t s

» » Azərbaycanlı təşkilatçı: “Müsabiqəyə qatılır, sonra deyir ki, sevgilisi qoymur”

Azərbaycanlı təşkilatçı: “Müsabiqəyə qatılır, sonra deyir ki, sevgilisi qoymur”

19-01-2016, 14:33 Yazar:  Anar Baxılıb: 287 Çap et
Azərbaycanlı təşkilatçı: “Müsabiqəyə qatılır, sonra deyir ki, sevgilisi qoymur”Foyeyə daxil olan zaman yüzlərlə gənclə qarşılaşacağımı təsəvvür etmirdim. Onlar gah anket doldurur, gah üst-başını düzəldir, gah podiumda yeriməyi məşq edir, gah da şəkil çəkdirirdi. Hamısının isə tək arzusu kastinqdən uğurla keçib model olmaq idi.

Mediaxeberleri.az saytının əməkdaşı “World Beauty Congress”in layihəsi olan "Miss & Mister Caucasus-2016” beynəlxalq gözəllik müsabiqəsinin Azərbaycan seçmələrində iştirak edib və azərbaycanlı gənclərin həvəslə qatıldığı müsabiqəni izləyib.

Məlumat üçün bildirək ki, müsabiqənin münsif kürsüsündə xalq artisti Amaliya Pənahova, əməkdar artist Tünzalə Ağayeva, prodüser Tarix Əliyev, “World Beauty Congress”in prezidenti Zamir Hüseynov, biznes-ledi Ruhi Əliyeva, “World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev, modelyer-dizayner Gülnarə Xəlilova, xalq artisti Təranə Muradova, əməkdar artist Firdovsi Atakişiyev, “World Beauty Congress”in Asiya üzrə inkisaf direktoru Alla Fərzəliyeva, “Dress of the World 2014”ün qalibi Ayla Talibova əyləşib. Tədbirin aparıcısı Aysel Nazim idi. Müsabiqənin final mərhələsi isə payızda Bakıda keçiriləcək.

Müsabiqə şəhər otellərinin birində baş tuturdu. Aparıcı iştirakçılar bir-bir otağa dəvət edir, onlar haqqında məlumat verirdi. İştirakçılar münsiflərin qarşısında addımlayır, onların suallarını cavablandırırdı.

“World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev sualımıza cavab olaraq seçimlər barədə fikirlərini bölüşüb:
“Müsabiqəyə 200-dən artıq gənc qatılmışdı. İştirakçılar yaş, boy, görünüş, səhnədəki sərbəstlik , şarm, aktyorluq qabiliyyətinə görə seçilir. Yaş həddi 16-28-dir. Biz seçimlərdə iştirakçılarla söhbət edərək dünyagörüşlərini öyrənirik. Onların modelliklə bağlı təhsili olması vacib deyil. Bizim xoreoqraf onlara bu sahə ilə bağlı dərslər keçəcək. Biz müsabiqədə yeni sistem yaratdıq. Hər hansı jüri istədiyi iştirakçının adını yazaraq onu yarımfinal mərhələsinə keçirə bilər. Yarımfinalçıların adını açıqlamadıq, istədik ki, sürpriz olsun. Fevral ayının ilk həftəsi şəhərin mötəbər məkanlarının birində açılış mərasimi olacaq, orada yarımfinalçıların adını açıqlayacağıq”.

Təşkilatçı seçimlər zamanı rastlaşdığı xoşagəlməz hallardan da bəhs edib:
“Bəzən model kriteryalarına uyğun olmayan, qısaboylu iştirakçılar gəlir. Biz onları incitməmək üçün seçim turunda iştirak etmələrinə icazə veririk. Elə hallar olur ki, gənc xanımlar valideynlərindən icazəsiz qatılırlar. Sonra bildirirlər ki, valideynləri, sevgililəri onlara müsabiqədə iştirakına icazə vermir. Bu cür hallar çox olub. Bu dəfə isə 18 yaşdan kiçik olanlar valideynləri ilə gəlmişdi. Finala vəsiqə qazananlarla müqavilə bağlanacaq ki, sonradan problem yaşamayaq. 18 yaşına çatmamışların müqaviləsini valideynləri imzalayacaq”.

A.Məmiyev münsiflər heyətindən də bəhs edib:
“Jürilərimiz bu sahədə olan təcrübələrinə əsasən seçilmişdi. Xaricdə də hər zaman tək gözəllik müsabiqələrində deyil, mahnı, kids, dizayner müsabiqələrində də münsiflər sırasında prodüser oturur. Çünki prodüser iştirakçılara gləcək fəaliyyətlərində dəstək ola bilər. Tolik öz sahəsində sözünü dediyi üçün jüri idi. Tünzalə Ağayevə yerli və beynəlxalq müsabiqələrdə münsif olub, eyni zamanda zövqlü sənətçidir. Gülnarə Xəlilova ölkəmizi xaricdə uğurla təmsil edən modelyer və dizaynerdir. O xarici müsabiqələrə göndərilən iştirakçıları milli geyimlə təmin edir. Biznes-ledi Ruhi Əliyeva “Best Model of Azerbaijan”, “Özünə bax” kimi layihələri ölkəmizdə təşkil edir. “World Beauty Congress”in prezdenti Zamir Hüseynov da jürilər sırasındadır. Amaliya Pənahova teatr, kino sahəsində canlı əfsanədir. İştirakçıların aktyorluq qabiliyyətinə baxır.
Ruminiyada keçirilən “Dress Of the World 2014” beynəlxalq dizayner müsabiqəsinin qalibidir. Firdovsi Atakisyev də iştirakçıların aktyorluq qabiliyyətini yoxlayır. Alla Farzaliyeva “World Beauty Congress”in Asiya üzrə inkişaf direktordur.Təranə Muradova dəyərli rəqqasəmizdir. İştirakçılara xoreoqrafiya istiqamətində dərs keçəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
10:44 Asif Ata: “Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir” Asif Ata ilə 21 il əvvəl olmuş bu söhbətdə kino sənətinin mahiyyəti haqqında danışılır. İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü -Atayla bu təmasımız Kino ilə bağlıdır. İlk sual belədir: Kino haqqında Atamızın fikri. - Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir.
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az