t s

» » Gömrükdə inqilab: idxal monopoliyası ləğv edildi

Gömrükdə inqilab: idxal monopoliyası ləğv edildi

1-01-2016, 16:53 Yazar:  Gülnar Baxılıb: 425 Çap et
Gömrükdə inqilab: idxal monopoliyası ləğv edildi Dövlət Gömrük Komitəsində radikal islahatlar həyata keçirilib. Artıq idxal monopoliyası tam rasan qaldırılb. Yanvarın 1-də ölkəyə məhsul idxalı tam liberallaşıb. Bu barədə istiqlal.az-a gömrük komitəsindəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, idxalçıları talayan brokerlər gömrük sərhədlərindən uzaqlaşdırılıb və yüklərin qeydiyyat prosesi sadələşdirilib. İndi idxalçılar heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara biləcəklər.

Qeyd edək ki, bu artıq idxalda tam liberallaşma mühitinin yaranması deməkdir ki, bir azdan rəqabət nəticəsində daxili qiymətlərin xeyli ucuzlaşmasına təsir göstərəcək. Bu həm də gömrük daxil olmalarının əhəmiyyətli dərəcədə artması deməkdir.

Hələ iki il qabaq gömrük yüklərinin rəsmiləşdirilməsinin ASAN Xidmətə verilməsi nəzrədə tutulurdu. Ancaq gömrükdə söz sahibi olan idxal monopolistləri bu ideyanın qarşısını ala bildilər. O vaxt bu ideyanı Gömrük Komitəsinin sədri Aydın Əliyev də ictimailəşdirmişdi. Ancaq idxal monopolistləri bu ideyanı beşiyindəcə boğa bildilər. Ancaq indi prezident İlham Əliyevin iradəsi ilə buna son qoyuldu. Buna emosiyasız iqtisadi sektorda inqilabi dəyişiklik saymaq olar.

Artıq ölkədə yaranmış yeni iqtisadi situasiya gömrük islahatlarını qaçılmaz edirdi. Dünya bazarında neftin qiymətinin 37 dollara enməsi ölkənin gəlirlərini kəskin şəkildə azaldıb. Gələn il neftin daha da ucuzlaşacağı gözlənilir. Bu o deməkdir gələn il üçün nəzərdə tutulan 2,8 milyardlıq investisiya layihələrini gerçəkləşdirmək mümkün olmayacaq. Eyni zamanda dövlət xərclərinin kəskin ixtisarı və büdcəyə əlavə vəsaitlərin cəlb edilməsi zərurəti ortaya çıxacaq. Bu baxımdan ilk addım kimi gömrük islahatları başladı.

Alternativ hesablamalara görə, hazırda gömrük sərhədlərində ən azı 10 milyard manat vəsait idxal monopolistlərinin cibinə axırdı. Bu vəsaitin təxminən yarısı – 5 milyard manata yaxını büdcəyə çatacaq pullardır. Ölkəyə daxil olan yüklərin real qiymətindən az göstərilməsi və ya ümumiyyətlə sənədləşdirlməməsindən hər il büdcə 5 milyard manat itirir. İldə təxminən 5 milyard manat isə iş adamlarından “təzminat” kimi yığılır. Ölkənin gəlirlərinin belə kəskin azalması fonunda gömrükdə qayda-qanun yaratmağın vaxtı çatıb. Bu həm də ölkədə biznes mühitinin sağlamlaşdırılmasına təkan verəcək.

Yada salaq ki, prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə gömrük sisteminin şəffaflaşdırılması məsələsini xüsusi vurğulayıb: “İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.

Böyük ehtimalla növbəti islahat vergi sistemini əhatə edəcək. Oxşar proseslər - sahibkarlardan "təzminat" yığılması vergi sistemində də var və son illər bu neqativ tendensiya daha da güclənib. Ən azı nəzərə almaq lazımdır ki, preziden İlham Əliyev iki sistemdə - gömrük və vergi sistemində şəffaflıq məsələsini xüsusi qabartmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
12:51 Deputat: İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin “FES-in qərarı manatın məzənnəsinə təsir edəcək”. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun müsahibəsini təqdim edir. - Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə
15:15 İlham Əliyevdən oliqarxlara çox sərt xəbərdarlıq: "Artıq hövsələm tükənib..." “İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az