t s

» » “Əlil olduğum üçün məni lağa qoyurdu, mən də vurdum...”

“Əlil olduğum üçün məni lağa qoyurdu, mən də vurdum...”

1-03-2015, 18:40 Yazar:  İnarə Rafiqqızı Baxılıb: 739 Çap et
“Əlil olduğum üçün məni lağa qoyurdu, mən də vurdum...”Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhəri, Sulutəpə qəsəbə sakini sakini, 1996-cı il təvəllüdlü Fəqan Şükürlünün cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Hadisə 2014-cü il, yanvarın 21-də Sulutəpə qəsəbəsində baş verib. Fəqan Şükürlü münaqişə zəminində qonşusu Xəyal Ağakişiyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Sonradan Binəqədi Rayon Polis İdarəsinə gedərək könüllü təslim olub.

Yeniyetmə bıçağa əl atmasına səbəb kimi qonşusunun onu təpiklə vurmasını və fiziki qüsurlu olduğunu görə mütəmadi olaraq ələ salmasını göstərib.

Törətdiyi cinayət əməlinə görə F.Şükürlüyə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən F.Şükürlü məhkəməyə verdiyi ifadəsində anadangəlmə əlil olduğunu, hadisədən 7 ay öncə valideynləri ilə birlikdə Sulutəpə qəsəbəsinə köçdüklərini göstərib: “Kompüterin “mışka”sını müvəqqəti istifadə etmək üçün qonşuluqda yaşayan Fuad adlı oğlana vermişdim. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq Fuad “mışka”nı qaytarmamışdı. Zəng vurub istədikdə mənə kobud cavab verdi, itirdiyini dedi. Telefonda mənə “nə olan şeydir ki, onun söhbətini aparırsan” dedi. Əsəbiləşib heç nə demədim. Ertəsi gün yenidən zəng vurub harada olduğunu soruşdum, dedim küçəyə çıx. Fuad gələcəyini desə də gəlib çıxmaq bilmədi”.

Yeniyetmə ifadəsində küçədə Fuadı gözləyərkən Xəyal Ağakişiyevin onların evindən çıxdığını görüb. Xəyal onun yanına çatar-çatmaz heç bir səbəb olmadan söyüş söyməyə başlayıb. Əsl həngamə də bundan sonra qopub. Xəyalın onu təpiklə vurmasından əsəbiləşən F.Şükürlü bıçaqla ona zərbə endirib.

“Xəyalla əvvəllər də aramızda narazılıq olub. Həmin məhəlləyə təzə köçəndən sonra Xəyal məni anadangəlmə qüsurlu olduğum üçün dəfələrlə ələ salır, təhqir edirdi. Qonşu uşaqlarla birlikdə lağa qoyur, incidirdi. Xəyalı öldürmək məqsədim olmayıb. Onu bıçaqla qorxuzmaq istəyirdim”- deyə yeniyetmə bildirib.

Zərərçəkmiş Xəyal Ağakişiyev ifadəsində qonşuluqda yaşayan dostugildən çıxıb evə gedərkən Fəqanla rastlaşdığını göstərib: “Fəqan öz həyətlərində hasarın üstündə dayanmışdı. Onun yanına çatanda salam verdim, hal-əhval tutdum, kefini soruşdum. Birdən Fəqan cibindən bıçaq çıxararaq məni vurdu və qaçıb getdi”.

Məhkəmə Fəqan Şükürlünün barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə 2 il sınaq müddətinə şərti cəza təyin edib.

İnarə Rafiqqızı

Virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:20 Bakıda azan tələbə qızın dramı... 17 byaşlı qız rəfiqələri ilə birlikdə şəhərə gəzməyə çıxmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində Fizuli rayon sakini, 1990-cı il təvəllüdlü Ədalət Yusif oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ədalət Quliyev 12 il
17:40 Abşeron sakini azyaşlı oğlunun qətlində təqsirləndirilir Həyat yoldaşı isə ərinin spirtli içki aludəçisi olduğunu bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Eldəniz Məmmədovun (1974-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası
20:34 Qatil ata məhkəmə qarşısında - İNANILMAZ QƏTL Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Ötən ilin iyulun 21-də Qobu qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim
14:13 Arvadını kişi ilə “tutdu”, durub öldürdü Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aydın Gülməmməd oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az