t s

» » "Dağlıq Qarabağda müharibə təhlükəsi realdır"

"Dağlıq Qarabağda müharibə təhlükəsi realdır"

28-12-2015, 09:00 Yazar:  Əsmər Baxılıb: 270 Çap et
"Dağlıq Qarabağda müharibə təhlükəsi realdır"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi Nikolay Bordyuja bəyan edib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət ciddi narahatlıq doğurur və münaqişənin gərginləşməsinin qarşısını almaq lazımdır.


“Biz bu gün Qafqazda baş verənlərə böyük həyəcanla baxırıq - xüsusilə də Qarabağ münaqişəsi, təmas xəttindəki vəziyyətlə bağlı olaraq. Orada artıq ağır silahlar, tanklar tətbiq olunur, insan itkiləri var. Hesab edirəm bizim dövlətlərin siyasi resursundan heç bir halda vəziyyətin gərginləşməsinə yol verməmək üçün istifadə olunacaq ki, bu gün onsuz da kifayət qədər isti mərhələdə olan münaqişə böyük miqyaslı hərbi toqquşmalara keçməsin” .


Bordyujanın sözlərinə görə, bu perspektiv bütün Qafqazı təhdid edir.


Təşkilat rəsmisi həmçinin vurğulayıb ki, dövlət başçılarının nüfuzundan istifadə edərək, “ilk növbədə siyasi metodlarla” hərəkət etmək lazımdır.


O, KTMT iştirakçılarını vəziyyətin qaydaya salınması və atəşkəsin bərqərar olması üçün səy göstərməyə çağırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:39 Sərkisyan Putinin yanında Azərbaycanı yamanladı “Rusiya NATO-su”nun sammitində Ermənistan prezidenti yenə Bakıdan şikayətləndi; bu ayın sonunda işğalçı ölkədə qurumun hərbi təlimləri keçiriləcək - Azərbaycana qarşı növbəti hədə... Sentyabrın 15-də Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv
09:21 İrəvanın yuxusu qaçıb - “Azərbaycan regionda Rusiya ilə daha önəmli oyunçudur, nəinki Ermənistanla...” Putinin Bakı səfərinin ardınca ordumuz düşmənə aman verməyəcək müasir sistemlər alıb Ekspert: “Azərbaycan regionda Rusiya ilə daha önəmli oyunçudur, nəinki Ermənistanla...” Rusiyalı generaldan erməniyə acı cavab: “Azərbaycan müstəqil dövlətdir, ona Rusiyanın silah satmasında qeyri-adi heç nə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:45 Sülh sazişindən imtina edən İrəvan təlaş içərisindədir Rusiyanın Bakıya silah satmasından narahat olan düşmən ölkə Türkiyəni neytrallaşdırmağa çalışır Son zamanlar işğalçı Ermənistanın rəhbərliyi sərsəm davranışları ilə həm Azərbaycan əsgərindən qorxduğunu nümayiş etdirir, həm də qorxutmağa yönəlik cəhdlər göstərir. Beynəlxalq aləmin davamlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az