t s

» » Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdü

Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdü

28-02-2015, 08:48 Yazar:  Məmməd Məmmədov Baxılıb: 756 Çap et
Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdüBu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Moskva hüquq mühafizə orqanlarına istinadla “İnterfaks” məlumat yayıb. Qətlin təfərrüatı dəqiqləşdirilir. İlkin məlumata görə, Boris Nemtsov Moskvanın mərkəzində, Vasilyevski enişində qətlə yetirilib. Naməlum şəxs 55 yaşlı siyasətçiyə 4 güllə vurub. Aldığı yaralardan “Həmrəylik” hərəkatının lideri və “RPR-PARNAS” partiyasının həmsədri yerindəcə keçinib. Boris Nentsovun qətlini siyasətçi İlya Yaşin də təsdiqləyib. TASS-ın məlumatına görə də qətl Vasilyevski enişində baş verib. 02.30 Qətlin baş verdiyi Böyük Daş Körpü ərazisinə Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev gəlib. Qətlin istintaqını Rusiya Prezidenti Vladimir Putinin şəxsi nəzarətə götürdüyü bildirilir. Xatırladaq ki, Boris Nemtsov öldürülə biləcəyi barədə təhdidlərin ciddi olduğunu qeyd etmişdi. O, Prezident Putinə qarşı ən kəskin çıxışları ilə yadda qalırdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:28 Rusiyada həbsdə olan ukraynalı pilot öldü Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko həbsxanada vəfat edib. Mediaxeberleri.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, bu barədə Rusiyada müxalifət lideri Boris Nemtsovun qələ yetrildiyi yerdən canlı yayımla efirə qoşulan Newcaster TV-nin müxbiri RF Daxili İşlər
08:26 Putin və Ağ Evdən Nemtsovun qətlinə reaksiya Biz indicə bu xəbəri almışıq. Axar.az xəbər verir ki, bu sözlər ABŞ Administrasiyasının milli təhlükəsizlik şurasından Rusiya müxalifətinin lideri, Rusiya Baş nazirinin keçmiş müavini Boris Nemtsovun qətlinə münasibət bildirilərkən deyilib. ABŞ Administrasiyasının qətllə bağlı ayrıca münasibəti
08:24 Öldürülərkən Nemtsovun yanında olan ukraynalı model Rusiyalı siyasətçi Boris Nemtsov qətlə yetirilərkən Ukrayna vətəndaşı, 23 yaşlı model Anna Duritskaya onun yanında olub. Musavat.com xəbər verir ki, məlumatı LifeNews yayıb. Məhz onun sayəsində istintaq hadisənin necə baş verdiyini dəqiqləşdirib. Modelin sözlərinə görə, o, Nemtsovu mərkəzi
02:07 Putinin qatı düşməni öldürüldü - Təcili Bu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Moskva hüquq mühafizə orqanlarına istinadla “İnterfaks” məlumat yayıb. Qətli təfərrüatı dəqiqləşdirilir. İlkin məlumata görə, Boris Nemtsov Moskvanın mərkəzində,
09:27 Macarıstanın ikibaşlı oyunu Ölkə başçısının dəstəyinə baxmayaraq sakinlər Putinə etiraz edirlər Macarıstan paytaxtı Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə baş nazir Viktor Orban arasında keçiriləcək danışıqlardan öncə 2000-ə yaxın etirazçı bu görüşə qarşı yürüş keçirib. Putinin çərşənbə axşamı etdiyi səfər, 2014-cü

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az