Войти

Güclü külək Cəlilabad və Biləsuvarın bəzi ərazilərini işıqsız qoyub

Bölgə

Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Mingəçevirdə məktəb binasında işıq və istilik sistemi yoxdur - VİDEO

Bölgə

Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəb yararsız vəziyyətdədir.

Belə ki, 10-15 il öncə inşa edilən məktəb binasında hazırda işıq və istilik sistemi yoxdur.

Günəşli yaşayış massivində yerləşən sözügedən məktəbdə beş yüzdən artıq şagird iki növbəli təhsil alır.

Valideynlərin sözlərinə görə, istilik problemi ötən ildən mövcuddur.



Çıxış yolu olaraq isə sinif otaqlarında elektrik qızdırıclarından istifadə olunur.

Ətraflı Baku TV-nin süjetində:


Qazaxda Vətən müharibəsi iştirakçısı son mənzilə izdihamla yola salınıb - FOTO

Bölgə

Vətən müharibəsi iştirakçısı Fərid Kərimli bu gün izdihamla son mənzilə yola salınıb 


Mediaxeberleri.Az xəbər verir ki, bu haqda ictimai fəal Elnur Quliyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Belə ki, 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

Qeyd edək ki, F. Kərimli “Füzulunun azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Foto:

Qazaxda Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Bölgə

Vətən müharibəsi iştirakçısı olan Fərid Kərimli bu gün dünyasını dəyişib.

Mediaxeberleri.Az xəbər verir ki, bu haqda onun döyüş yoldaşı Famil Yusub özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Belə ki, 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

Qeyd edək ki, F. Kərimli “Füzulunun azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Fotoda: Fərid Kərimli xəstəxanada olarkən.


İcra başçısı Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu təqaüdə çıxması münasibətilə təltif edib

Bölgə

Dekabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin sabiq direktoru Pənahov Həmid Təşkilat oğlunu təqaüdə çıxması münasibətilə təbrik edib, onu dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.

Uzun müddət dövlətə, dövlətçiliyə layiqincə xidmət göstərən Həmid Pənahova səmimi təbriklərini çatdıran icra başçısı onun fəaliyyəti dövründə öz işinə hər zaman məsuliyyətlə yanaşdığını, doğma el-obası, rayonu üçün daim can yandırdığını bildirib.

Həmid Pənahov çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Bundan sonra da rayonun ictimai, siyasi, mədəni, kütləvi tədbirlərində yaxından iştirak edəcəyini, gənc kadrların onun iş təcrübəsindən yararlanmaları üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Hektarlarla yanıb kül olan taxıl sahələri, heç kimin vecinə deyil... - VİDEO

Bölgə

Ağstafada fermerlər susuzluqdan əziyyət çəkirlər.

Belə ki, onlar əziyyətlə toxum tapıb səpiblər, amma suvarma suyu tapa bilmirlər.

15 ildir fermer kimi fəaliyyət göstərən Adil Nəsibov deyib ki, hər il 150 hektar sahədə taxıl əkir. Bu il suvarma problemi yaşandığına görə hektarlarla sahə məhv olmaq üzrədir:

“Əkin sahəsi bir ay əvvəl sulanmalı idi. 10 gün su verilsə, hər şey qaydasına düşər. Su var, amma verilmir”.

Ətraflı Baku TV-nin süjetində:


Ağstafada ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib

Bölgə

Azərbaycan Respublikası Prezidentinin 23.12.2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya”-nın 9.2.1 bəndinin icrası ilə bağlı rayon İcra hakimiyyətinin və “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları ictimai yerlərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə məlumatlandırıcı lövhələr asılmışdır. 


Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı” adlı hekayələr kitabının təqdimatı keçirilib

Bölgə

Dekabrın 20-də Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Cabirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Böyük Azərbaycanlı” adlı hekayələr kitabının təqdimatını keçirib.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şəhid ailələri, Ağstafa rayon MKS-nin direktoru və əməkdaşları, tələbə, məktəbli, fəal oxucu və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək əziz xatirəsini ehtiramla anıblar.  

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

MKS-nin direktoru Fəridə Xudiyeva işini, peşəsini çox sevən, sənətinin vurğunu olmaqla, həm də bədii yaradıcılıqla məşğul olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova haqqında qonaqları məlumatlandırıb, onun dəfələrlə rayonumuza ezamiyə olunub, öz dəyərli məsləhətləri ilə kitabxanamızda yeni iş üslubunun tətbiqinə köməklik etdiyini, mərkəzi kitabxananın, uşaq şöbəsinin sevimli qonağı olduğunu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını və müəllifi rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, adı Azərbaycanın özü qədər əbədi yaşayacaq böyük siyasətçi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hekayələr kitabının kiçik yaşlı oxucular üçün təqdirəlayiq bir missiya olduğunu qeyd edib, müəllifə uğurlar arzulayıb.

Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva Ümummilli Lider Heydər Əliyevin nurlu həyat yolunun anlarını bədii obrazda tərənnüm edən kitabın oxucular üçün, xüsusilə də kiçik yaşlı oxucular üçün dəyərli bir vəsait olduğunu söyləyib.

Tədbirdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının “Böyük Azərbaycanlı” kitabındakı “Ana laylası” və “Heydər zirvəsi” adlı hekayələrə hazırladığı slayd nümayiş olunub.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri “Böyük Azərbaycanlı” adlı hekayələr kitabından seçmələr səsləndirib, şəxsi mülahizələrini bildirib, müəllifə suallar veriblər.

Qazax şəhər 2 nömrəli Musiqi Məktəbinin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş musiqilər səsləndirilib.

Müəllif Azərbaycanın xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə çap etdirdiyi hekayələr kitabının ərsəyə gəlməsi haqqında çıxış edib və “Böyük Azərbaycanlı” adlı kitabını kitabxanaya təqdim edib.

Xoş duyğularla keçən Müəllif – Oxucu görüşündə xatirə şəkilləri çəkilib.


Mediaxeberleri.Az-ın in gündəmə gətirdiyi məsələ həllini tapdı: Qazax rayon 28 saylı "Yol İstismar" MMC-nin direktoru Kərəm Məmmədrzayevin qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Bölgə

Mediaxeberleri.Az-ın əməkdaşı Elnur Quliyev araşdırıb tənqid etdi, məsələ öz həllini tapdı.

Mediaxeberleri.Az xəbər verir ki, İctimai fəal Elnur Quliyev Qazax rayon 28 saylı "Yol İstismar" MMC-nin direktoru Kərəm Məmmədrzayevin fəaliyyəti ilə bağlı yaydığı xəbərlərdən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemləri aradan qaldırır.

Qeyd edək ki, Qazax Rayon Polis Şöbəsində Kərəm Məmmədrzayevin barəsində material toplanılaraq Qazax Rayon Prokurorluğuna göndərilib. Hazırda Baş Prokurorluqda şəxs barəsində araşdırma aparılır.

Görünən odur ki, ictimaiyyəti narahat edən bu cür problemlərin həlli əslində mümkündür və o qədər də çətin deyilmiş. Mediaxeberleri.Az məsələyə yenidən qayıdacaq, Qazax rayon 28 saylı "Yol İstismar" MMC-nin direktoru Kərəm Məmmədrzayevin fəaliyyəti ilə bağlı problemin də aradan qaldırılması məsələsini gündəmdə saxlayacaqdır. 

Qazaxda Kərəm Məmmədrzayevə dur deyən olacaqmı?

Bölgə

İctimai fəal Elnur Quliyev Qazax rayon 28 saylı "Yol İstismar" MMC-nin direktoru Kərəm Məmmədrzayevin fəaliyyəti ilə bağlı ittiham irəli sürüb. O özünün "facebook" səhifəsində bununla bağlı müzakirə açıb.

İctimai fəal yazır: 

Kərəm Məmmədrzayev Qazax və ətraf rayon sakinlərinin gününü qara edib.


Belə ki,zəhərli tüstünü intensiv qaydada  havaya buraxmaqla əhalinin sağlamlığını,həyatını real təhlükə altına və ölümün pəncəsinə atır.


Kərəm Məmmədrzayevə dur deyən olacaqmı?


Çox təssüflər olsun ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Dövlətinin və Əhalisinin təhlükəsizliyini (Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyası 3.11.) təhdid edən bu qanunsuz hal barədə tədbir görməkdən yayınır. 

Qeyd edək ki, ictimai fəalın iddiasına müxtəlif rəylər də yazılıb...

Rəy bildirənlərdən Rüstəm Vəliyev və Natiq Natig də iddiaya sərt reaksiya verib: 


Rustem Veliyev
Bəli Konsepsiyada bu və digər hallar Dövlətçiliyimiz üçün təhdidlər siyahısında qeyd edilmişdir. Bu zəhərli tüstü fauna və floranın da məhvinə zəmin yaradır. Bu kimi hallarla bağlı mütləq və operativ tədbirlərin görülməsi Dövlətçiliyimizə xidmətdir.
3





Natiq Natig
DEYİRƏM BU İNSAN O QƏDƏRMİ ARXALIDIR Kİ BUNA DEYƏN YOXDUR Kİ BƏSDİ BU QARA ZƏHƏRİNLƏ XALQI KÖRPƏLƏRİ GƏNCLƏRİ AZ ZƏHƏRLƏ VİJDANIN OLSUN QAZANCIN ÜCÜN XALQI ZƏHƏRLƏYİB QIRMA ŞƏRƏFSİZ erməniləri BİLDİK DÜŞMƏNDİT BƏS KƏRƏM MƏMMƏDIRZAYEV KİMDİR ARXASI MÖHKƏM PULU COX XALQI ZƏHƏRLƏYİB QIRA BİLƏR ADİYƏTİ YERLƏR NƏ VAXDA QƏDƏR GÖZ YUMACAQ SİZLƏRDƏMİ BU XALQA DÜŞMƏNSİZ.


Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

 


В будущее В прошлое

Навигация