaxeberleri.Az “112” Teleqram kanalına istinadla xəbər verir ki, biznesmeni güllələyən qatil artıq Türkiyədə gizlənə bilib.

İlkin məlumata görə, qatili cinayət yerindən sürücü KİA markalı avtomobillə aparıb.

Ehtimal olunur ki, şübhəli şəxs Şeremetyevo hava limanına çata bilib və Türkiyəyə uçub.

В будущее В прошлое

Навигация