t s

» » “Çingiz Abdullayevin oyunlara niyə gəlmədiyini bilmirəm”

“Çingiz Abdullayevin oyunlara niyə gəlmədiyini bilmirəm”

22-01-2016, 19:56 Yazar:  Anar Baxılıb: 350 Çap et
“Çingiz Abdullayevin oyunlara niyə gəlmədiyini bilmirəm”AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport kuboku”nda bu gün "Şərurspor"u 3:2 hesabı ilə məğlub edən "Neftçi" turnirin qalibi olub.

Oyundan sonra “ağ-qara”ların baş məşqçisi Əsgər Abdullayev Qol.Az saytına müsahibə verib.

- Komandanız “CBC sport kuboku”nun qalibi oldu. Bu turnir “Neftçi”yə nə verdi?

- Çalışdıq ki, əsas heyətə düşə bilməyən futbolçuları və əvəzedici heyətdən komandaya qoşulanları sınaqdan keçirək. Eyni zamanda komanda daxilində olan boşluqları da müəyyən etmək əsas planlarımızdan idi.

- Bəs yekunda hansı nəticələr əldə edə bildiniz?

- Oyunlar hazırladığımız proqramlar üzrə davam edir. Təbii ki, komanda da yorğunluq var. Sabah da bir oyunumuz olacaq. Amma hələ işimiz davam edir. Qarşıda “Kəpəz”lə yoldaşlıq oyunumuz nəzərdə tutulub. Bu oyundan sonra yekun qərar verəcəyik.

- Rəsmi oyunlar olmasa belə, bu turnirdə futbolçularınız 3 qırmızı vərəqə aldılar, birinci divizion klubları ilə oyunlarda çoxlu səhvə yol verdilər.

- Bunların hamsı yorğunluqdan irəli gəlir. Futbolçu meydanda oynamaq istəyir. Amma ayaqlarındakı yorğunluq buna imkan vermir. Bu da onlara psixoloji cəhətdən təsir edir və aqressiv olmağa başlayırlar. Çempionatda belə səhvlər ola bilməz, olmayacaq da. Bu gün müdafiə xəttində 3 yeni futbolçu oynadırdıq. Bəzi futbolçuları da dəyişik mövqelərdə sınadıq. Bu da öz sözünü dedi. Qapımızdan iki top buraxdıq. Amma Premyer Liqa oyunlarında bu riskə yol verə bilmərik.

- Qapıçı Aqil Məmmədov da çox səhvə yol verdi.

- Dediyim kimi, hamısı psixoloji və fiziki yorğunluqdan irəli gəlir. Çalışacağıq çempionat başlayana kimi yüklənməni azaldaq ki, futbolçular formasını bərpa etsin.

- Etiraf etməsəniz belə, oyun ərzində özünüz də futbolçularınıza əsəbləşirdiniz.

- Düzdü, bəzi epizodlarda əsəbləşmişdim. Çünki birinci futbolu komandanın uğuru üçün oynamaq lazımdır. Mənim çalışdığım da odur ki, futbolçu publika üçün oynamasın. Meydanda sırf şou yaratmaq olmaz. Çünki bu, hardasa komandanın ziyanına işləyir. Futbolçu formanın haqqını verməlidir. Bəzi məsələlər var ki, digər klublarda bağışlana bilər. Amma “Neftçi” xalqın komandasıdır və xalq onları bağışlamaz.

- Amma etiraf edək ki, “Nefçi”də şounu sevən futbolçular çoxdur.

- Ola bilər ki, var. Mən istəyirəm ki, komandam bütün mövqelərdə yaxşı olsun. Ən azı buna çalışacam.

- Düşünmürsünüz ki, həmin futbolçular sizin istəklərinizə qarşı çıxsın? Adətən dünya təcrübəsində də görmüşük ki, klubda köklü dəyişikliklər etmək istəyən məşqçilər uğur qazana bilmir.

- İnanmıram ki, belə bir hal olsun. Çünki “Neftçi”nin heyətindəki bütün futbolçularla yaxşı anlaşıram. Bir-birimizə də böyük hörmətimiz var.

- Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevi “Neftçi”nin oyunlarında görmürük. Klubla maraqlanmır?

- Çingiz Abdullayevin komanda ilə maraqlandığını bilirəm. Rəhbərlik tərəfindən bizə məlumat verirlər. Niyə gəlmədiyini isə bilmirəm. Amma heç bir problem yoxdur. Hətta komandamızın bazasına gələndə də hər bir futbolçu ilə ayrı-ayrılıqda görüşüb, maraqlanır.

- Ümumiyyətlə, rəhbərliyə hansısa mövqedə futbolçu lazım olduğunu bildirmisinizmi?

- Hesab edirəm ki, bir neçə mövqedə futbolçuya ehtiyacımız var. Bununla bağlı bir-iki günə rəhbərliyə hesabat veriləcək.

- Hansı mövqelərdə futbolçu istəyirsiniz?

- Hazırda komandamıza bir müdafiəçi və dayaq yarımmüdafiəçisi lazımdır. Hücum xəttində də bir futbolçuya ehtiyacımız var. Diqqət etdinizsə, nə qədər çox qol buraxsaq da, o qədər imkanlarımız oldu. Amma qol vura bilmədik.

- Həmin mövqedə futbolçulara ehtiyac duyduğunuza görə onlardan razı deyilsiniz?

- Yox, deməzdim razı deyiləm. Sadəcə onları layiqli əvəzləyəcək futbolçular lazımdır.

- Məhəmməd Qurbanovdan narazı olduğunuzu bilirik. Əvvəlki baş məşqçi də onu bəyənmirdi. Belə futbolçunu komandada niyə saxlayırsınız?

- Düşünürəm ki, Məhəmməddən də bəhrələnmək olar.

- İnanırsınız ki, bu futbolçunun komandaya xeyri olacaq?

- Mən komandamdakı hər bir futbolçuya inanıram.

- Bəs komandaya devət etmək istədiyiniz futbolçular arasında əcnəbi olacaq?

- Bu haqda hələ indidən heç nə demək istəmirəm.

- Rəhbərlik devalivasiyadan sonra əcnəbilərdən çox yerlilərə diqqət etməyinizlə bağlı tapşırıq verməyib? Çünki əksər klub prezidentləri açıqlamalarında yerli futbolçulara üstünlük verəcəklərini söyləyirlər.

- Bizdə belə söhbət olmayıb. Onsuz da elə çox fubolçuya ehtiyacımız da yoxdur. Yəqin ki, yanvarın 25-nə kimi bütün məsələlər öz əksini tapacaq. Artıq çempionata hazırlığı tam başa vurmalıyıq. Çünki “Neftçi” xalqın komandasıdır və hamının bizdən gözləntiləri var.

- Sizcə hazırda heç də yaxşı durumda olmayan “xalqın komandası”nı bu vəziyyətdən xilas edə biləcəksiniz?

- Özümü sığortalamaq üçün demirəm, amma buna bir az vaxt lazımdır. Çünki futbolçularda bəzi çatışmazlıqlar var. Komandada topla oynamağı sevən futbolçular daha çoxdur, nəinki topu almaq istəyənlər. Ona görə də bunu tarazlaşdırmaq lazımdır. Bugünkü oyunun mahiyyəti olmasa da, futbolçuların təkbətək mübarizədən qaçması məni əsəbələşdirdi. Futbolçu topu itirdisə, özü də almalıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az