t s

» » Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki.../FOTOLAR

Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki.../FOTOLAR

27-01-2016, 22:27 Yazar:  Əsmər Baxılıb: 1213 Çap et
Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki.../FOTOLAR"Ona qızıl qələm verən adamlar Nüsrət Kəsəmənlini, Məmməd Arazı tanımırlarmı?"



Mərhum nəğməkar şair Nürət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli Moderator.az - a bildirib ki, Pünhanə Əliyeva adlı bir xanım atasının şeirlərini oğurlayaraq kitabına daxil edib.

Rəşad Kəsəmənli qeyd edib ki, özünü şairə adlandıran qadının həmin kitabı tamamilə oğurluq şeirlərdən ibarətdir:

“Nüsrət Kəsəmənlinin üç şeirini, xalq şairi Məmməd Arazın bir neçə şeirini, digər məşhur şairlərin, gənc şairlərin, şairə Xatirə Xatunun şeirləri olduğu kimi həmin kitabda yerləşdirilib. Şeirlərdə bircə dəyişiklik olunub, müəllifin adı çıxarılıb və həmin “şairə” qadın öz adını yazıb”.

R. Kəsəmənli onu da vurğulayıb ki, həmin şairənin hüquqi müstəvidə cəzalandırılması üçün lazımi addımlar atacaq:

“Mütləq şəkildə şeirləri oğurlanmış şairlər və biz rəhmətə getmiş şairlərin yaxınları olaraq birləşib mətbuat konfransı keçirəcəyik və sonra da həmin adamı məhkəməyə verəcəyik. Başqa yolu yoxdur, çünki bunlar ağ eləyiblər. Bu qədər vicdansızlıq olmaz ki. Bu yüz faiz psixi xəstəlikdir, çünki normal insan bunu edə bilməz. Bu insan hamının əzbər bildiyi, dillər əzbəri olmuş şeirləri, öz yaşından çox-çox böyük olan şeirləri oğurlayıb arsız-arsız öz adına çıxıb. Bu azmış kimi hələ bir təqdimat mərasimini də keçirib”.

“Kitaba ön söz yazanlara baxıb utandım” deyən R. Kəsəmənli kitaba ön söz yazanları da günahlandırıb:

“Bizim ətrafımızda olan şairlər, tanınmış müğənnilər, hansı ki, həmin müğənnilər vaxtilə həmin şeirlərə yazılmış mahnıları oxuyublar. İndi bu insanın kitabı haqqında neçə ön söz yaza bilərlər axı? Xanım “Qızıl qələm” laureatıdır, ona qızıl qələm verən adamlar Nüsrət Kəsəmənlini, Məmməd Arazı tanımırlarmı? Bu şeirlərlə indiyədək qarşılaşmayıblarmı? Ön söz yazanlar da məsuliyyət daşıyırlar və onlarda daha çox günah görürəm. Belə çıxır ki, istənilən şəxs Nizaminin, Füzulinin yazdıqlarını asanlıqla götürüb öz adına çıxa bilər və Azərbaycanın da öndə gedən hansısa hörmətli adamları bu iş qol çəkə bilər...

Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki.../FOTOLAR
Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki.../FOTOLAR
Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki.../FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az