t s

» » Autizm faciə deyil, autizmdən qurtulmaq da möcüzə deyil.!

Autizm faciə deyil, autizmdən qurtulmaq da möcüzə deyil.!

22-01-2016, 17:43 Yazar:  Cavid Baxılıb: 618 Çap et
Autizm faciə deyil, autizmdən qurtulmaq da möcüzə deyil.!Autizm faciə deyil, autizmdən qurtulmaq da möcüzə deyil.!

Cəmiyyətimizdə bəlkədə hər insanın dilindən autizm kəliməsi eşidilməkdə amma insanların autizm haqqında fərqlidüşüncələrə sahib olduqları görülməkdədir. Bugünkü cəmiyyətın nümayəndələriyaşından, mövqeyindən, təbəqəsindən aslı olmayaraq autizm problemini qəbul etməkdə çətinlik çəkir, uşaqlarının autizmli olduqlarını gizlədir və uşaqlarının autizmli olduqlarına görə utanırlar. Çünki, cəmiyyətin bəzi nümayəndələri autizmli uşaqları əqli geri vəya baş vermiş faciəvi problemkimi başa düşürlər. Əslində autizm nədir?

Autizm əqli gerilik deyildir.!Autizm sadəcə bir fərqlilikdir.!

Autizm sosyal münasibətlərdə, ünsiyyətdə, davranış və maraq dairələrində fərqlilik göstərən fərdlərdir. Bu uşaqlar özünə daha çox qapanır, çevrə ilə sosyallaşmır. Onların fərqli bir dünyası vardır. Cəmiyyət bu uşaqlara əqli geri kimi baxmalı deyil, əksinə onlara xüsusi dəstək göstərməli, ünsiyyət saxlamalı, oyunlara təşvik etməli və sevgi göstərməlidirlər. Bəzi valideynlər uşaqlarını autizm diaqnozlu uşaqlarla oyunlardan, ünsiyyətdən, münasibətdən uzaq tuturlar. Sankibu uşaqlardan zərər, fitnə, fəsad doğacağdır.! Məsələyə bu şəkildə baxmaq insani hisslərə ziddir.!

Autizmli uşaqların valideynləri bu problemə həll olunmaz bir məsələ və ya baş vermiş bir faciə kimi baxmalı deyil, sadəcə uşaqlarının digər uşaqlardan xüsusiyyətlərinə görə fərqləndiyini başa düşməli və qebul etməlidirlər. Bir valideyn autizm probleminə çarəsi yoxdur deyərsə, o valideyn autizmi faciə olaraq görər, inamsız olar və qurtuluşa gedə bilməz. Bu səbəbdən autizmin fərqli bir hal olduğunu qəbul etmək lazım, erkən müdaxilə edərək inamla sona qədər mübarizə aparmaq lazımdır. Bəli ünsiyyətdə, sosyal münasibətlərdə və davranış sahəsində ciddi pozuntulardan əziyyət çəkən bir uşağın tam yaxşılaşmasına valideyn inamsız yanaşır. Qurtuluşu möcüzə kimi dəyərləndirir. Ona görə bu məsələdə inam çox böyük əhəmiyyətə malikdir. Siz gördüyünüz vəziyyətə inanmalı deyil, inandıqlarınızı görmək üçün hədəfli mübarizə aparmalısız.O zaman autizmdən qurtulmağın möcüzə olmadığına şahid olacaqsız.
Autizmli uşaqlar erkən müdaxilə, peşəkar təlimlər və inamlı mübarizə sonunda sosyallaşa bilirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az