t s

» » Gəncədə universitet rektorunun tələbə "kassiri"

Gəncədə universitet rektorunun tələbə "kassiri"

28-12-2015, 23:22 Yazar:  Əsmər Baxılıb: 317 Çap et
Gəncədə universitet rektorunun tələbə "kassiri"Azərbaycan Dövlət Aqrar Universitetində baş verən özbaşınalıqlar və digər qanunsuzluqlar barədə dosye.org-a maraqlı məlumatlar daxil olub.

Belə ki, universitetin rəhbərliyi tərəfindən ağızdolusu danışdığı şəffavlıqdan söhbət belə gedə bilməz. Ən azından dosye.org-ın bilgilərinin verdiyi məlumatlarda göstərilir ki, universitetdə açıq-aşkar alver gedir. Bu şəraiti isə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun yaratdığı bildirilir. Universitetin tələbəsi Tələt Rzayev isə rektorun ən etibarlı “kassiri” sayılır.

Heç bir dərsdə iştirak etməyən Tələt Rzayev imtahanlardan necə keçdiyi artıq bəllidir. Universitetin daxilində daha bir biabırçılıq olduqca utanvericidir. Semestr ərzində müəllimlərdən 10-15 bal alan tələbələr testdən yüksək qiymətlər alır. Bunun necə və hansı qiymətlərlə başa gəldiyi haqda növbəti yazılarımızda daha geniş məlumat veriləcək. Lakin bir faktı nəzərinizə çatdıraq ki, müəllimlərin verdiyi bal listi ilə imtahandakı listi üzləşdirdikdə Tələt Rzayevin “xidmətlərini” görmək olur.

Rəhbərliyin kadr siyasəti olduqca rüsvayedicidir

Artıq fənlərə diqqət yetirdikdə iqtisadi yönümlü “torpaq bazarı” torpaq fondunun idarə edilməsi Aqrotexnologiya fakultəsinin kafedralarında tədris olunur. Bu isə təhsildə qəbuledilməz fakt olaraq qalır. Növbəti saxtakarlıq isə, Menecement və aqrsr marketinq kafedrasına qeyri ixtisas sahibi kimi tanınan Asif Həsənovun təyinatıdır. Apardığımız araşdırmalar isə sübüt etdi ki, A. Həsənov əvəzedilməz kadr mühasibat ucotu ixtisasını bitirib. Etiraf edk ki, universitetin daxilində Təhsil Nazirliyini təlimatları kobud şəkildə pozulub. Universitetin daxilindən sızan son məlumatlara görə, rektorun təkidi ilə həmən kafedra müdrinin öz ərzəsi alınıb. Bunun hansı səbəblərdən baş verdiyi haqda məlumatlar veriləcək.

Dosye.org olaraq bildirmək istəyirik ki, Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr etiraz etmək məcburiyyətindədir. Rektor isə tədbirlərdə universitetin müəllimlərini və tələbələri hədələməklə məsələni qapanmaq fikrindədir. Bizim araşdırmalarımız davam etdiyi üçün universitetdə baş verən ciddi qanun pozuntuları nəzarətə götürməklə Təhsil Naziri Mikayıl Cabbarova ünvanlanacaq. Və inanırıq ki, universitetin daxilində baş verən korrupsiya hallarına və digər suallara Təhsil nazirliyinin səlahiyyətli nümayindələri münasibət bildirəcək.

Araşdırmalarımız davam edir...

Qarşı tərəf kimi məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
10:12 Azərbaycan Aqrar Universitetində imtahanların “qiyməti” qalxıb Rektor İbrahim Cəfərovun göstərişi ilə ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün artıq 50 manat rüşvət alınır Son vaxtlar ölkə mətbuatında dərc olunan məlumatlarda, fəliyyətində ciddi nöqsanların olduğu bildirilən ali təhsil müəssisələrindən biri kimi də Azərbaycan Dövlət Aqrar
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az