t s

» » İlhamənin oğlu aeroportda saxlanıldı

İlhamənin oğlu aeroportda saxlanıldı

14-01-2016, 15:20 Yazar:  Alim Baxılıb: 245 Çap et
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar.

İlhamənin oğlu aeroportda saxlanıldı“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, məlumata görə, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Yaxın saatlarda saxlanılanlar barəsində hansı tədbirlərin görüləcəyi məlum olacaq.

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

“Ekstazi işi”nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlınin, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi.

İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:45 Ukraynadan Azərbaycana narkotik gətizdirən şəxsə hökm oxundu. Məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Dəyanət Qarayevin CM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
22:37 Bakıda heroin alverçilərinə hökm oxundu Birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb. Bakı Apellyasiya Məhkəməsində Toğrul Zeynalov və Rauf Mehdiyevin CM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələri və
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az