t s

» » Bazarda od tutub yanan qiymətlər - VİDEO

Bazarda od tutub yanan qiymətlər - VİDEO

28-12-2015, 10:44 Yazar:  Əsmər Baxılıb: 313 Çap et
Bazarda od tutub yanan qiymətlər - VİDEOBayramqabağı artım nə alıcının, nə də satıcının ürəyincədir.

Manatın üzən məzənnəyə keçməsi və dəyər itirməsi artıq bütün sahələrdə olduğu kimi meyvə-tərəvəz bazarındakı qiymətlərə də öz təsirini göstərib.

Mediaxeberleri.az ANS TV-yə istinadən xəbər verir ki, bayramqabağı olmasına baxmayaraq, qiymətlərin artması səbəbindən alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb. Mövcud vəziyyət Yeni il öncəsi alverin artacağını düşünən satıcıları da təssüfləndirir. Əsasən qiymət artımı xaricdən gətirilən mallarda nəzərə çarpır. Bu mallar qonşu ölkələrdən gətirilən sitrus meyvələri, kivi, banan və adətən bayramqabağı tələbatın çoxaldığı çərəz məhsullarıdır. Türkiyədən gələn portağaldan başqa bazarda qiyməti artan digər məhsullar arasında kartof, soğan yumurta və digərləri var. Məsələn, əvvəl kilosu 75 qəpiyə satılan kartof indi 1 manata təklif olunur. Devalvasiyadan öncə 18 qəpiyə olan kənd yumurtası indi 22 qəpikdən satılır. Yerli alma çeşidlərinin mövcud qiymətləri isə azı 20-50 qəpik arasında artıb. Yəni 50 qəpiyə olan alma 1 manata, 1 manata satılan isə 1 manat 50 qəpiyə qalxıb. Alıcılar da bazarlarda qiymətlərin bahalığından şikayətlənirlər. Devalvasiyanın təsirinin zəif hiss olunduğu məhsullar isə ət, toyuq, göy-göyərti, bal və satıcının öz bağından gətirdiyi meyvədir. Ümumilikdə isə manatın devalvasiyasının bazara təsiri iqtisadi qanunauyğunluq çərçivəsindədir. Yəni məhsul yerli istehsal olsa belə istehsalçının ümumi xərcləri artdığı üçün o da qiyməti artırır.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:51 Deputat: İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin “FES-in qərarı manatın məzənnəsinə təsir edəcək”. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun müsahibəsini təqdim edir. - Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə
10:15 Bazarlarda qiymətlər "od tutub yanır" - Alan da guleylənir, satan da... Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur. “Yaşıl bazar” və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı
12:59 Avtomobil bazarında kəskin ucuzlaşma 100-105 min manata satılan “Lexus” hazırda 50-55 min manata satılır. Dünya bazarında neftin ucuzlaşması, Azərbaycanda gəlirlərin azalması və iqtisadi aktivliyin aşağı düşməsi özünü avtomobil bazarında da göstərib. Mediaxeberleri.az Fins.az-a istinadən xəbər verir ki, üstəlik belə vəziyyətin
08:46 Qulağa soğan parçası qoymaq görün nələr edir - Nələrə qadir imişsən, soğan Bir çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar sağlamlıq üçün ən yaxşı vasitələrdəndir. Təbii vasitələr sintetik vasitələrədən daha təhlükəsizdir. Həmçinin ucuz başa gəlir. Soğan möcüzəli bir tərəvəzdir. Öskürmə: Soğan suyu öskürək əleyhinə ən effektli siropdur. Ancaq qoxusuna və
16:32 Yarmarkaları niyə bağladılar? Uzun illərdir Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar bağlanıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. Onun sözlərinə görə, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az