t s

» » Tiflisin Bakıya qaz şantajına ABŞ-dan dəstək – şok gəlişmə

Tiflisin Bakıya qaz şantajına ABŞ-dan dəstək – şok gəlişmə

19-01-2016, 09:29 Yazar:  Əsmər Baxılıb: 424 Çap et
Tiflisin Bakıya qaz şantajına ABŞ-dan dəstək – şok gəlişməVaşinqton SOCAR-ın “Qazprom”la sıxışdırılmasını təqdir etdi; İran-Amerika münasibətlərinin ilıqlaşmağa üz tutması və Konqresdə Azərbaycan əleyhinə sənədin müzakirəsi ərəfəsində belə bir gediş təsadüfdürmü?..

Qonşu və strateji tərəfdaş saydığımız Gürcüstan qaz bazarının şaxələndirilməsi adı altında Azərbaycana qaz şantajını davam etdirir. Özü də bunu “işğalçı ölkə” adlandırdığı Rusiyanın monopolist qaz şirkəti olan “Qazprom” vasitəsilə həyata keçirməkdədir.

Rusiyapərəst sabiq baş nazir Bidzina İvanişvilinin “uşaqaları”nın belə təhlükəli gedişləri ölkə daxilində də ciddi narazılıq və təpki ilə qarşılanıb. Artıq neçə vaxtdır “Qazprom”la qaz sövdələşməsinə qarşı paytaxt Tiflisdə etiraz aksiyası keçirilir. Müxalifət liderləri, eyni zamanda müstəqil gürcü ekspertlər haqlı olaraq hesab edirlər ki, Rusiyadan qaz asılılığı ölkənin müstəqilliyinə ciddi təhlükəyə, paralel surətdə isə “dost və müttəfiq Azərbaycanla münasibətlərin korlanması”na gətirə bilər.

***
Yada salaq ki, gürcü hökuməti neçə vaxtdır Ermənistan üzərindən İran qazının da alınmasına dair danışıqlar aparır. Həmin danışıqların içində həmçinin “Qazprom”un olduğu bildirilir. Bəzi siyasi şərhçilərə görə, rəsmi Tiflis bununla Azərbaycan qazının qiymətini (min kub metr üçün 190 dollar) daha da aşağı salmağa çalışır. Yəni yenə şantaj məsələsi.

Başqa versiyaya görə isə bu, həm də Moskvaya siyasi reverans məqsədi güdür - guya bununla, Rusiyanın Gürcüstana separatçı bölgələrlə bağlı aqressiv siyasəti yumşalacaq, şimaldan təhlükələr səngiyəcək. Təbii ki, illüziyadır. Ukrayna (Krim, Donbas) nümunəsi göstərdi ki, Kreml hətta güclü qaz təchizatçısı olduğu bir ölkənin (konkret halda Ukraynanın) ərazisini də yeri gələndə çəkinmədən işğal edə bilir.
***
Bu arada ABŞ gözlənilmədən Gürcüstan bazarında SOCAR-ın sıxışdırılmasına və Rusiyanın “Qazprom” şirkətinin, habelə İranın bu bazara girməsinə dəstək verib (Virtualaz.org). Belə ki, Amerikanın Tiflisdəki səfiri Yan Kelli “İmedi” telekanalına müsahibəsində Gürcüstan hökumətinin “Qazprom”la danışıqlarında qəribə heç nə görmədiyini bildirib. Lakin əlavə edib ki, hökumət bu danışıqlarda daha çox şəffaflığı təmin etməlidir.

Diplomatın bildirdiyinə görə, onun “Qazprom”la danışıqlara dair hökumətdən aldığı məlumat “çox əhatəlidir”. “Gürcüstan təkcə bir təchizatçıdan asılı olmalı deyil”, - deyə səfir Gürcüstanın qazla təchizatının 90 faizinin Azərbaycandan təmin olunduğunu eyhamla qeyd edib.



Səfir onu da bildirib ki, Tiflis “Qazprom”la danışıqlarda ölkənin energetika müstəqilliyini saxlamaq üçün mümkün olanı etməlidir. “Ölkə təkcə bir enerji mənbəyindən asılı olmalı deyil. Ona görə də diversifikasiya haqda düşünmək lazımdır və Gürcüstan hökumətinin Rusiya ilə danışıqları uzaqgörən, müdrik addımdır” - Kelli əlavə edib. Diplomatın fikrincə, energetika siyasəti cəmiyyətdə suallar yaratmalı deyil. Ona görə də hökumət ictimaiyyəti daha çox məlumatlandırmalıdır.

***
Onu da xatırladaq ki, Gürcüstan hökuməti ilə “Qazprom”un kommersiya qaz bazarına daxil olmasına dair danışıqları artıq son mərhələdədir. Detallar açıqlanmasa da, bildirilir ki, söhbət Gürcüstanın Rusiyadan hər il 500 milyon kubmetrə qədər əlavə qaz almasından gedir. Hazırda Gürcüstan Ermənistana qaz tranziti üçün “Qazprom”dan ildə qiyməti 220 dollardan 400 milyon kubmetr qaz alır. Ölkənin qaza olan illik tələbatı 2.5 milyard kubmetr göstərilir.
Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib ki, SOCAR ölkənin artan tələbatını ödəmək gücündə deyil. Üstəlik, buna Azərbaycandan Gürcüstana qaz nəql edən kəmərin imkanları da bəs etmir. Azərbaycan tərəfi isə əksinə, bildirir ki, Gürcüstanın qaza olan tələbatını tamamilə ödəmək imkanındadır. Ötən həftə SOCAR prezidenti Rövnəq Abdullayev Tiflisdə bu mövzuda danışıqlar aparsa da, görünür ki, tərəflər razılaşma əldə edə bilməyiblər.

İndi isə ABŞ-ın “Qazprom”un Gürcüstan bazarına daxil olmasına “yaşıl işıq” yandırması Vaşinqtonun regiona dair siyasəti baxımından anlaşılmaz görünə bilər. Çünki ötən həftə Amerika Xarici Siyasət Şurasının eksperti Stiven Blank bildirmişdi ki, Rusiyadan qaz idxalı Gürcüstanın ABŞ-la münasibətlərinə mənfi təsir edəcək.

Onun fikrincə, Azərbaycanın Gürcüstana zəruri həcmdə qaz təchizatını həyata keçirdiyi vaxtda Rusiya və ya İrandan qaz almağa ehtiyac yoxdur. Blank bunun ictimaiyyətə deyil, hansısa şəxslərə fayda gətirəcək siyasət olduğunu demişdi. “Bu, ABŞ-ın Gürcüstanla münasibətlərinə mənfi təsir edəcək və Gürcüstanın Rusiyaya müqavimət imkanlarını zəiflədək” - Amerika rəsmisi vurğulamışdı.

***



Elə gürcü müxalifəti də bunu deyir. Gürcüstanın keçmiş yanacaq və energetika naziri David Mirtsxulava isə “Qazprom”la Tiflis arasında aparılan danışıqların detallarını açıqlayıb. Sabiq nazir deyib ki, Rusiya şirkəti Ermənistana qaz tranzitinə görə Gürcüstanın götürdüyü qaz həcminin əvəzində pul kompensasiyası məsələsini çox kəskin qoyub. Onun sözlərinə görə, hələ konkret rəqəm demək mümkün deyil, çünki danışıqlar hələ yekunlaşmayıb.

David Mirtsxulavaya görə, “Qazprom”un əlində Gürcüstanın hansısa şərtlərə razılıq verməməsi halında istifadə etmək üçün müəyyən “kozır”lar var. Bu halda, yəni Gürcüstan şərtlərə razılıq verməsə, “Qazprom” Azərbaycan üzərindən İrana ildə 10 milyard kubmetr qaz nəql edəcək. Həmin sxem Gürcüstan marşrutundan istifadəni nəzərdə tutmur və nəticədə Gürcüstan böyük itkilərlə üzləşəcək.

Rusiyanın İrana svap prinsipi əsasında qaz nəqli planları bu yaxınlarda açıqlanıb. “Qazprom” İrana müəyyən həcmdə qaz nəql edib əvəzində Fars körfəzində eyni həcmdə İran qazını qəbul etməyi və bazara çıxarmağı nəzərdə tutur. Lakin bu plan baş tutarsa, Rusiya qazının İrana hansı marşrutla ötürüləcəyi hələ açıq qalır. Bunun üçün Gürcüstan-Ermənistan marşrutundan istifadə də nəzəri olaraq mümkündür, ancaq Rusiya qazının İrana nəqli üçün Azərbaycan marşrutu ən sərfəlidir.

***
Göründüyü kimi, indiki gürcü hökuməti kifayət qədər riskli qaz oyunlarının içindədir. Bu oyunlara qəfildən ABŞ səfirinin dəstək verməsi və Azərbaycanın maraqlarının gözardı edilməsi isə xüsusi diqqət çəkir. Belə bir dəstək indi azı, iki mühüm və yeni məqama görə önəmli sayıla bilər.



Məsələ ondadır ki, səfirin açıqlaması Azərbaycan hakimiyyəti əleyhinə ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri Kristofer Smit tərəfindən hazırlanan məlum sənədin müzakirəsinə sayılı günlər qalmış səslənib. Yan Kellinin bəyanatı həmçinin, İran üzərindən sanksiyaların götürülməsi və Tehran-Vaşinqton münasibətlərinin ilıqlaşmaya üz tutması, İranın neft-qaz bazarına qayıdışı üçün yolun açılması, nəhayət, bununla da Azərbaycanın Avropadan ötrü energetik önəminin (nəzəri olaraq) azaldığı dönəmə təsadüf etməsi ilə dıqqət cəlb edir.

Ayrı sözlə, bu açıqlama dolayısıyla rəsmi Bakıya mesaj, hətta təzyiq xarakteri daşıyır. Dəqiqini bilmək üçün yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Çünki proseslər artıq sürət alıb.
Analitik xidmət




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:39 ranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı Bu gün Tiflisdə SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın energetika naziri, baş nazirin müavini Kaxa Kaladze və baş nazir Georgi Kvirikaşvili arasında danışıqlar olub. Mediaxeberleri.az Gürcüstan mənbələrinə istinadən xəbər verir ki, tərəflər qaz təchizatının artırılmasını və qiymət
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az