t s

» » Azərbaycanlı ermənini rinqdə döydü

Azərbaycanlı ermənini rinqdə döydü

1-03-2015, 17:22 Yazar:  Aygün Baxılıb: 631 Çap et
Azərbaycanlı ermənini rinqdə döydüFevralın 28-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 66-cı "Strandja" beynəlxalq turnirinə yekun vurulub. "Report" xəbər verir ki, finalda milli komandamızın 3 üzvü – Elvin İsayev, Lorenzo Sotomayor və Yelena Vıstropova mübarizə aparıb.

60 kq çəki dərəcəsində döyüşən Elvin İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla qarşılaşıb. İdmançımız erməni rəqibini 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

Millimizin Kuba əsilli boksçusu Lorenzo Sotomayor (64 kq) isə finalda özbəkistanlı Fazliddin Qaibnazarovla qarşılaşıb və meydanı 3:0 hesabı ilə məğlub tərk edib.

Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub. Turnirdə birinci və üçüncü yerlər Özbəkistan və Bolqarıstan millilərinə nəsib olub.

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:45 Boksçularımız ermənilərin dərsini verdilər Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz
14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan
02:15 “Baku Fires” Puerto Riko komandasını da məğlub edib Bu gün Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə
14:51 Dünya liqası: Azərbaycan Fransadan öndədir Bu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir. Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir. Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az