t s

» » Moskvada matəm aksiyası olmayacaq

Moskvada matəm aksiyası olmayacaq

28-02-2015, 19:06 Yazar:  Aygün Baxılıb: 443 Çap et
Moskvada matəm aksiyası olmayacaqRusiyanın paytaxtı Moskvada martın 1-nə planlaşdırılmış Müxalifət marşını Matəm aksiyası ilə əvəz etmək olmaz.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Moskva meriyasından bildirilib.

Paytaxtın regional təhlükəsizlik departamentinin rəhbəri Aleksey Mayorov bildirib ki, qanunvericilik dəyişikliyə icazə vermir.

"Əgər təşklatçılar hansısa tədbir keçirməyə hazırdırlarsa, onlar rəsmi şəkildə Moskva hökumətinə müraciət etməlidirlər. Qanuna görə bu gün biz nəyi isə kardinal şəkildə dəyişə bilmərik", - deyə məmur bildirib.

Onun sözlərinə görə, ərizə minimum 10 gün əvvəl verilməlidir. Mayorov onu da xatırladıb ki, qanuna əsasən, tədbirin keçirilməsi ilə bağlı razılaşmanın müddəti 3 gündür.

"Hər ehtimala qarşı, əgər nə isə olarsa, bu qəbul edilmiş qanun formatında olmayacaq. Hələ bir söz demək olmaz", - deyə meriya nümayəndəsi bildirib.

Xatırladaq ki, şənbə gecəsinə keçən gecə Moskvanın mərkəzində Rusiyanın məşhur müxalifətçi siyasətçisi Boris Nemtsov killer tərəfindən güllələnib. Müxalifətçi Kremlin yaxınlığında yerləşən Böyük Moskvarets körpüsünün yanında gəzərkən qatil ən azı 7-8 güllə atıb.

"Bahar" antiböhran marşı 1 martda Marionoda keçirilməli idi. Lakin təşkilatçılar bu marşın əvəzinə matəm aksiyası keçirməyə qərar veriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdü Bu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Moskva hüquq mühafizə orqanlarına istinadla “İnterfaks” məlumat yayıb. Qətlin təfərrüatı dəqiqləşdirilir. İlkin məlumata görə, Boris Nemtsov Moskvanın mərkəzində, Vasilyevski
08:24 Öldürülərkən Nemtsovun yanında olan ukraynalı model Rusiyalı siyasətçi Boris Nemtsov qətlə yetirilərkən Ukrayna vətəndaşı, 23 yaşlı model Anna Duritskaya onun yanında olub. Musavat.com xəbər verir ki, məlumatı LifeNews yayıb. Məhz onun sayəsində istintaq hadisənin necə baş verdiyini dəqiqləşdirib. Modelin sözlərinə görə, o, Nemtsovu mərkəzi
02:07 Putinin qatı düşməni öldürüldü - Təcili Bu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Moskva hüquq mühafizə orqanlarına istinadla “İnterfaks” məlumat yayıb. Qətli təfərrüatı dəqiqləşdirilir. İlkin məlumata görə, Boris Nemtsov Moskvanın mərkəzində,
22:18 Rusiyadan Serjə sərt mesaj - Rəsmi Moskva girov Dilqəm Əsgərovu geri qaytarmağa çalışır Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlamaya bu gün rəsmi Moskvadan cavab gəlib. Rusiyanın Xarici İşlər nazirliyinin sözcüsü Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında məhz bu məsələni təhlil edib.
12:54 Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək Təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq. Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az