t s

» » Xədicə İsmayılı müdafiə edəcək vəkillə bağlı yeni iddialar

Xədicə İsmayılı müdafiə edəcək vəkillə bağlı yeni iddialar

22-01-2016, 08:16 Yazar:  Aynur Baxılıb: 186 Çap et
Xədicə İsmayılı müdafiə edəcək vəkillə bağlı yeni iddialarAmal Kluninin milli mənsubiyyəti ilə bağlı deyilənlər yalan çıxdı; Əsabəli Mustafayev: “Amal bu işi öz reklamı xətrinə görmək istəyir...”
Xəbər verdiyimiz kimi, tanınmış vəkil, aktyor Corc Kluninin həyat yoldaşı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılı müdafiə edəcək. Xanım Kluni Amerikanın NBC kanalına müsahibəsində deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Bu xəbərin mübahisə doğuran tərəflərindən biri isə A.Kluninin kimliyi və daha öncəki fəaliyyəti ilə bağlıdır. Belə ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məhz A.Kluni olub. Onun eyni zamanda erməni əsilli olması da yayılan məlumatlar sırasındadır.

Amma onun milli mənsubiyyəti ilə bağlı deyilənlər media xəbərlərində özünü doğrultmur. Vikipediada yayılanlara görə, vəkil Amal Clooney-nin qız soyadı Amaluddun olub və Livandakı druz adlı azsaylı xalqın nümayəndəsidir. O, bir neçə tanınmış insanın, o cümlədən WikiLeaksin yaradıcısı Culian Assanjın, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun və Misir mənşəli Kanada jurnalisti Məhəmməd Fəhminin vəkili olub.

Uşaq yaşlarından valideynləri ilə birgə Beyrutu tərk edib və İngiltərədə yaşayır. Amalın anası Bariya Livan qəzeti “Əl Hayat”da beynəlxalq xəbərlər bölümünün rəhbəri olub. Zamanında Bill Klinton, Fidel Kastro və Toni Blerdən müsahibələr götürüb. Yəni rəsmi xəbərlərdə onun erməni olması ilə bağlı heç bir məlumat yoxdur və bu, həqiqətə uyğun deyil.

Vəkil Əsabəli Mustafayev hesab edir ki, işə Böyük Palatada baxıldığı zaman Avropa Məhkəməsində xarici vəkilə ehtiyac yaranır: “Çünki o zaman proses şifahi keçirilir. Xədicə xanımın işinə bölmənin palatasında baxıla bilər. Bu işlə isə onun indiki vəkilləri asanlıqla bacarar. Həm də Amalın iştirakını hökumət ayrı istiqamətlərə yozacaq. Mənə elə gəlir ki, Amal bu işi öz reklamı xətrinə götürmək istəyir. Onda qoy öz vəkillərimiz reklam olunsunlar. Amal Avropa Məhkəməsində 2-3 iş aparıbsa, İntiqam Əliyev 200-ə yaxın iş göndərib. Buradan məlum olur ki, kim kimdən öyrənməlidir”.

Bu arada Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks Xədicə İsmayılın işi ilə bağlı Avropa Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib. Vəsatət məktubunda bildirir ki, jurnalist Xədicə İsmayılın işi Azərbaycanda repressiyalara məruz qalmış başqa insan haqları müdafiəçilərinin işindən mahiyyətcə fərqlənmir. Məktubda insan haqları müdafiəçilərinə, müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı hücumlar ayrı-ayrı epizodlar üzrə geniş təsvir olunur, Azərbaycanda insan haqları fəalları üzərinə son iki ildə xüsusilə şiddətlənmiş hücumun ciddi narahatlıq doğurduğu bildirilir və bu hal “fenomen” adlandırılır.

İnsan haqları komissarı yazır ki, bu vəziyyətlə bağlı Azərbaycan hakimiyyətinə onun özü və digər Avropa strukturları tərəfindən dəfələrlə edilmiş çağırışlar qulaqardına vurulur və Azərbaycan hökuməti insan haqları fəallarının və müstəqil jurnalistlərin həbslərinin və məhkum edilməsinin peşə fəaliyyəti ilə bağlı olmadığını iddia edir. Komissar Azərbaycanın insan haqlarına dair öhdəliklərinə əməl etmədiyini birmənalı şəkildə bəyan edib.

Məktubda həmçinin deyilir ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair Avropanın müxtəlif srtrukturları tərəfindən bəyanatlar və sənədlər qəbul edilsə də problemlər həll edilməmiş qalır. Vurğulanır ki, Azərbaycanda qanunlar ifadə azadlığının məhdudlaşdırılmasına xidmət edir və QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilyə edilmiş dəyişikliklərin qüsurluluğu ilə insan haqları fəallarının həbsləri arasında əlaqə mövcuddur. O xatırladır ki, jurnalist fəaliyyətindən əlavə X.İsmayıl həm də Avropa Şurası insan haqları qurumlarının fəal partnyorlarındandır və məhbus edilməsi ilə bu “cəsarətli işinin bahasını ödəyir”. Komissar hesab edir ki, İsmayılovaya qarşı irəli sürülmüş ittihamlar ədalətsizdir və onu susdurmaq məqsədi güdür.

Məktubda deyilir ki, Azərbaycan hakimiyyəti insan haqları müdafiəçilərinin üzərinə hücumlar etməklə, nəinki özünün beynəlxalq öhdəliklərini, eyni zamanda qanunun aliliyi prinsipini pozub, qeyd olunur ki, Azərbaycanda yaranmış vəziyyət bir komissar kimi onun da fəaliyyətini çətinləşdirib. O, Azərbaycan hakimlərini apardıqları işlərdə İnsan Haqları Konvensiyasını rəhbər tutmağa çağırır.

Sonda insan haqları komissarı bu qənaətdə olduğunu bildirir ki, Azərbaycanda insan haqları müdafiəçilərinin təqibinə son qoyulmalı və bu sahədə fəaliyyətlərinə görə həbs edilənlərin hamısı azadlığa buraxılmalıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az