t s

» » Bayram qabağı əhaliyə müraciət

Bayram qabağı əhaliyə müraciət

27-12-2015, 20:16 Yazar:  Sabina Baxılıb: 175 Çap et
Bayram qabağı əhaliyə müraciətFövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Mediaxeberleri.az nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurum Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı barədə xəbərdarlıq edib.

Nazirlik evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacının yerə möhkəm bərkidilməli, ağacın budaqlarının tavana və divarlara toxunmamalı olduğunu qeyd edib.

Qaydalara görə, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Həmçinin bayram şənliyi ikinci mərtəbədən yuxarıda keçirilməməli, şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı, məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi vurulmalı, otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyə çağırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
23:50 Asif Ata: "SAZÇILIĞIMIZ – TANRIÇILIĞIMIZ" 1. Göy Yolu Türklərin Tanrısı Göy idi. Ucalıq Tanıyırdılar, Ucalığa Tapınırdılar Türklər. Saz – Türkün Göy Yoluydu. Türk Sazında Göylə Birləşirdi – Bir olurdu. 2. «Ruhani» Türk Tanrısını Oxşayırdı, Tanrısının başına dolanırdı. Tanrı Türkün həm Babasıydı, həm Balasıydı. Tanrısını əzizləyirdi Türk.
23:27 “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 37-ci il “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Günəş Ayı, 37-ci ildə (mart, 2015) Qutsal “İnsanilik”Bayramını həyata keçirdi. (Bildirək ki, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Borçalıda
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az