t s

» » Bu icra başçılarının dəyişdiriləcəyi deyilir

Bu icra başçılarının dəyişdiriləcəyi deyilir

16-02-2015, 09:07 Yazar:  Aygün Baxılıb: 1667 Çap et
Bu icra başçılarının dəyişdiriləcəyi deyilir

Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az” hakimiyyətdəki mənbəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Ancaq bu il seçki ili olduğundan monitorinq daha ətraflı aparılıb etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Seçkiyə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”.

Mənbə bildirir ki, Quba və İsmayıllı hadisələrindən sonra rayonlardan gələn şikayətlərə diqqət xeyli artırılıb: “Nazirlərin rayonlarda qəbullar keçirməsi də narazılıqların yerində öyrənilməsinə xidmət edir. Nazirlərin rayonda keçirdikləri qəbulların nəticələri də monitorinqin yekununa əlavə edilib. Bütün bunlara rəğmən bəzi rayonlar üzrə şikayətlər kəsilmək bilmir. Ona görə də onların dəyişdirilməsi ilə bağlı siyasi qərar var. Eyni narazılıqları səngitmək üçün daxili işlər və prokurorluq orqanlarına xüsusi göstəriş verilib ki, şikayətləri operativ araşdırıb, vətəndaşlara rəsmi məlumat versinlər”.

Mənbə ən çox şikayət olunan rayonların da adını açıqladı:

1. İmişli – icra hakimiyyətinin başçısı Vilyam Hacıyev
2. Şirvan – icra hakimiyyətinin başçısı Mərdan Camalov
3. Goranboy – icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev
4. Laçın - icra hakimiyyətinin başçısı Akif Səlimov
5. Biləsuvar - icra hakimiyyətinin başçısı Mahir Quliyev
6. Lənkəran - icra hakimiyyətinin başçısı Taleh Qaraşov
7. Masallı - icra hakimiyyətinin başçısı Rafil Hüseynov
8. Nərimanov - icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev
9. Binəqədi – icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov
10. Oğuz - icra hakimiyyətinin başçısı Evyaz Qurbanov
11. Zaqatala – icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
12. Ağstafa – icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev
13. Abşeron – icra hakimiyyətinin başçısı Zakir Fərəcov
14. Astara – icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev
15. Lerik – icra hakimiyyətinin başçısı Rövşən Bağırov

Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir. Bu rayonları potensial “İsmayıllı” hesab etmək olar. Mənbə onları əvəzləyəcək şəxslər barədə də maraqlı məlumat verib: “Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından seçiləcək. Eyni zamanda bu il keçiriləcək parlament seçkisində YAP-ın namizədləri siyahısına düşməyəcək şəxslərin də bir qisminin icra başçısı təyin ediləcəyi gözlənilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az