t s

» » Milli Məclisin yaz sessiyasının planı açıqlandı

Milli Məclisin yaz sessiyasının planı açıqlandı

30-01-2016, 11:50 Yazar:  Anar Baxılıb: 88 Çap et
Milli Məclisin yaz sessiyasının planı açıqlandıMilli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb.

Fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək sessiya dövründə ümumilikdə 19 qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sessiya müddətində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin tədqim edəcəyi "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanununun layihəsinə və "İctimai nəzarət haqqında" qanun layihəsinə baxılacaq.

Sessiyada Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin hazırladığı "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Daxili qoşunların statusu haqqında", İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən irəli sürülən "Hesablama Palatası haqqında", "Lisenziyalar və icazələr haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, yaz sessiyasının qanunvericilik işləri planına Aqrar siyasət komitəsinin təqdim edəcəyi "Kənd təsərrüfatı kooperasiyası haqqında", Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin hazırladığı "Ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında", Elm və təhsil komitəsinin irəli sürəcəyi "Elm haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrinin müzakirəsi daxil edilib.

Parlamentin yaz sessiyasında Mədəniyyə komitəsinin hazırladığı "Kinomotoqrafiya haqqında", Səhiyyə komitəsinin təqdim edəcəyi "Reproduktiv sağlamlığın qorunması haqqında" və "Psixoloji yardım haqqında", Ailə, qadın və uşaq məsələləri komitəsinin hazırladığı "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", Gənclər və idman komitəsinin üzərində işlədiyi "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Milli Məclisin yaz sessiyasında həmçinin, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq.

Sessiya dövründə bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi də planlaşdırılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
23:44 Çərçivədən çıxa bilməyən çərçivə qanunlarımız - “Elm haqqında” qanun da “çərçivəyə” salındı “O vaxt hörmət var idi, böyük-kiçik var idi”,”o vaxt böyük-kiçik arasında hörmət-izzət pərdəsi olub”, “ailədə böyük-kicik seçilirdi, hərənin öz vəzifəsi var idi”, “O vaxt müəllimə hörmət, oxuyana diqqət vardı”, “o vaxt elə bilirdik, müəllim çörək yemir, çay içmir, yatmır”, “o vaxt elə bilirdik ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az