t s

» » Erməni mətbuatı: “Ölkə tezliklə ən ağır vəziyyətə düşəcək...”

Erməni mətbuatı: “Ölkə tezliklə ən ağır vəziyyətə düşəcək...”

28-02-2015, 17:16 Yazar:  Aygün Baxılıb: 540 Çap et
Erməni mətbuatı: “Ölkə tezliklə ən ağır vəziyyətə düşəcək...”Rusiyadakı məlum vəziyyətlə bağlı ən böyük zərbə alan ölkələrdən biri də Ermənistandır. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Bankının son göstəricilərinə görə, yanvar ayı üçün xaricdən göndərilən pul kütləsi 28 milyon 23 min dollar təşkil edib ki, bu da ötən illə müqayisədə transfertlərin 60% azalması deməkdir.

Belə ki, keçən ilin yanvarında bu rəqəm 68 milyon 284 min dollar təşkil edib. Erməni qaynaqları yazır ki, bu, 2008-ci ildən bu yana ən aşağı rəqəmdir.

Bəllidir ki, transfertlərin 90%-i Rusiyanın payına düşür. Erməni iqtisadçı ekspertlərin fikrincə, transfertlərdə ötən ilin oktyabrından özünü büruzə verən bu enmə davam edərsə, Ermənistan ən ağır vəziyyətə düşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:03 Azərbaycan elektrik enerjisinin ixracını iki dəfə artırıb Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. 2015-cü ilin yanvarında Azərbaycan gömrük bəyannamələri üzrə 17,52 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 9,6 milyon kilovat-saat olub. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Dövlət
21:25 Bombardman nəticəsində 2 erməni öldürüldü, beşi isə yaralandı Bombardman nəticəsində 5 erməni yaralanıb, evləri dağılıb Ermənilərin Suriyada sıx məskunlaşdıgı Hələb şəhəri yenidən bomba və raket zərbələrinə məruz qalıb. ANS PRESS-in verdiyi məlumata görə, bombardman nəticəsində iki erməni ölüb. Atəş nəticəsində Sako Karkelyan və Arut Aqsanyan öldürülüb.
18:12 Azərbaycan xaricdən 14 milyon dollarlıq dərman alıb DGK məlumat yaydı. Azərbaycana idxal olunan əczaçılıq məhsullarının həcmi artıb. Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, 2015-ci ilin yanvar ayının göstəricilərinə görə, Azərbaycan bir ayda 14 milyon 635,85 min dollarlıq əczaçılıq məhsulları alıb. Bu
17:14 Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıb DGK məlumat yaydı. Azərbaycan 2015-ci ilin ilk bir ayı ərzində 1 milyard 65 milyon dollarlıq xam neft ixrac edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 34,2% və ya 552,67 milyon dollar
23:49 Rabitə sektorunun gəlirləri 14% artıb Komitə ötən ayın göstəricilərini açıqladı. İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 133,6 milyon manat təşkil edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az