t s

» » Nazirlərin mart səfərləri açıqlandı - Siyahı

Nazirlərin mart səfərləri açıqlandı - Siyahı

28-02-2015, 23:40 Yazar:  Aygün Baxılıb: 705 Çap et
Nazirlərin mart səfərləri açıqlandı - SiyahıMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin martında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.

Mediaxeberleri.az martda rayonlara səfər edəcək nazirlərin siyahısını təqdim edir.

Təhsil naziri Mikayıl Cabbarov martın 10-u Masallıda cənub zonasının sakinlərini qəbul edəcək.

Gənclər və idman naziri Azad Rəhimov martın 1- də Mingəçevirdə Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Bərdə, Tərtər və Ağsu rayon sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov martın 13-ü Şabranda şimal bölgəsinin sakinlərini qəbul edəcək.

Ədliyyə naziri Fikrət Məmmədov martın 13-də Ağdaş, Mingəçevir və Yevlax rayon sakinlərini qəbul edəcək.

Eyni tarixdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad, Şirvan, Saatlı və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Yevlax, Mingəçevir və Bərdə sakinlərini qəbul edəcək.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboy, Yevlax, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

Nəqliyyat Naziri Ziya Məmmədov da həmin gün Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək.

Səhiyyə naziri Oqtay Şirəliyev isə Mingəçevir, Yevlax, Bərdə və Goranboy rayon sakinlərini qəbul edəcək.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16- da Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək.

Baş Prokuror Zakir Qaralov martın 30-da Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayon sakinlərini qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev eyni gündə Xızı, Sumqayıt, Abşeron və Qobustan rayon sakinlərini qəbul edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:37 Ziya Məmmədov Lənkəranda vətəndaşları qəbul edəcək Qeydiyyat fevralın 25-də aparılacaq. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov fevralın 25-də Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarında yaşayan
02:00 Saray sakinlərini çıxılmaz vəziyyətə düşüb (VİDEO) Saray qəsəbəsi Qasım bəy Zakir küçəsində, gölün ətrafında yaşayan dörd ailə, sözün əsl mənasında suyun içində qalıb. İş o yerə çatıb ki, evə daxil olmaq belə müşkül məsələyə çevrilib. Şikayətçilər deyir ki, sanki yarımadada yaşıyırıq. İki ilə yaxındır ki, adıçəkilən qəsəbədə məskunlaşan ailələr,
19:46 İlham Əliyev Bolqarıstana səfər edəcək Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında energetika və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib. Mediaxeberleri.az Bolqarıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq zamanı tərəflər iki ölkə
16:01 Azərbaycanda çərşənbələrin vaxtı açıqlandı “Gündüz bərabərliyi qeydə alınacaq”. Fevralın 24-də Azərbaycanda ilk çərşənbə, martın 17-də isə axır çərşənbə qeyd olunacaq. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib. Ə.Quliyev deyib ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az