t s

» » Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil

Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil

16-02-2015, 09:02 Yazar:  Aygün Baxılıb: 853 Çap et
 Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil

“Cəmi bircə rayon və... ”; Dağıdıcı müharibə ehtimalının sfırlanması, konfliktin həllində kardinal irəliləyiş, Ermənistanın izolyasiyadan, dilənçi durumdan və labüd çöküşdən çıxması indi müstəsna olaraq işğalçı ölkənin öz iradəsindən asılı duruma gəlib; zaman artıq heç kimə işləmir, elə Rusiyaya da...
ATƏT-in Minsk Qrupu çərçivəsində 21 illik nəticəsiz danışıqların əslində çox mühüm bir nəticəsi var: bu da ondan ibarətdir ki, Azərbaycanın işğaldakı ərazilərindən müəyyən qismi azad edilməyincə Qarabağ məsələsi də dalandan çıxmayacaq. Deməli, Ermənistan nə qədər Rusiyadan asılı durumda olsa belə, bu addıma getmək üçün özündə güc tapmağı bacarmalı, ilk addımı məhz o atmalıdır, çünki - işğalçıdır.

Bu addım hamıdan çox Ermənistanın özünə lazımdır: 1. Üzücü, total iqtisadi-siyasi iflas vəd edən izolyasiyadan çıxıb regiona inteqrasiya eləmək, dünyaya açılmaq üçün; 2. Rusiyanın İŞİD-sayağı girovluğundan qurtulmaq, ərazi iddiası olan qonşularla münasibətləri qaydaya salıb rahat “nəfəs almaq”dan ötrü.


İldən-ilə daha da boşalan, iri regional layihələrdən (hələ hamısı reallaşmayıb, TANAP, “Cənub qaz dəhlizi” var) kənarda qalaraq daha dilənçi kökə düşən Ermənistanın hazırkı rəhbərliyi üçün artıq elə bir dönəm başlayıb ki, o, 21 illik səmərəsiz danışıqların qeyd edilən əsas nəticəsini bütün ciddiliyi ilə nəzərə almaq zorundadır. Başqa sözlə, rəsmi İrəvan Dağlıq Qarabağ məsələsinin heç vaxt onun istəyinə uyğun şəkildə - “paket həll” (“tanınma əvəzinə torpaq”) variantının mümkün olmadığını birdəfəlik əxz etməlidir.

*****
Məhz zamanında (1998) daha praqmatik prezident kimi Levon Ter-Petrosyan qaranlıq perspektivi yaxşı gördüyü üçün də mərhələli həll variantına razılıq vermiş, erməni xalqına da qərarını belə izah eləmişdi: “Bu gün bizə təklif olunanları götürməsək, sabah yalvaracağıq, çünki Ermənistan ildən-ilə zəifləyəcək, Azərbaycan isə güclənəcək”.

Lakin münaqişə tərəfləri üçün ən optimal variant qismində görünən həll modelinə “Müharibə partiyası” (“Qarabağ klanı”) imkan vermədi: Rusiyanın dəstəyi ilə Petrosyan hökuməti devrildi. Ancaq Petosyanın proqnozu doğruldu - Ermənistan daha betər günə düşdü, Köçəryan-Sərkisyan tandemi isə 17 ildə problemin həllini 1 sm belə irəliyə apara, saxta qurumun müstəqilliyini dünyaya tanıda bilmədi.

Heç Ermənistanın özü də tanınma riskinə getmədi. Hələ harasıdır, ötən müddətdə Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Konfransı kimi nüfuzlu beynəlxalq təşkilatlar BMT-nin ardınca Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğalçı kimi damğalayan qətnamələr qəbul elədilər...
17 ildir Ermənistanda iqtidar olan “Müharibə partiyası” artıq onu da ciddiyə almaq zorundadır ki, Ukraynadakı olaylar fonunda ölkələrin ərazi bütövlüyü prinsipi bir az da önə keçib və Krım, Donbas, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə məsələsində bu prinsipə sayğını Rusiyadan tələb edən Qərb Dağlıq Qarabağ məsələsində eyni şeyi Ermənistandan tələb etməyə sadəcə, borcludur və öz təməl yanaşması əleyhinə getməyəcək - əgər Azərbaycan könüllü şəkildə özü Dağlıq Qarabağdan imtina eləməsə.



*****
İzolyasiyada olan Ermənistan üçün belə qapalı, ümidsiz, tam perspektivsiz bir dönəmdə Türkiyə baş naziri Əhməd Davudoğlunun iki gün öncə İstanbulda ölkənin qeyri-müsəlman icmalarının liderləri ilə görüşdə söylədiyi, faktiki, ilginc xarakterli təklif gözünü tor örtmüş erməni liderləri və isteblişmenti üçün ayıldıcı təsirdə olmalıdır, bizcə: baş nazir bildirib ki, Ermənistan Azərbaycanın işğal altındakı rayonlarından hətta birini boşaltsa, o zaman onunla sərhədlər açıla, diplomatik münasibətlər qurula bilər(di).

7 rayondan cəmi biri! İşğalçıya bundan da böyük güzəşt, bundan böyük şans? Təkrar edirik, ermənilər səmimi şəkildə sülh arzulayırsa, onda müəyyən qisim ərazini mütləq azad eləməlidirlər. Əks halda, yəni sərhədlərin qeyd-sərtsiz açılması Türkiyə tərəfdən 22 illik bağlı qapı siyasətinin səhv olduğunun etirafı anlamına gələrdi. Təbii ki, Ankara ona heç zaman getməyəcək, İrəvanın “qeyd-şərtsiz diplomatik münasibətlər” şərtini uydurma “soyqırımın” 100 illiyində belə qəbul etməyəcək.



Doğrudur, erməni toplumuna hərbi qələbəni siyasi qələbəyə çevirəcəyini vəd eləmiş “müharibə partiyası” üçün Davudoğlunun variantına getmək psixoloji cəhətdən çətindir, az qala siyasi intihara bərabərdir. Üstəlik, Rusiya amili, Kreml xofu var. Ancaq regionun, ilk öncə də Ermənistanın inkişafında ən böyük əngəl olan bir açar münaqişənin dinc həllini dalandan çıxarmağın ayrı yolu da qalmayıb.





*****
Belə bir varianta gedərsə, şübhəsiz, Qərb erməni tərəfini onun ağır fəsadlarından qorumağa, Kremlin kontur-tədbirlərini neytrallaşdırmağa çalışacaq. Ona görə ki, sərhədlərin açılması Qərbin bölgəyə yönəlik uzunmüddətli strateji maraqları çərçivəsindədir və o, çoxdan Ermənistanı Rusiyanın ağuşundan çıxarmağı, Qarabağ konfliktinin həllinə daha münbit zəmin yaratmağı hədəf götürüb.



Erməni tərəfi Ukrayna böhranı fonunda onu da nəzərə almaq zorundadır ki, “soyuq müharibə” səbəbindən ABŞ və Avropa ilə Rusiya arasında postsovet məkanında münaqişələrin, o cümlədən Qarabağ ixtilafının həlli müstəvisində əvvəlki anlaşma nöqtələri faktiki surətdə qalmayıb. Demək, İrəvan müstəqil qərar verib konflikti Qərbin (Türkiyənin) dominant olduğu daha realist həll müstəvisinə keçməyə səy göstərməlidir.

Bu yöndə Ermənistanın üzləşəcəyi fəsadları zəiflətməyin yolu artıq deyildi - Qərbin, Avropa Birliyinin, Türkiyənin dəstəyi... İşğalçı ölkə gec-tez bu addıma getməlidir. Nə vaxtadək o, politoloq Vəfa Quluzadənin təbirincə desək, Rusiyanın peçə tulladığı odun rolunda, maşa rolunda olacaq?



*****
Rusiyadan söz düşmüşkən, zaman indi Moskvaya da işləmir. Əvvəla, Rusiya qeyd edildiyi kimi, Qərblə sonu bilinməyən yeni “soyuq savaş” dövrünə girib. Sanksiyalar altında sıxılan rəsmi Moskva üçün isə Türkiyə olduqca mühüm əhəmiyyətli, hətta vazkeçilməz iqtisadi-ticari, energetik tərəfdaşa çevrilib. İki ölkənin təkcə energetik sahədə (mavi qazın nəqli, “Türkiyə axını”, qardaş ölkədə tikiləcək AES-lərin tikintisi və s.) on milyardlarla dollarla ölçülən anlaşmaları var. Qarabağ probleminin həll olunmamış qalması isə müharibə risklərini aybaay artırır. Öz növbəsində yeni Qarabağ müharibəsi Rusiya ilə Türkiyənin labüd olaraq üz-üzə gəlməsi, Kremlin Ankaranı həmişəlik itirməsi demək olacaq. Azərbaycan da onun kimi...
*****
Belə perspektivi beynəlxalq təhlilçilər də görür və dəyərləndirir.

“Ermənistanın bu münaqişədə vaxtın ona işlədiyini düşünməsi səhvdir. Vaxt heç kimə işləmir. Hər keçən gün Ermənistan iqtisadiyyatının ziyanınadır. Üstəlik, hər hansı münaqişə uzun müddət həll edilməyincə, onu sonda nizamlamaq bir o qədər çətin olur”.



Bunu ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib. Xüsusi diqqətçəkicidir ki, Brayza ərazi bütövlüyü prinsipinin “Qarabağ kimi münaqişələrin nizamlanmasında daha təsirli konsepsiya” olduğunu söyləyib ki, bu da Ukrayna prosesləri fonunda Qərbin tutduğu mövqe ilə tam səsləşir.

*****

Beləliklə, Ermənistanın izolyasiyadan və labüd iqtisadi kollapsdan qurtulması, Qarabağ məsələsində kardinal irəliləyiş və yekun sülh sazişinə (açılımına) çıxılması, böyük müharibənin durdurulması indi xeyli dərəcədə işğalçı ölkənin iradəsinə bağlı qalıb.

Politoloqlardan birinin sərrast dediyi kimi, erməni tərəfi müharibəni udsa da, sülhü uduzub və əgər iqtisadiyyatını tam çökdürəcək dağıdıcı müharibədən qaçmaq niyyətində ciddidirsə, o zaman onun bircə yolu var - zəbt elədiyi əraziləri Rusiya xofuna məhəl qoymadan və vaxt itirmədən boşaltmağa başlamaq. Zaman gerçəkdən də artıq heç kimə işləmir - ələlxüsus işğalçıya.


Siyasət şöbəsi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə
19:24 Putin Qarabağı bizə qaytarır (FOTO) Hazırda münaqişənin qısa müddətdə həll olunması üzrə işlər gedir Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə
12:05 Ankara İrəvanı qucağına alır Azərbaycan Türkiyə münasibətləri ciddi pisləşə bilər Ermənistana Rusiya ilə əməkdaşlıqdan dəymiş zərəri Türkiyə ilə əməkdaşlıq aradan qaldırı bilər. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanda fəaliyyət göstərən regional tədqiqatlar mərkəzinin rəhbəri
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az