t s

» » “Bizi buna Ruhəngiz məcbur etdi” – Video

“Bizi buna Ruhəngiz məcbur etdi” – Video

28-01-2016, 10:51 Yazar:  Əsmər Baxılıb: 327 Çap et
“Bizi buna Ruhəngiz məcbur etdi” – VideoAxar.az-ın “Qızıl duetlər” layihəsinin doqquzuncu dueti xalq artisti Flora Kərimova və Cavan Zeynallının birlikdə ifa etdiyi “Görüş” mahnısıdır. Sözləri Rafiq Babayevə, musiqisi Ruhəngiz Qasımovaya aid olan mahnı bu gün də sevilərək dinlənilir.

Cavan Zeynallı

Cavan Zeynallı 1967-ci ildə A.Zeynallı adınaMusiqi Texnikumunu bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçısı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olub.Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarında iştirak edib.

Cavan Zeynallı xalq artisti Flora Kərimova ilə duetini belə xatırlayır:

“Əslində, o duet “Yollar görüşəndə” televiziya tamaşa üçün hazırlanırdı.Tamaşa sırasında biz Flora xanımla 3 duet oxumalı olduq. O duetlər bunlar idi: “Susdu dodaqlar”, “Oğul-ata” və “Bizə dəyməyin”. Nədənsə, “Susdu dodaqlar” mahnısı daha çox sevildi. Birlikdə duet oxumaq təklifi bizə Ruhəngiz Qasımovadan gəlmişdi. O, çox istəyirdi ki, bu dueti məhz biz oxuyaq”.

Duetin digər ortağı xalq artisti Flora xanım Kərimova sözügedən mahnının hazırlanma və ərsəyə gəlmə prosesində qızı Zümrüdə bir neçə aylıq hamilə olub.

Mahnının bəstəkarı Ruhəngiz Qasımovaya niyə məhz duetin onlar tərəfindən oxumaqda israrlı olmasını soruşduq. O, israrını bu cür izah etdi:

“O vaxtlar təzə ifaçılar yox idi. Gündəmdə olan gənc müğənnilərin sayı çox az idi. Bu, cavanların eşqindən bəhs edən bir mahnı olduğundan ora yaşlı müğənnilər dəvət edə bilməzdik. Həmin vaxtlar Flora və Cavan Zeynallıyeni üzə çıxanifaçılar olduğundan biz bu duetə onları dəvət etdik. Bu mahnını çox gözəl ifa etmişdilər”.

Qeyd edək ki, xalq artisti Flora Kərimova və Cavan Zeynallının ifa etdiyi “Görüş” (“Susdu dodaqlar”) dueti 1979-cu ildə ərsəyə gəlib.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az