t s

» » “Bank Standard” Eynulla Fətullayevin pulunu qaytardı, işçilərini cəzalandırdı

“Bank Standard” Eynulla Fətullayevin pulunu qaytardı, işçilərini cəzalandırdı

28-02-2015, 00:53 Yazar:  Aygün Baxılıb: 790 Çap et
“Bank Standard” Eynulla Fətullayevin pulunu qaytardı, işçilərini cəzalandırdı“Bank Standard”ın müştərisi Eynulla Fətullayevin debütor kartından qanunsuz olaraq silinmiş vəsait bank rəhbərliyinin məsələyə müdaxiləsindən sonra geri qaytarılıb, bununla da müştərinin pozulmuş hüquqları bərpa olunub.

Bunu virtualaz.org saytına açıqlamasında “Bank Standard”ın vitse-prezidenti deyib.

Vitse-prezident etiraf edib ki, bu problem bank əməkdaşlarının səhvi ucbatından baş verib və bunun manatın kəskin ucuzlaşmasına heç bir aidiyyəti yoxdur. Bankdan o da bildirilib ki, belə bir problemin yaranmasına görə məsuliyyət daşıyan əməkdaşlar cəzalandırılıb və müəssisədə daxili təhqiqatlara başlanılıb.

Qeyd edək ki, Eynulla Fətullayev “Bank Standard”ın debütor kartından vəsaitin qanunsuz silinməsi barədə məqalə yazmışdı. Yazıda deyilirdi:

Manat kəskin ucuzlaşandan sonra bir çox alverçilər, fırıldaqçılar və banklar bundan sui-istifadə edib yaxşıca pul qazanmağa çalışdılar.

Prezident İlham Əliyev isə çıxış edərək fırıldaqçıların və möhtəkirlərin sərt cəzalandırılacağını bəyan etdi. Baş Prokurorluq da dövlət başçısının bu çıxışından dərhal sonra xüsusi briqadalar yaratdı. Həbslər başladı...

Lakin görünür, bu cəzalar da sələmçiləri və yaranmış vəziyyətdən pul qazanmaq istəyən digər möhtəkirləri yeni qanunsuzluqlardan və maliyyə cinayətlərindən çəkindirməyib. Bu günlərdə mən özüm də fırıldaqçılıq sxeminin qurbanı olmuşam.

Mən “Bank Standard”ın VİSA debütor kartından istifadə edirəm. Açığını deyim ki, buna peşman olmuşam. Çünki “Bank Standard” Mərkəzi Bankın qərarından sui-istifadə edərək məni faktiki olaraq qarət edib. Bank əməkdaşları ilə söhbət edəndən sonra əmin oldum ki, qarət olunan müştəri təkcə mən də deyiləm...

Manat ucuzlaşana qədər mənim debütor kartımın balansında 1366 avro vəsait var idi. Dünən bankomatdan pul çıxarmaq istədim. Öz balansımda tamam başqa bir rəqəm -(minus) 2065 avro görəndə heyrətimdən donub qaldım.

“Görəsən, nə baş verir?! Bəlkə sistemdə nəsə nasazlıq var?!” - deyə düşündüm. Və elə həmin dəqiqə də bankın ofisinə getdim.

Çox təəccüblü idi. Axı debütor kartda minus, mənfi balans, daha sadə dillə desək, borc ola bilməz. Axı bu, kredit kartı deyil ki, bank o balansa müntəzəm olaraq pul yatırsın.

Banka gedib bu informasiyanı onun əməkdaşlarına da verirəm və təcili tədbirlər görülməsini tələb edirəm. Bank əməkdaşları çaşqın vəziyyətə düşür. Mən onlardan öz ödəmə balansımın çap olunmuş variantını istəyirəm. Kağıza çap olunan məlumatları kartımdan hər dəfə pul çıxarıb nəqdləşdirəndə mənə gələn SMS-informasiyalarla tutuşdururam.

İlk baxışdan hər şey qaydasındadır. Bank əməkdaşlarına sual verirəm: “Bəlkə sizin sistemdə nəsə nasazlıq var?”

Cavab verirlər ki, yox, nasazlıq yoxdur.

İkinci sualımı verirəm: “Bəs onda niyə belə hadisə baş verib? Bu pulları kartımın balansından bəlkə Stokholmda qaldığım otel çıxarıb?”

Bu il fevralın 1-dən 16-dək İsveçdə xidməti ezamiyyətdə olmuşam. Ayın 16-da Bakıya qayıtmışam. Bakıya qayıtdığım gün kartımın balansında təxminən 3 min avro vəsait var idi.

Ona görə də Stokholmda qaldığım otelə zəng vururam, vəziyyəti danışıram. Otelin mühasibatlığından soruşuram: “Bəlkə siz hansısa səhvə yol vermisiniz? Kartımdan siz bir neçə dəfə pul çıxarmısınız?!”

Otelin mühasibatlığı aparılmış əməliyyatları dönə-dönə yoxlayıb hər şeyin qaydasında olduğunu, yəni nə qədər lazım idisə, o qədər də pul çıxarıldığını bildirir. Bundan sonra Stokholmdakı oteldən mənə rəsmi maliyyə sənədi - debütor kartımla orada aparılmış əməliyyatların rəsmi hesabatı göndərilir. Oteldə heç bir problemin olmadığı təsdiqlənir.

Yenə banka müraciət edirəm - “Bank Standard”ın bu dəfə baş ofisinə. Bu məsələni araşdıracaqlarını vəd edirlər. Bir neçə saat keçir. Bankın bir xanım əməkdaşı zəng vuraraq məni sadəcə olaraq şoka salan bir məlumat verir.

Məlum olur ki, mənim fevralın 1-dən 16-dək olan müddətdə Stokholmdakı bütün xərclərim manatın yeni kursu ilə hesablanıb, ona görə də bank mənim hesabımdan 3 min avronu özünə götürüb!!!

Təsəvvür edirsinizmi? Adamın matı-qutu quruyur. Kartımın balansından 1300 avronu oğurlamaqları azmış kimi mən banka üstəlik hələ 2500 avro da ödəməyə borcluyammış!

Bank əməkdaşına sual verirəm: “Mənim azı yarım ay qabaqkı xərclərimi hansı əsasla manatın yeni kursu ilə hesablayırsınız?”

Qarşı tərəf soyuqqanlılıqla və həyasızcasına belə cavab verir: “Bank rəhbərliyinin əmri belədir”.

Mən bank əməkdaşına prezidentin manatın ucuzlaşması fonundakı xəbərdarlıq və sərəncamını, Baş Prokurorluğun maliyyə fırıldaqçıları ilə müraciətini xatırladıram. Sonra da hədələyib deyirəm ki, əgər bu oğurluq və qanunsuzluğa son qoyulmasa, bunu mətbuata çıxaracam. Daha sonra da bank rəhbərliyi ilə görüş tələb edirəm.

Amma hamısı əbəs imiş. Ona görə də bu məsələni ictimailəşdirməkdən və Baş Prokurorluğa müraciət etməkdən başqa yolum qalmır. Belə görünür ki, bankın sahibləri öz itkilərini bizim - yazıq vətəndaşların cibindəkiləri oğurlamaqla kompensasiya etmək qərarına gəliblər. İndi söz Zakir Qaralovundur.



“Bank Standard” qoy bu suallara cavab versin:

1. Əgər kompüter sistemində heç bir nasazlıq yoxdursa, debütor kartında necə borc yarana bilər?

2. Mənim manatın devalvasiyasına qədərki bütün xərclərim nəyə görə manatın yeni kursu ilə hesablanıb?

Bildiyim qədər “Bank Standard”ın sahibi korrupsiyaya uğramış o məşhur sabiq nazir Heydər Babayevdir. H.Babayev öz iqtisadi cinayətkarlıq sxemini bu dəfə də bank sektorunda davam etdirir. Bu da mənə Baş Prokurorluğun xüsusi briqadasına müraciət etməkdən başqa çıxış yolu qoymur...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:38 “Yapı Kredi Bank Azərbaycan”a qarşı ittiham - fırıldaqçılıq... “Yapı Kredi Bank Azərbaycan” vətəndaşları aldadır”. Jurnalist Pərviz Əzimov faktlarla bankın fırıldaqlarını ifşa edib. Arqument.Az xəbər verir ki, P. Əzimov özünün “Facebook” hesabında bankın onu aldatdığını qeyd edib. Onun yazdığına görə, bank işçiləri onu aldadaraq məhkəməyə verib və hazırda
02:02 Şəriət qaydalarına uyğun kredit - Azərbaycan “Azərbaycan Beynəlxalq Bankı” ASC şəriət qaydalarına uyğun olaraq 150 milyon dollar məbləğində kredit cəlb edib. Bu barədə Trend "CPI Financial" maliyyə portalına istinadən məlumat verir. Məlumata görə, 20 milyon dolları Küveytin “Warba Bank”ı, qalan hissəni isə “JP Morgan”, “Citigroup”, “Barwa
11:18 Mərkəzi Bank hazırkı məzənnənin nə vaxtadək qüvvədə olacağını açıqladı Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. “Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il
00:23 "1 dollar 90 qəpiyə bərabər olacaq" “Daha bir neçə gündən sonra...”. Dollar/manat məzənnəsi ilə maraqlı iddia ortaya atılıb. İqtisadi mövzular üzrə jurnalist Vasif Cəfərovun şəxsi qənaətinə görə, Mərkəzi Bank 1 dollar = 90 qəpik hədəfinə yuxarıdan aşağıya doğru yaxınlaşmaq qərarı verib. “Gözlənilirdi ki, Mərkəzi Bank Dollar/Manat
11:59 Banklar valyuta məzənnələrini yenilədilər - (Siyahı) Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. APA istinadən xəbər verir ki, bu qərardan sonra əvvəlcə Mərkəzi Bank, günün sonuna qədər isə bəzi kommersiya bankları öz saytlarında məzənnələri yeniləyiblər. Mərkəzi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az