t s

» » İdmançımız qızıl medal qazandı - Dünya kuboku

İdmançımız qızıl medal qazandı - Dünya kuboku

28-02-2015, 21:30 Yazar:  Aygün Baxılıb: 729 Çap et
İdmançımız qızıl medal qazandı - Dünya kubokuGəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə müxtəlif səviyyəli yarışlarda uğurları sıralamaqda davam edir.

Qasımovun növbəti xoş sorağı Macarıstandan gəlib.

Yığmanın heyətində yer alan paralimpiyaçı Eyger şəhərində keçirilən Dünya Kubokunda qızıl medala layiq görülüb. Ramil çıxış etdiyi 73 kq çəki dərəcəsində 4 görüşə çıxıb. O, bir-birinin ardınca İtaliya, Venesuela, Ukrayna və Özbəkistandan olan rəqiblərinə qalib gəlib.

Ramil Qasımov - Dünya Kubokunun qalibi: “Məşqçilərin məsləhətinə uyğun olaraq Dünya Kubokunda iştirak etdim. Əsas rəqiblərim yarışda iştirak edirdilər. Onların hamısına qalib gəlib birinci yerə çıxdım”.

Ramil Qasımov 1 saylı Uşaq Gənclər İdman Məktəbindən iki növ üzrə əməkdar məşqçi Əli Hacıyevin yetirməsidir.

Əli Hacıyev - Cüdo və sambo üzrə əməkdar məşqçi: “Ümummilli liderimizin bir kəlamı var. İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci elə bir vasitə yoxdur. Ramil bu kəlama sadiqdir. Hər bir yarışda himnimizi səsləndirib, bayrağımızı dalğalandırır”.

Gəncəli tatami ustası ötən il dünya çempionu olmaqla 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Ramil buna kimi Pekində düzənlənən Yay Olimpiya Oyunlarının iştirakçısı olub. /Kəpəz tv/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:32 Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Cüdo
11:02 İlham Zəkiyev dünya kubokunu qazandı (VİDEO) Paralimpiaçımız cüdoçular arasında dünya kuboku yarışlarının qalibi olub Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb. Mediaxeberleri.az
20:40 Azərbaycan ilk dəfə Dünya Kubokunun qalibi oldu - (Video) Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub. Mediaxeberleri.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,
12:50 Ramil Usubovdan islahat: mühafizə şöbəsini ləğv etdi - polkovniki işdən çıxartdı Abşeron Rayon Mühafizə Şöbəsinin rəisi Oqtay Dilavərov vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Abşeron Rayon Mühafizə Şöbəsi ləğv edilib. Nazirin digər bir əmri ilə Abşeron Rayon Mühafizə Şöbəsi İdarə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az