t s

» » AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ

AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ

27-01-2016, 17:12 Yazar:  Vilayət Muxtar Baxılıb: 606 Çap et
AXCP-nin anti-böhran təklifləri - II HİSSƏAzərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir.



İkinci hissə

İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu

Azərbaycanda mövcud onlarla innovasiya və ixtiraçılıq sahəsində fəaliyyət göstərən mərkəzlər, ictimai birliklər və institutlar olmasına baxmayaraq, onların fəaliyyətinin konkret nəticələri yoxdur. Hesab edirik ki, bu sahədə mərkəzləşmə olmaqla, İnnovasiyalar və İxtiraçılıq İnstitutunun yaradılması və mövcud mərkəzlərin və digər qurumların bu çətir altında birləşdirilməsi vacibdir.

Texnologiya sahəsində böyük və iri şirkətlər, laboratoriya, universitetlər və ölkə boyu yaradılmış sənaye və texnologiya parklarının iştirak ilə birgə konsorsiumlarun yaradilaraq bu və ya digər texnoloji brendin yaradılması və istehsalı üzərində iş aparması günün tələbidir. Bununla bağlı hərbi texnologiyadan məişət texnologiyasına qədər bütün istiqamətlər dərindən analiz edilməli və təkliflər hazırlanmalıdır. Məqsəd rəqabətə davamlı və yüksək texnologiyalara əsaslanan məhsulların Azərbaycan brendi altında dünya bazarına çıxarılmasıdır.

Təcrübə göstərir ki, yüksək texnologiya və sənaye inkişafı olmadan ölkənin uzunmüddətli və davamlı inkişafı hər zaman təhlükəli risk zonasına daxildir. Reallığı hökumət səviyyəsində dərk edilməsinə və Prezidentdən sıravi vətəndaşa qədər hamının dediyi və etiraf etdiyi vacib problemin həlli istiqamətində konkret addımlar atılmır.

Hesab edirik ki, indiki situasiyada real çıxış yollarından biri və ən vacib olanı təklif etdiyimiz institutun yaradılması və bunun konseptual inkişafı üçün müxtəlif ölkələrdən xarici mütəxəssislərin də cəlb edilməsi əsas şərtdir.



YÜNGÜL SƏNAYE

Statistik məlumatlara görə, ötən əsrin 70-ci illərində Azərbaycanda təxminən 1 milyon ton pambıq istehsal olunub. Lakin indi bu sahənin inkişafından və hətta mövcudluğundan belə danışmaq mümkün deyil.

2015 -ci ildə cəmi 18,8 min hektar sahədə pambıq əkilib. Müqayisə üçün qeyd edək ki, 1995-ci ildə ölkəyə pambığın satışından 116,8 milyon dollar vəsait daxil olduğu halda, 2014-cü ildə bu rəqəm 8,2 dəfə azalaraq 14,2 milyon dollar təşkil edib.

2000-ci illərin əvvəllərində Azərbaycanın kənd əhalisinin böyük bir qismi pambıqçılıqla məşğul olur və bununla da özünə iş yeri yaratmış olurdu. Sonrakı illərdə pambığın qiymətində artımın olmaması və dövlət qayğısının azalması kəndlinin pambıqçılıq təsərrüfatına böyük ziyan vurdu. Səbəb isə bu strateji sahə ilə bağlı dövlət proqramının ya yarıtmaz şəkildə yerinə yetirilməsi, ya da artan neft gəlirləri fonunda bu sahəyə biganəliyin davam etdirilməsi olub.

Reallıqda pambıqçılığın inkişafı ilə yüngül sənaye sahəsində 3 il ərzində 50-60 min daimi iş yeri yaratmaq olar. Bunun üçün təmizlənmiş pambığın digər ölkələrə xammal kimi göndərilməsi yox, yerli yüngül sənaye müəssisələrinin yaradılması vacibdir. Bu, həm də artıq prezident sərancamı ilə tənzimlənən “Made in Azerbaijan” məhsullarının ixracı deməkdir.

Əgər zamanında pambıq lifləri əsasında yüngül sənaye və istehsalat fabrikləri yaradılsaydı, starteji məhsul olan pambıq ucuz qiymətə xammal kimi xaricə satılmazdı. Fakt budur ki, bu gün minbir əziyyətlə əmələ gələn pambıq lifləri çeşidli hazır brend mallar şəklində Türkiyə, İran, Çin və digər ölkələrdən bazarımıza daxil olur.

Pambıq əkin sahələrinin çoxaldılması, əslində dövlət qayğısı və dövlət subsidiyası ilə genişləndirilməməlidir. Çünki pambıq lifləri əsasında yaranan yüngül sənaye müəssisələri formalaşarsa, iş adamları əkin sahələrinə yatırımlar edəcək və bu müəssisələrin yaradılması eyni zamanda kəndlini pambıq əkini üçün stimullaşdıracaq.

Pambıqla yanaşı, yüngül sənayedə xammal rolu oynayan xəz-dəri, gön-dəri və yun istehsalı da vacib bu kateqoriyadan olan sahələrdəndir.

Azərbaycanın böyük əmək ehtiyatlarına malik olmasına baxmayaraq, o xammal ixrac edən ölkədir. Halbuki, Sovetlər Birliyi zamanı kifayət qədər yüngül sənaye müəssisələri işlək vəziyyətdə olub.

Bunları nəzərə alaraq aşağıdakıları təklif edirik:



Özəlləşmiş müəssisələrin təkrar özəlləşməyə çıxarılması

Özəlləşmiş müəssisələrə baxış keçirilməsi, qapısına qıfıl vurulmuş və ya qanunsuz olaraq istiqaməti dəyişdirilmiş müəssisələrin yenidən özəlləşməyə çıxarılması zamanın tələbidir.

Bəllidir ki, minlərlə belə istehsalat fabrik və zavodlar var ki, onlar ölkə iqtisadiyyatını sabotaj ediblər. Cəza tədbirlərinin görülməsi və ölkəboyu öhdəliyini yerinə yetirməyən müəssisələrin təkrar özəlləşməyə çıxarılması ən vacib məsələdir və problemlərin həlli istiqamətində qəbul edilmiş qərarların ən düzgünü ola bilər. Bu, eyni zamanda ölü vəziyyətə gətirilmiş minlərlə istehsalat fabriklərinin təkrar özəlləşməyə açılması ciddi iş adamları üçün çox böyük stimuldur.



Pambıq mahlıcı ixracının qadağan edilməsi

Pambıq mahlıcı ilə yüngül sənayenin inkişafı mümkündür və bu, həm də işsizliyin aradan qaldırılması, regionlarda əhalinin işlə təminatının əsas şərtlərindəndir. Bu problemin həlli əlavə olaraq, 50-60 min daimi iş yeri, eyni zamanda Azərbaycan brendlərinin dünya bazarına çıxarılması və ölkəyə valyuta axını deməkdir. Ölkənin yüngül sənaye məhsullarına olan təlabatının artıqlaması ilə ödəmənsi və xarici bazarlardan asılılığının minumuma endirilməsidir. Xammal ixracına qadağa qoyulması, xammalın daxili bazarda istifadə olunmasına imkan yaradacaq. Artıq fakt qarşısında bu sahənin inkişafına yatırımlar qoyulacaqdır.



Mövcud fabrik, zavodların bərpası və yenilərinin tikilməsi


Azərbaycanda bir neçə müasir tipli trikotaj fabrikləri mövcuddur. Ən böyüyü 8 hektar ərazidə yerləşən və üç fabrikdən ibarət olan Sumqayıt şəhərindəki “Gilan Tekstil Parkı”dır. Lakin daxili tələbatı ödəmək və ixrac potensialını artırmaq üçün onlarla fabrikin bərpasına və yenilərinin tikilməsinə ehtiyac var.

Bura Gəncə tekstil fabriki, Yevlax, Gəncə, Ucar, Salyan, Bərdə və digər rayonlarında olan pambıqtəmizləmə zavodları, Şəki ipək kombinatı, Bakıda corab-trikotaj kombinatı, 1, 2 və 3 saylı ayaqqabı fabrikləri, tikiş və toxuculuq fabrikləri, Mingəçevir toxuculuq kombinatı, Sumqayıt xovlu iplik, üst trikotaj və tikiş fabrikləri, Gəncə xalça kombinatı, Gəncə tikiş fabriki, Bakı və digər rayonlarda gön-qalanteriya fabrikləri, Ordubadda baramaaçan fabrik, Naxçıvanda alt trikotaj, tikiş və xalça fabrikləri, o cümlədən digər şəhərlərdə olan tikiş fabrikləri və digərləri daxildir.



Baramaçılıq - Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəriipək” İdarəsinin bərpası


Sovetlər dövründə Azərbaycanda bir ildə 6 000 ton barama istehsal edildiyi halda, indi bu rəqəm 3-4 tona düşüb. Vaxtilə Şəkidə bir ildə toxunan parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər olub. Azərbaycanda 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, “Şəki-İpək” şirkəti, Ordubad və Ağdaş baramaaçma fabrikləri hazırda öz istehsalını dayandırmalı olub. Yalnız “Şəki-İpək” fəaliyyət göstərir, amma onun da istehsal gücü demək olar ki, yoxa çıxıb. Halbuki, bu kombinatın açılışında Prezident də iştirak etmişdi. Səbəb isə barama tədarükünün olmamasıdır.

Vaxtilə Azərbaycan SSRİ-də barama istehsalatına görə Özbəkistandan sonra 2-ci, baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tuturdu. Bu öncüllüyü yenidən qaytarmaq üçün SSRİ zamanı mövcud olan və yuxarıda adı çəkilən barama tədarükü və ilkin emalı sexləri, fabrikləri dövlət investisya xərcləri ilə canlandırıla bilər. Əks halda “Şəki-İpək” kombinatına da yatırılan sərmayə səmərəsiz olacaqdır.

Bu işin səmərəli və effektli təşkili üçün sovet dövründə Kənd Təsərrüfatı Nazirliyi yanında mövcud olan “Azəriipək” İdarəsinin bərpası vacibdir. Sovetlər dövründə, hətta bütün xərcləri ödədikdən sonra belə idarədə küllü miqdarda vəsait qalıb. Baramaçılığın inkişafı üçün istehsalatın xarici komponentlərdən asılılığına yerli tədarük və ilkin emal məntəqələrinin yaradılması son verə bilər.

Gəncə şəhərində yerləşən Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun baramaçılığın inkişafı ilə bağlı kifayət qədər effektli tədqiqat və təklifləri var. İnstitutun bu işə cəlb edilməsi və hazırladığı konsepsiyanın işə tətbiq edilməsi baramaçılıq sahəsinin 2-3 il ərzində təmamən dirçəldilməsini təmin edə bilər.



Fabrik və zavodlarda istehsal olunan məhsullara brend adların verilməsi

Prezidentin “Made in Azerbaijan” məhsullarının istehsalı və ixracı ilə bağlı verdiyi fərman təqdirəlayiqdir. Bununla bərabər, brendin daxili bazarda tanıdılması və təsdiqindən sonra ixrac potensialı daha da artacaqdır. 2005-ci ilə qədər Azərbaycanda əksər çoxluq brend mal alıcısı deyildi. İndi isə kifayət qədər ucuz və keyfiyyətli brendlər var ki, əhali onlara üstünlük verir.

Azərbaycanda ən azından 5 adda trikotoj malları, 3 adda isə ayaqqabı brendi yaradılması mümkündür. Artıq bir brend demək olar ki, bazara çıxa bilib. Bu əsasən, kostyumlar tikən “Emiland” brendidir. Digər brendlərin yaradılması daxili bazarın təlabatını ödəməklə, həm də ciddi ixrac potensialı yaratmaq gücündədir. Əgər Azərbaycanda bununla bağlı ilk neft gəlirləri daxil olan zaman – 2000-ci illərin əvvəllərində addımlar atılsaydı, bu gün Rusiya bazarını təmamən Azərbaycan təmin edə bilərdi. Hazırda Rusiya-Türkiyə münaqişəsi zəminində ixrac üçün 100%-lik bazar yaranmışdır.



AĞIR SƏNAYE

Digər Azərbaycan Brendləri - “Simurq” Texnologiya Korporasiyası

Ölkədə ən çox satılan və alınan məhsullar sırasına telefon, avtomobil, eləcə də digər məişət və istehsal brendləri də daxildir. Xarici idxalı azaltmaq və ölkənin xarici ixrac potensialını gücləndirmək üçün “Simurq” brendi altında dövlət korporasiyasının yaradılması müsbət bir addım sayıla bilər. Yaradılan korporasiya yüksək texnoloji məhsullar hazırlamaq üçün xarici və yerli ekspertləri işə cəlb edir və yüksək keyfiyyətli yerli məhsullar hazırlayır.

“Simurq” mobil telefon, paltaryuyan maşın, soyuducu, müxtəlif ölçülü televizor brendləri və digər məişət texnikası avadanlıqlarının yerli istehsalı ilə məşğul olur. 5 ildən sonra isə müəssisə özəlləşməyə çıxarılır və dövlət qoyduğu investisiyanı geri götürür.

Azərbaycan brendi altında texnoloji istehsal korporasiyasının yaradılması ölkə iqtisadiyyatına əvəzolunmaz töhvə olmaqla yanaşı, ölkənin xarici idxaldan asılılığını xeyli azaltmış olur.



Bu strateji müəssisənin açılması və xarici mütəxəssislərin cəlb edilməsi üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi məqbuldur.

Yerli avtomobil brendi

Bu gün Azərbaycanda Gəncə və Naxçıvan avtomobil zavodları fəaliyyət göstərir və onlar müxtəlif təyinatlı minik, yük və kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olurlar. Lakin bu istehsal sadəcə xaricdən gətirilən komponentlər hesabına yığılır və istehsal olunan avtomobillər Azərbaycan brendi sayılmır. Hazır komponentlərdən yığıldığı üçün də işçi qüvvəsi azdır.

Buna görə də tam Azərbaycan brendi olan və keyfiyyəti ilə xarici analoqlarından geri qalmayan avtomobil brendinin yaradılmasına ehtiyac var. Sonrakı mərhələdə isə yerli brend olan yük maşınlarının, kənd təsərrüfatı texnikasının və minik avtobuslarının istehsalını həyata keçirmək olar. Azərbaycanda maşınqayırma sənayesi olub və bu sahədə təcrübə var.

Lakin tam Azərbaycan brendi olan maşınqayırma sənayesinin qurulması üçün İtaliya, Yaponiya, Fransa, Cənubi Koreya və ABŞ-dan mütəxəssislərin cəlbi lazımdır. Mütəxəssislərin ölkəyə gətirilməsi və maşınqayırma sənayesində yerli brendlərin yaradılması üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi özünü doğruldan sərmayədir.

Bu işlər İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu çərçivəsində aparıla bilər.



Evsengroup - Star MMC


Şamaxı şəhərində Evsengroup şirkətinin televizor, kondisioner, soyuducu, paltaryuyan maşın, Azsamand avtomobili, mebel və xalça istehsalı ilə məşğul olan Star MMC istehsalat müəssisəsi var idi. Bu gün də var, lakin istehsal çox zəifləyib və ya sıradan çıxıb. Şirkətin problemlərini həll etmək və dövlət qayğısı ilə Evsengroup şirkətini Azərbaycanda fəaliyyətini genişləndirməyə sövq etmək vacibdir.



Bakı Kondisioner Zavodu

Bakı Kondisioner Zavodunun yenidən qurulması və rəqabətədavamlı çoxçeşidli məhsulların buraxılması üçün Neft Fondunun vəsaitinin yatırılması məqbuldur. Bu gün Azərbaycan bazarı xarici idxal malları ilə dolub və Azərbaycandan böyük valyuta axını kondisionerlərin alınmasına sərf olunur. Azərbaycan isti ölkədir və tələbat həmişə yüksəkdir. Qeyri-neft sektorunun inkişafında əsaslı rol oynayan texnoloji bir sahədir.



"Baki Çinar Soyuduculari” ASC


Kondisionerlər kimi idxal olunan soyuducular da yerli bazarı zəbt edib. Halbuki çoxçeşidli və keyfiyyətli soyuducular buraxmaqla minlərlə iş yerinin açılması mümkündür. Bu zavodun məhsulları az və çeşidsiz olmaqla bərabər, həm də idxal olunan analoqlarına uduzur. Neft Fondunun vəsaitini xərcləməklə bu zavod həm yerli bazarı keyfiyyətli və çox çeşidli məhsullarla təmin edər, həm də ixrac potensialını artırar. Neft Fondunun vəsaitinin bu sahəyə yönəldilməsi qeyri-neft sektorunun güclənməsinə təkan verəcək.



Det.al Aliminum zavodu

Det.Al Holdinq əlvan metallurgiya sənayesində aparıcı rola malikdir. O, gil-torpaq, ilkin alüminium və yarımfabrikat məhsulların istehsalı sahəsi ilə məşğul olur. Zavodun 2-ci və 3-cü inkişaf fazası mərhələsində nəzərdə tutulan fəaliyyətlər gecikdirilir və nəticədə zavod hazır xammalı xaricə ixrac edir. Lakin yarımfabrikat zavodlarının bazasında müxtəlif çeşidli və təyinatlı alüminium məhsullarının istehsalı mümkündür. Bu əlavə 10-a qədər yeni zavodların tikintisi, daxili bazarın hazır məhsullarla təminatı və ixrac potensialının isə hazır aliminum məhsullar şəklində təşkili deməkdir. Bu, strateji sahə olduğundan və məhsullarına həm daxili, həm də xarici bazarda tam tələbat olduğundan dövlət zəmanəti ilə kreditlərin, həmçinin Neft Fondunun vəsaitlərinin cəlbi məqbuldur.

(Qeyd: Bu təkliflərdə göstərilən və adıçəkilən şirkətlər nümunə xarakteri daşıyır. Yüzlərlə digər dəyərli və lazımlı şirkətlərin, zavod və fabriklərin olduğu məlumdur.)



Texnologiyalar Parkı – idarəçilik sisteminin dəyişdirilməsi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaradılmış texno-parkları və hər bir rayonda sənaye və texno- parkların yaradılması təşəbbüsünü təqdir edir. Lakin regionlarda yaradılacaq texno-parkların idarə edilməsinin təmamən dəyişdirilməsi təklifini irəli sürür.

Hər bir rayonun potensialı və xammalı nəzərə alınaraq, sənaye və ya texno-park yaradılır. Amma yaradılan parklara rezidentlərin, sərmayəçilərin və maliyyə instutlarının cəlbi çətinlik yaradır və nəticədə parklar illərlə nəticə göstərə bilmir. Yerli icra hakimiyyətləri çox səriştəsizdir, onlar ancaq büdcə vəsaitlərini istifadə etmək və ya talamaqda mahirdirlər. Regionlarda texno və sənaye parkları yaradılacaqsa və onların inkişafı yerli icra hakimiyyətlərinin üzərinə qoyulacaqsa, bəri başdan bu işlərin fiaskoya uğrayacağı qaçılmazdır.

Bunun üçün də regionlarda yaradılan texno və sənaye parklarına rəhbərliyin Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, Kanada, ABŞ, Fransa, İngiltərə, Almaniya və digər inkişaf etmiş ölkələrdən gətirilməsini təklif edirik. Mütəxəssislər və rəhbərlik dünya maliyyə institutlarını, bankları, sərmayəçiləri və məsul edildiyi sahə üzrə aparıcı şirkət və mütəxəssisləri yaxşı tanımalıdır. Təklif edirik ki, Azərbaycana nou-hau gətirəcək və ölkənin sənayeləşməsində rol ala biləcək aparıcı xarici mütəxəssislərə Azərbaycan vətəndaşlığı da verilsin.



Birgə müəssisələrin yaradılması və zamanla yerli məhsul istehsalına keçid

Elə sahələr var ki, yerli məhsulun istehsalı üçün minumum 7-8 il, bəzən daha çox zaman tələb oluna bilər. Məsələn, Azərbaycan yerli dərman istehsalı üçün imkanlara malik ölkə deyil. Hökumət də bunu düzgün qiymətləndirib və dünyanın aparıcı dərman şirkətlərini ölkəyə cəlb edərək mövcud dərmanların yerli istehsalını təşkil etmək yolunu seçib. Bu, doğru qərardır.

Bundan başqa, digər sahələr də var ki, orada yerli istehsala nail olmaq mümkünsüz görünür. Buna görə də dünyanın tanınmış şirkətləri ilə birgə müəssisələrin yaradılması və Neft Fondunun vəsaitlərinin istifadəsi məqbuldur. Məqsəd isə daxili istehsala nail olaraq, idxal xərclərini azaltmaq və zaman-zaman bəzi komponentlərin Azərbaycanda istehsalını təşkil edərək, həm məhsulun maya dəyərini aşağı salmaq, həm də yeni iş yerləri yaratmaqdır.

Hökumət bu sahədə müəyyən addımlar atıb. Məsələn, Stadler qrupu ilə qatarların Azərbaycanda istehsalı üçün birgə müəssisə yaradılıb, amma müqavilə hazırda hansısa səbəblərdən pozulmaq üzrədir. Sadəcə, bunlar yetərincə deyil və digər sahələrdə də birgə müəssisələrin yaradılması strateji hədəf olmalıdır.

AXCP bu sahəni prioritet və effektiv saymaqdadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az