t s

» » Sürücülərin canı evakuatorların özbaşınalığından qurtaracaq

Sürücülərin canı evakuatorların özbaşınalığından qurtaracaq

7-01-2016, 18:11 Yazar:  Əsmər Baxılıb: 201 Çap et
Sürücülərin canı evakuatorların özbaşınalığından qurtaracaqMAŞINI QANUNSUZ EVAKUASİYA EDƏN YOL POLİSİNƏ 300 MANAT CƏRİMƏ YAZILACAQ - ŞOK YENİLİK

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydalarını pozmaqla park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olan şəxslərin daha intizamlı olmasını təmin etməyə yönələn maraqlı yenilik var.

Mediaxeberleri.az Avtosfer.az-ın xəbərinə görə, məlumdur ki, belə avtomobilin sahibi yanında olarsa və ya avtomobil evakuatora yüklənərkən (evakuasiya avtomobili hərəkətə başlayanadək) gəlib çıxarsa, avtomobil evakuasiya edilməməli, sürücüyə yerində cərimə tətbiq edilməklə o, öz avtomobilini qadağan olunmuş yerdən götürməlidir. Amma bəzən sürücü gəlib çıxsa da, onun avtomobilinin evakuatorla aparılmasına da rast gəlinir. Yeni Məcəllə belə halda, yəni sürücünün gəlib çıxmasına baxmayaraq avtomobil evakuasiya edilərsə, bunu edən şəxsin 200 manatdan 300 manatadək cərimə olunmasını nəzərdə tutur. Bu cərimə evakuasiyanın həmin qaydasını pozan evakuator sürücüsü, onun köməkçisi və ya hətta bu barədə göstəriş verən DYP əməkdaşına tətbiq oluna bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:37 Yol polisindən “apteçka” açıqlaması - Ajiotajdır, heç bir reyd keçirilmir Son günlər mediada və sosial şəbəkələrdə avtomobillərdə dərman qutularının olmamasına görə xüsusi reyd keçiriləcəyi və “apteçka”sı olmayanların kütləvi şəkildə cəzalandırılacağı barədə məlumatlar yayılıb. Hətta tələb olunan dərman vasitələrinin də siyahısı yayımlanıb. Bununla bağlı Baş Dövlət Yol
08:52 Azərbaycan dilinə görə də sərt cərimələr gəlir İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub Azərbaycanda statistik sirrin yayılması və mətbuatda dərc olunmasına görə cərimələr böyük məbləğdə artırılır. Bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Məcəllə layihəsinin
10:58 Dünyanın 10 ən qeyri-adi avtomobili Bu cür unikal maşınları düzəldənlər bu üsulla öz mallarını reklam etmək, ya da Ginnesin rekordlar kitabına düşmək istəyirlər Dünyana bir çox maraqlı avtomobil mövcuddur. Onların əksəriyyəti – sadəcə maraqlı tyuninqdir və əksər hallarda əl işidir. Yalnız az bir miqdarı kiçik emalatxana və
21:50 Sürücülərin nəzərinə: Dəyişikliklər qüvvəyə mindi İnzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndəriləcək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə minib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, qanuna aşağıdakı məzmunlu dəyişikliklər
20:49 Biləsuvarda DYP rəisi bazar açıb Rayonda sərxoş sürücü saxlanılarsa 350 manatından, vəsqəsi olmayan isə 100 manatından keçməlidir Ölkəni ağuşuna almış korrupsiya və rüşvət əndazə tanımadan «yüksəlir» və artır. Xüsusən DYP sistemində polis əməkdaşlarının əmək haqları artırılsa da, ortada «hörmət» və «şirinlik» məsələsini

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az