t s

» » Türkiyənin Azərbaycana qarşı viza tətbiqi yalan çıxdı, amma...

Türkiyənin Azərbaycana qarşı viza tətbiqi yalan çıxdı, amma...

9-01-2016, 09:26 Yazar:  Gülnar Baxılıb: 327 Çap et
Türkiyənin Azərbaycana qarşı viza tətbiqi yalan çıxdı, amma...Ekspert: “Heç kim gələcəkdə tətbiq olunması planlaşdırılan bu qaydalara görə Türkiyəni günahladıra bilməz”

“Mətbuatda dərc edilən və Türkiyənin Azərbaycan Respublikasının vətəndaşlarına qarşı məcburi viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

Yuxarıdakı fikirləri Türkiyənin Azərbaycandakı səfirliyindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib. Xatırladaq ki, Türkiyə mətbuatı Avropa İttifaqı (Aİ) ilə ötən ilin sonlarında imzalanan sənəddə viz ilə bağlı şərtin Ankara qarşısında qoyulmasına diqqət çəkib. Sözügedən viza sadələşdirilməsi və readmissiya sazişinə istinad edən media bildirib ki, saziş çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Ankara Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcək.

Qeyd edək ki, Türkiyə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etsə də, illərdir Bakı hələlik öz tərəfindən anoloji addım atmayıb. Bu yaxınlarda isə məlum oldu ki, Gürcüstan və Ukrayna üzərinə götürdükləri öhdəlikləri yerinə yetirdiyi üçün Avropa Birliyi bu ölkə ilə viza rejimini sadələşdirməyi planlaşdırır. Avropa Komissiyası da bu ölkələrdə həyata keçirilən müvafiq prosedurların beynəlxalq standartlara cavab verdiyi qənaətində olduğunu bəyan edib. Belə olan təqdirdə Azərbaycana qarşı hətta qardaş Türkiyənin də vizalı rejimi bərpa etməsi bir sıra digər problemlərlə yanaşı, psixoloji gərginliklər yarada bilər.

Ancaq Türkiyənin Bakıdakı səfirliyindən birmənalı şəkildə bildirildi ki, Türkiyə ilə Azərbaycan arasında hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik nəzərdə tutulmur. “Azərbaycan Respublikasının vətəndaşları, 2007-ci ildən bu günədək tətbiq edildiyi kimi, Türkiyəyə turistik məqsədlə həyata keçirəcəkləri 30 günlük səyahətlərdə viza almaq zərurətindən azad olacaqlar”-səfirliyin mətbuat xidmətinin rəsmi cavabında bildirilir.

Yeri gəlmişkən, bəzi media orqanları Türkiyə XİN-ə istinadən Azərbaycana qarşı daha yumşaq formada vizalı rejiminin tətbiq olunacağını xəbər verib. Səfirliyin açıqlaması isə bu iddiaların əsassız olduğunu ortaya çıxarır. Yeri gəlmişkən, son vaxtlar Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən meyllər artmaqdadır. İlin ilk günlərində Türkiyədə Xocalı soyqırımı abidəsinin üzərindən soyqırım ifadəsinin çıxarıldığı barədə illər öncə yazılmış xəbər “yenilik” kimi sosial şəbəkələrdə təqdim olundu. Ardınca da viza söhbətinin şişirdilməsi istiqamətində iş gedir. Ancaq elə G-20 Sammitinə fəxri qonaq kimi Türkiyənin məhz Azərbaycan prezidentini dəvət etməsi iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə inkişafından xəbər verir. Təbii ki, ayrı-ayrı qüvvələr bu münasibətlərə xələl gətirmək üçün istənilən bəhanədən istifadə etməyə çalışır. Türkiyənin bu tezliklə Avropa Birliyinə üzv olması sual altındadır. Hələ ilin ikinci yarısına qədər çox dəyişiklikləri ola bilər. Digər tərəfdən, Türkiyə vizalı rejimin bərpası istiqmatində addım atarsa, özü də turizm ölkəsi kimi bundan ciddi maliyyə itkisinə məruz qala bilər. Doğrudur, Avropa Birliyi Ankaranın qarşısında viza öhdəliyini də qoyub. Amma diplomatik qaynaqlardan əldə etdiyimiz məlumata görə, yəqin ki, Türkiyə burada müəyyən redaktələr edəcək.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana viza tətbiqi ilə bağlı xəbərləri təkzib etməsinə baxmayaraq, gələcəkdə nələrin baş verəcəyini söyləmək çətindir: “Çünki Avropa Birliyi Türkiyəyə 2016-cı ildə viza tətbiqinin ortadan qaldırılmasını vəd edib. Bu isə o deməkdir ki, Türkiyə vətəndaşları rahat şəkildə Avropa Birliyi ölkələrinə səfər edəcəklər. Başqa sözlə, bu, gələcəkdə Türkiyənin Şengen ölkələri sırasına daxil olması deməkdir. Şengen vizasının isə öz şərtləri var. Azərbaycan vətəndaşı Şengen vizasını almadan təyyarı bileti alıb İtaliyaya və ya Fransaya səfər edə bilərmi? Təbii ki, yox. Bunun üçün səfər edəcəyin ölkənin səfirliyinə müvafiq sənədlər təqdim etməlisən. Eləcə də Türkiyə Şengenə daxil olarsa, Brüssel Ankaradan ümumi qaydalara riayət etməyə çağıracaq”. E.Şahinoğlu qeyd etdi ki, heç kim gələcəkdə tətbiq olunması planlaşdırılan bu qaydalara görə Türkiyəni günahladıra bilməz: “Biz özümüzü günahlandırmalıyıq ki, niyə biz elə bir vəziyyətə gəlib çıxdıq ki, qardaş dövlətə səfər etmək üçün yenidən səfirliyin quyruğunda dayanacağıq. Azərbaycan vaxtında Ümumdünya Ticarət Təşkilatına üzv olsaydı, Avropa Birliyi ilə assosiativ saziş imzalasaydı və bunun ardınca Ukrayna və Gürcüstan kimi Brüssellə vizasız gediş-gəliş imkanına malik olsaydı, strateji müttəfiqimiz Türkiyənin Azərbaycan vətəndaşlarına yenidən viza tətbiqinə ehtiyac qalmazdı”.

Politoloq hesab edir ki, yenə də gec deyil. Yəni Azərbaycanın indiki ağır iqtisadi və sosial durumunda Avropa Birliyi və Ümumdünya Ticarət Təşkilatı ilə danışıqları intensivləşdirmək lazımdır: “Onların irəli sürdüyü şərtlər bizim özümüz üçün lazımdır ki, həyatımızın müxtəlif sahələrini inkişaf etdirək, monopoliyalardan qurtulaq, rəqabət qabiliyyətli iqtisadiyyat quraq, qanunvericiliyimizi ümumi standartlara yaxınlaşdıraq. Bunları etsək, həm neqativ yükdən azad olacağıq, həm də Avropa Birliyinin qapıları Türkiyə, Gürcüstan və Ukraynanın üzünə açıldığı kimi Azərbaycanın da üzünə açılacaq və viza almaq üçün səfirliklərin qapılarında alçaldıcı şəkildə günlərlə növbəyə dayanmağa ehtiyac qalmayacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
01:10 Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO Aprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az