t s

» » Azərbaycanda sürətlə yayılan xəstəliklər

Azərbaycanda sürətlə yayılan xəstəliklər

27-12-2015, 21:32 Yazar:  Əsmər Baxılıb: 316 Çap et
Azərbaycanda sürətlə yayılan xəstəliklərAzərbaycanda qeyri-infeksion xəstəliklərlə (QİX) bağlı vəziyyət açıqlanıb.

Bu barədə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində bildirilir.
Sənəddə qeyd olunub ki, son 10 ildə ölkədə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs sisteminin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artıb.
Bundan başqa, son 10 ildə dünya üzrə QİX ilə xəstələnmə halları təxminən 14% artıb. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər ölüm hallarının əsas səbəbləridir.
Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə barabərdir.
Azərbaycanda ölüm halları əsasən yuxarıda qeyd olunan 4 xəstəliyin payına düşür. Birinci yerdə qan 4 dövranı sisteminin xəstəlikləri (59,8%), 2-ci yerdə bədxassəli yenitörəmələr (12,5%), 3-cü yerdə isə tənəffüs orqanlarının xəstəlikləri (2%) durur.
Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, ölkədə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır, böyüklərin 14,3%-i spirtli içkilərdən mütəmadi istifadə edir.
Eyni zamanda, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.
Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir.
Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4% təşkil edib. Avropa regionunda bu göstərici orta hesabla 40%-dir.
Ölkədə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2 053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3 560 nəfər təşkil edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:17 Aborta görə cinayət məsuliyyətinin genezisi və perspektivləri Hamiləliyin süni surətdə pozulması qadınların sağlamlığına neqativ təsir göstərən mühüm tibbi-sosial amillərdən sayılır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı abortu dünyanın əksər ölkələrindəqadınların reproduktiv sağlamlığına ciddi təhlükə yaradan problem kimi qiymətləndirmişdir.
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
02:11 Pəhriz saxlamağın təhlükəli tərəfləri - Bunlara diqqət! “Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az