t s

» » Bakıda dollar üçün uzun növbələr...

Bakıda dollar üçün uzun növbələr...

28-12-2015, 06:49 Yazar:  Əsmər Baxılıb: 366 Çap et
Bakıda dollar üçün uzun növbələr... Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxt Bakıda yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub.

Dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb.

Artıq paytaxtın bəzi yerlərində dollar üçün "qara bazar" - qeyri-rəsmi vayutadəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif ediblər.

Hələlik Mərkəzi Bankdan rəsmi açılama yoxdur. Amma dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var.

Mərkəzi Bank dekabrın 21-də "üzən məzənnə" rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər.

"Azadlıq" radiosu dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrinin birində axşam saatlarında gördüyü mənzərənin fotolarını təqdim edir. Həmin məntəqədə məzənnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:25 Bakıda “qara dollar bazar”ı yarandı: 1 dollar - 2 manat.. Dolların üzən məzənnəyə keçidi, sadə desək, bahalaşması “qara bazar”da pul satanların da işini xeyli dərəcədə çətinləşdirib. Əvvəllər metronun “28 may” stansiyasının qarşısında 10-15 nəfərə yaxın “pul satan” gözə dəyirdisə, indi onların həm özlərinin sayı, həm də satdılqarı pulun məbləği azalıb.
12:51 Deputat: İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin “FES-in qərarı manatın məzənnəsinə təsir edəcək”. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun müsahibəsini təqdim edir. - Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
20:30 "Bank dollarda olan kredit ödənişini yeni məzənnə ilə tələb edə bilməz" - Açıqlama Dollarla krediti qaytaranlar əvvəlki qayda ilə ödənişi həyata keçirməkdə davam edəcək Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə məzənnəsinin dəyişikliyi ilə əlaqədar yaranmış sualların sırasında 21 fevral 2015-ci il tarixinədək banklardan götürülmüş kreditlərin hansı pul
09:02 Mərkəzi Bankdan şok manat qərarı Milli valyutanın dollardan asılılığından imtina edildi; ekspertlər bildirirlər ki, hökumətin bu addımı manatın ucuzlaşmasını şərtləndirəcək... Azərbaycan manatı dollardan asılılıqdan imtina edib. Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az