t s

» » “Bu planı Rusiya Baş Kəşfiyyat İdarəsi hazırlayıb” - İDDİA

“Bu planı Rusiya Baş Kəşfiyyat İdarəsi hazırlayıb” - İDDİA

28-02-2015, 09:17 Yazar:  Aygün Baxılıb: 498 Çap et
“Bu planı Rusiya Baş Kəşfiyyat İdarəsi hazırlayıb” - İDDİA“Bu planın tərtib edilməsində ehtimal ki, Rusiya silahlı qüvvələrin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin zabitləri və ya xarici kəşfiyyat xidmətləri iştirak ediblər”.

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna mediasına açıqlamasında bu ölkənin Təhlükəsizlik Xidmətinin sabiq sədr müavini Aleksandr Skipalski Krım və Donbas hövsəsinin tutulması planları barədə Rusiya mediasında gedən yazıları şərh edərkən deyib.

Qeyd edək ki, Rusiyanın “Novaya Qazeta” internet nəşri 2014-cü il 4-12 fevral tarixlərində Kremldə keçirilən gizli görüşlərin detallarını dərc edib. Qəzet Rusiya hökumətinin Ukrayna böhranını nəzərdə tutan 7 mərhələli “yol xəritəsi” hazırladığını yazıb.

Rusiya nəşri qeyd edir ki, “yol xəritəsi” Moskvanın Ukraynanın daxili işlərinə birbaşa olaraq qarışdığını göstərən əsas dəlildir. Plan hələ Kiyevdə Maydan hadisələrinin başlanmasının ilk günlərində masa üzərində olub. Plana görə, Rusiya rəhbərliyi Viktor Yanukoviçin uzun müddət vəzifəsində qala bilməyəcəyini nəzərdə tutub. Yanukoviçin Rusiyaya sığınacağı belə plana salınıb. Planda Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərq regionlarında separatizm hərəkatına başlanılması yer alıb.

Aleksandr Skipalski hesab edir ki, sənədin reallığa yaxınlıq ehtimalı 80 faizdən yuxarıdır. Onun fikrincə, belə analitik sənədi yalnız birinci dərəcəli peşəkarlar hazırlaya bilərdi.

Ukraynalı general əlavə edir ki, Rusiya KİV-ində gedən sənəd son deyil. O, sözügedən planın Krım və Ukraynanın şərqinin tutulması üzrə ildırımsürətli planın tərtib edilməsində əsas olduğunu deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:25 Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video) Ukraynanın şərqində atəşkəsə dair Minskdə “Normand dördlüyü” formatında (Rusiya, Ukrayna, Fransa və Almaniya) əldə edilmiş razılaşmaya baxmayaraq Rusiyanın yeni əraziləri tutmaq planları barədə həyəcanlı xəbərlər gəlir. Finlandiyalı jurnalistlər Rusiya-Ukrayna sərhədini keçərək Azov dənizinin
01:24 Ukraynadan tam ödəniş: Rusiya yenə əməl etmir Rusiya imzalanmış müqaviləyə tam əməl etmir. Axar.az xəbər verir ki, bu ittihamla Ukraynanın "Naftoqaz" şirkəti çıxış edib. Brüssel müqaviləsinə əsasən, ötən gün Rusiya Ukraynaya razılaşdırılmış 114 milyon kub metr təbii qaz çatdırmalı idi. Ancaq Rusiya yalnız 44 milyon kub metr qaz göndərib.
23:42 Ukrayna XİN BMT-nı Donbasa sülhməramlıları göndərməyə çağırıb Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sülhün bərpası üçün lazımdır. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib. Faşizm üzərində Qələbənin 70 illiyinə və BMT-nin yaranmasına həsr olunmuş Təhlükəsizlik Şurasının açıq
18:13 Kremlə sərt ittiham - Ukrayna prezidenti Moskvanı Maydan qətliamında günahlandırıb Ukrayna prezidenti Pyotr Poroşenko Moskvanı ötən il Kiyevin Maydanında nümayişçilərin snayper atəşinə tutulmasında birbaşa əli olmaqda ittiham edib. Qətllərin birinci ildönümündə ittiham irəli sürən prezident Ukrayna xüsusi xidmət orqanlarında buna dair dəlillərin olduğunu söyləyib. P.Poroşenko
00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az