t s

» » Valideynlər, bu yazını diqqətlə oxuyun!

Valideynlər, bu yazını diqqətlə oxuyun!

22-01-2016, 14:06 Yazar:  Əsmər Baxılıb: 195 Çap et
Valideynlər, bu yazını diqqətlə oxuyun!Azərbaycanda tətbiqi nəzərdə tutulan inaktivləşdirilmiş poliomielit peyvəndi ölkəyə gətirilib.

Mediaxeberleri.az
bildirir ki, bu barədə Report-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, peyvənd 6 ayı tamam olan uşaqlara 1 doza həcminə yalnız bir dəfə vurulacaq:

"Hazırda yalnız 3 ölkədə bu virusun sirkulyasiyası var. Bunun da qarşısını almaq məqsədi ilə bu tip vaksinlər paylanılır. Ona görə də nə qədər ki, bu xəstəlik yox olmayıb, həmin peyvəndlər digər ölkələrlə yanaşı, Azərbaycanda da tətbiq olunacaq. Bununla da tədricən oral poliomielit vaksinindən inaktivləşdirilmiş poliomielit vaksinlərinə keçid həyata keçiriləcək. Yəni, bu vaksinin tətbiqindən sonra bu ilin aprel ayında Azərbaycanda üç valentli oral poliomielitli vaksindən iki valentli oral poliomielit vaksininə keçiləcək".

Azərbaycanda 1 yaşa qədər olan uşaqların sayı 170 mindir. Həmin uşaqların hamısının əhatə olunması üçün lazımi miqdarda mərhələli şəkildə vaksin gətiriləcək.

O, xatırladıb ki, yalnız bir dəfə - uşağın 6 aylığında vurulacaq peyvənd tam sağlam və həkim müayinəsindən keçən uşaqlara tətbiq olunacaq:

"Vaksin ilk olaraq bizim mərkəzə veriləcək. Bundan sonra vaksin bir aylıq müddətdə lazım olan miqdarda bütün peyvənd məntəqələrinə, yəni poliklinikalara paylanacaq. Peyvəndin tətbiq olunacağı ilk aylarda Mərkəz tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Çünki əvvəldən bütün hazırlıq işləri görülüb və təlimlər olub. Xatırladım ki, dövlət tibb müəssisələrində aparılan bütün peyvəndlər pulsuz həyata keçirilir. Ölkəyə gətirilən yeni vaksin də ödənişsizdir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:11 Bakirəliyi qorumaq lazımdırmı?- MÜTLƏQ OXUYUN Əks-təqdirdə sizin övladınız sizin deyildir. Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də «ayağı sürüşkən» qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
00:07 Oqtay Şirəliyevin yerində olmayan kadrları... - Onların arasında Əli İnsanovun "kassiri" də var... Məlum olduğu kimi, ölkəmizdə son illərdə çoxsaylı müasir, Avropa standartlarına uyğun, zəngin maddi-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. Görülən işlər ona görədir ki, xəstələr əziyyət və əlavə xərc çəkib müalicə üçün xarici dövlətlərə üz
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az