t s

» » "Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldi

"Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldi

28-01-2016, 23:34 Yazar:  Əsmər Baxılıb: 584 Çap et
"Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldiBakı şəhərində fəaliyyət göstərən xalçayuma firmalarından biri haqqında redaksiyamıza şikayət məktubu daxil olub.

Mediaxeberleri.az
xəbər verir ki, Ölkə.az-a müraciət edən BDU-nun dosenti Useynova Səidə Mahmud qızı bildirib ki, “Pak Xalça” firmasına iyul ayının 13-də yuyulmaq üçün iki ədəd bahalı, yun Kəşmir xalçası və bir neçə kilim verib. Aradan keçən 1-2 ay ərzində isə firmanın işçisi xalçanı gətirməyib. Səidə xanımın firmaya etdiyi çoxsaylı zənglərdən sonra işçilər kilimləri gətiriblər və boyunlarına alıblar ki, xalçayuyan aparata yeni aldıqları baraban onların xalçalarını korlayıb. Kilimləri gətiriblər, amma xalçaları İçərişəhərdə bərpa etmək üçün xalça ustasına veriblər.

Səidə xanımın dediyinə görə, o, qızı ilə birlikdə İçərişəhərdəki həmin ustanın yanına gedib və usta onlara xalçaların yararsız hala düşdüyünü və ancaq ondan həsir kimi istifadə edə biləcəklərini deyib. Səidə xanımın sözlərinə görə, onun təmiz yun xalçalarının birinin qiyməti 1500 dollardan az deyil.

Daha sonra özünü müdir kimi təqdim edən “Pak Xalça”nın işçisi onlara iki xalça əvəzində 100-200 manatlıq iki yeni xalça almağı təklif ediblər. Səidə xanım isə onların təklifi ilə razılaşmayıb. Daha sonra “Pak Xalça”nın yerləşdiyi yerə gedən şikayətçi gördüyü mənzərə qarşısında şoka düşüb. Firmanın internetdə yerləşdirdiyi müasir xalçayuma sexinin əvəzində Səidə xanım zibilliyə, antisanitariyanın hökm sürdüyü bir ambara düşüb.

Hazırda “Pak Xalça”nın rəhbərləri ona dəymiş zərəri ödəməkdən imtina edərək, zənglərinə belə cavab vermirlər.

Sizə “Pak Xalça”nın heç də pak olmayan sexinin fotolarını təqdim edirik:

"Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldi
"Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldi
"Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldi
"Pak Xalça" rəhbərliyi vətəndaşa kələk gəldi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:05 Azərbaycanlı fahişələr: Fahişə kimi yanına getdiyim oğlanla evləndik “Ona ağlayaraq hər şeyi danışdım”. Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən
03:18 “Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT Göyçaydakı mütəşəkkil cinayətkar dəstənin ağlasığmaz cinayətləri Hədə-qorxu yolu ilə pul tələb etmə və dələduzluqda ittiham olunan Göyçay şəhər sakinləri – 1996-cı il təvəllüdlü Tacir Zeynalov, 1993-cü il təvəllüdlü Akif Hüseynli, 1993-cü il təvəllüdlü Ramiz Adıgözəlov, 1991-ci il təvəllüdlü Adil
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az