t s

» » İmamverdi İsmayılov: “O şərəfsizlərin kimliyini yaxşı bilirəm”

İmamverdi İsmayılov: “O şərəfsizlərin kimliyini yaxşı bilirəm”

22-01-2016, 15:33 Yazar:  Günel Baxılıb: 229 Çap et
İmamverdi İsmayılov: “O şərəfsizlərin kimliyini yaxşı bilirəm”“Sosial mediada, bəzi KİV-lərdə oğlum barədə dərc olunan yazılar tamam böhtan xarakterlidir. Bütün bunlar ancaq qərəzdən irəli gəlir”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında deputat İmamverdi İsmayılov oğlu İlkin İsmayılovun adının Qubadakı “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova ilə yanaşı hallandırılmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, ona əli çatmayan bəzi şəxslər mətbuatda oğluna qarşı məqsədli və davamlı şəkildə kampaniya aparırlar: “Hardasa baş verən bir hadisəni əli çata bilmədiyi admla əlaqələndirmək kimi işlərlə məşğul olan mənəviyyatsızlar var. Bunun adı böhtan, yalan, çirkin dolu, heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar. Ancaq hər dəfə də məlum olub ki, bunlar şər,böhtanla məşğuldurlar, yazdırdıqlarının heç biri sübuta yetməyib. Mən bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm.

Hesab edirəm ki, bundan böyük şərəfsizlik, mənəviyyatsızlıq yoxdur. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur. Buyurusunlar yazdırdıqlarını sübut etsinlər. Edə də bilməyəcəklər, çünki şər, böhtandır.

Onları belə alçaq əməllərə son qoymağa dəvət edirəm. Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram.
Heç bir fakta söykənməyən, əsassız, sifarişli məlumatların mediada yer alması yumşaq desək, jurnalistikamıza xələl gətirir və mən jurnalist dostları belə çirkin kampaniyalara qatılmamağa çağırıram”.
Xatırladaq ki, Criminal.az saytı bir neçə gün əvvəl Qubada yerləşən “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova haqqında yeni faktların üzə çıxması barədə məlumat yayıb. Məlumata görə, Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.
Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az