t s

» » 10 min manata möhtac qızlar (VİDEO)

10 min manata möhtac qızlar (VİDEO)

28-02-2015, 01:06 Yazar:  Aygün Baxılıb: 930 Çap et
10 min manata möhtac qızlar (VİDEO)Qız uşaqlarının abort edilməməsi üçün 10 minə ehtiyac varmı?

Ölkədə son illərin doğulan oğlan uşaqlarının sayında müşahidə edilən artım artıq ciddi narahatlıq yaratmağa başlayıb. Bu məqsədlə ailədə doğulan ikinci qız uşağına görə, 10 min manat ödənilməsi təklifinin hökumətdə müzakirə olunması xəbəri yayılan kimi dərhal əks-səda doğurdu. Amma məsələ doğrudan ciddidir.

ANS TV-nin məlumatına görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq xəbəri ölkədə qız uşaqlarına olan münasibəti bir daha gündəmə gətirdi. Bundan əvvəl də açıqlanan statistk rəqəmlər bu haqda həyəcan təbili çalırdı. Ötən il dünyaya gələn uşaqların 53,6 faizi oğlan, 46,4 faizi qız olub. Bu statistika qızların elə ana bətnindəcə məhv edildiyinin, selektiv abortların əsasən uşaqların cinsi ucbatından baş verdiyini aşkar sübut edir. Dediklərimə qüvvət kimi abortların rəsmi statistikasını sadalaya bilmirəm. Çünki Azərbaycanda belə statistika ümumiyyətlə aparılmır. Amma istənilən bir orta məktəbdə birinci sinifə daxil olmaq yetər ki, qızların sayında kəskin azalmanın şahidi olaq.

Bunun bizim yaralı yermizin oluduğunu deyən ibtidai sinif müəlliməsi Tamilla Mehdiyeva deyir ki, qızların sayı son 10 ildə çox azalıb: "Mənim sinfimdə 26 uşaq var, 7-si qızdır 19-u isə oğlan. Bütün siniflərdə belədir. Bir ara müharibə illərində biz oğlanların azlığından narahat idik. Amma indi qızlara görə bu narahatçılığı keçiririk”.

Demoqrafik tarazlığın pozulması yalnız məktəbdə problemlərə yol açmır.

Ginekoloq Gülnarə Sultanqızı deyir ki, hamiləliyin 12 həftəliyində körpəsini cinsinə görə dünyaya gətirmək istəməyən ana üçün də abort olduqca təhlükəlidir.

Azərbaycanda selektiv abort qanunla qadağan edilsə də, sirr deyil ki, müəyyən qadın məsləhətxanalarında, özəl klinikalarda bu prosedur aşkar şəkildə həyata keçirilir. Bəzən buna tibbi göstərişin olduğu əsas gətirilir. Amma tibbi göstərişlərlə sonlandırılan hamiləliklərin statistikası da selektiv abortdan xəbər verir.

2014-cü ildə 28000 belə abort olunub ki, onlardan yalnız 8 mini – mini abort hesab edilir. Yəni yerdə qalan 20 min abort uşağın cinsinin bəlli olduğu 3-cü aydan sonra edilib. Bu faktı bizə təsdiqləyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbəsi məsləhətçisi Aynur Veysəlova problemin həllinin maarifləndirmə ilə əlaqəli olduğunu deyir:

“Sözsüz ki, bunu tək qadınlarla aparmaq birtərəfli nəticə verir. Maarifləndirməni həm qadınlarla, həm kişilərlə, həm də ali təhsil müəssisələrində aparmaq lazımdır”.

Araşdırmalar göstərir ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Dünyada hər il 55 milyon körpə günəşi görmədən ana bətnində qətlə yetirilir.

Abortların 40%-i valideynlərin arzusu ilə, 25%-i həyat səviyyəsinə görə, 23%-i sosial, 12%-i isə tibbi göstəricilərə görə baş verir. Azərbaycanda isə abortların üçdə ikisinin səbəbi dölün qız olması ilə bağlıdır. Görünən odur ki, bu vəziyyətin qarşısı təcili alınmasa, gələcəkdə cəmiyyətdə yaranacaq problemləri 10 min manat hesabına da həll etmək mümkün olmayacaq.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:08 Qız uşağına görə 10 min manat verilməsi barədə xəbərlərə aydınlıq gətirildi Deputat: Hər qız uşağına görə 10 min manat verilməsi barədə xəbərlər əsassızdır “Əslində deməliyik kimin pulu var onun uşağı çox olsun”. Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manatın vəsaitin köçürüləcəyi ilə
19:58 Nigar Axundova: Cinsi mənsubiyyətə görə seleksiya ilə məşğul olmaq böyük günahdır “Bir neçə il sonra evlənməyə qız tapılmayacaq”. Mediaxeberleri.az oxu.az-ın Caspian International Hospital-ın baş həkimi, tibb elmləri namizədi, akuşer-ginekoloq, protokolların yazılması üzrə işçi qrupun üzvü Nigar Axundova ilə müsahibəsini təqdim edir. - Bəşəriyyətin zərif hissəsinin təhsil
22:30 Mini ətək geyən qızlara təcavüz ediləcək Direktor müavini: "Belə geyinənlər təcavüzü haqq edirlər" Türkiyənin Antalya şəhərindəki Kəpəz Atatürk Anadolu Litseyi müdir köməkçisi mini ətək geyinən qızların təcavüz edilməsinə tapşırıq verib. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, Filiz G. adlı müdir köməkçisi 31
21:02 "Fahişəlik ağrılı problemdir" Hicran Hüseynovanın rəhbərlik etdiyi komitənin BMT hesabatı Azərbaycan qadın hüquqlarının təminatı istiqamətində fəaliyyət planı barədə BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsində (CEDAW) hesabat verib. Ailə, Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsinin
18:12 Abort eşqinə pul qazanan həkimlər - Gizli cinayət - Abort cəzası - 200 manat, 6 ay və ya 5 il Ölkədə abort yolu ilə “körpə qətli” davam edir. Təəssüf ki, məsələ ilə bağlı vəziyyətdə ötən illərlə müqayisədə hər hansı düşüncə dəyişikliyi hiss edilmir. Çox qadın arzuolunmaz hamiləlik və ailə planlaşdırması barədə məlumatsızlıq ucbatından ginekoloqla məsələni həll etməyə can atır. Sözsüz, abort

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az