t s

» » Rüfət Səfərov həbsdən buraxıldı - YENİLƏNİB

Rüfət Səfərov həbsdən buraxıldı - YENİLƏNİB

22-01-2016, 16:31 Yazar:  Günel Baxılıb: 192 Çap et
Rüfət Səfərov həbsdən buraxıldı - YENİLƏNİBOnun valideynləri prezidentə təşəkkürlərini bildiriblər.

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər.

Mediaxeberleri.az xəbər verir ki, APA-nın məlumatına görə, Eldar Sabiroğlu və Tahirə Səfərova müraciətdə bildiriblər ki, Rüfət Səfərovun həbsi ağır olsa da, ümidlə yaşayıblar.

Onlar bu ümidi puça çıxarmadığı üçün prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

"Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayiş etdirdiyiniz rəhmdilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik", - deyə müraciətdə qeyd olunur.

Müraciət bu sözlərlə bitir:

"Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Prezident böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!”

15:48

Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

R. Səfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:31 Rüfət Səfərovdan şikayətçi olanların kimliyi bəlli oldu Həbsindən bir saat əvvəl müstəntiqin atası Eldar Sabiroğluna nə deyiblər? Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovdan şikayətçi olan şəxslərin kimliyi bəlli olub. Əldə etdiyimiz məlumata görə, onlar iki nəfərdir. İddia ərizəsində eks müstəntiqin onların
08:54 Eldar Sabiroğlunun oğlu həbs edildi - YENİLƏNİB Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov bu gün məhkəmə qarşısına çıxarılıb. Mediaxeberleri.az xəbər verir ki, R. Səfərovun vəkili APA-ya bildirib ki, Binəqədi rayon
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az