t s

» » Daha bir rayonda şok məmur skandalı - Şamaxıda yerli məmurlar bir-birilərinə bıçaq çəkib – İcra başçısı rayonu idarə edə bilmir?

Daha bir rayonda şok məmur skandalı - Şamaxıda yerli məmurlar bir-birilərinə bıçaq çəkib – İcra başçısı rayonu idarə edə bilmir?

27-02-2015, 12:06 Yazar:  Anar Baxılıb: 771 Çap et
Daha bir rayonda şok məmur skandalı - Şamaxıda yerli məmurlar bir-birilərinə bıçaq çəkib – İcra başçısı rayonu idarə edə bilmir? Redaksiyamıza yazan Şamaxı sakinləri yerli rəhbərliyin əlindən cana doyduqlarını deyirlər. DİA.AZ-a göndərilən müraciətdə deyilir:

“Hörmətli redaksiya. Sizə yazmaqla ölkə rəhbərliyinin nəzərinə çatdırmaq istəyirik ki, artıq Şamaxıda hər şey əhalinin əksinə işləməkdədir. Komunal problemlərdən cana doyan əhali (işıq, qaz, su, yol və s) artıq dərdlərinin çarəsini prezidentə müraciət etməkdə görür.

Rayonun problemləri bir yana qalıb, əvəzində Şamaxı rayon icra hakimiyyəti başçısı Asif Ağayev intiriqalar alətinə çevrilmiş Qasım Qasımovun diqtəsi ilə səriştəsiz kadr islahatlarını aparmaqdadır.

Belə ki bir müddət əvvəl Qasımovun təkidi ilə yaxın qohumu olan Alikin Avaxıl kəndinə icra nümayəndəsi təyin olunmasının nə ilə nəticələndiyi (“Ayı ovu” qalmaqalı) heç gündəmdən düşməmiş Qasımovun vəzifəyə təyin etdirdiyi 2 şəxs Talışnuru və Qonaqkənd icra nümayəndiliklərinin müavinləri biri digərini bıçaqlayaraq xəsarət yetirmişlər.

Hazirda Qonaqkənd icra nümayəndəliyinin mühasibi ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasında müalicə olunur. Qasımovun təkidli tələbi ilə Ağayev dövlət qulluğuna kriminal insanları toplamaqla həm öz başına həmdə dövlətin imicinə ciddi xələl yetirməkdədir.

Hal-hazırda biri xəstəxanalıq oln digəri isə sərbəst gəzən hər iki şəxs dövlət qulluqçusudur. Bu azmış kimi saxta diplomlu insanları Ağayev kimlərinsə vasitəsilə vəzifələrə təyin etdirməkdən belə vaz keçməmişdir. Davam edən kadr islahatları Göylər kəndində də öz bəhrəsini verməkdədir”.

Qarşı tərəfi də dinləməyə hazırıq...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:06 Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döydülər - sonra da həbs etdilər Saatlıda özbaşınalıq pik həddə çatıb. Artıq rayon İcra Hakimiyyəti başçısı və yerli məmurlar vətəndaşlarla həddindən artıq kobud davranmaqla yanaşı, həm də haqqını tələb edənləri həbs etdirəcəkləri ilə hədələyirlər. JAM.AZ-a az verilən məlumata görə, daha bir özbaşınalıq dünən baş verib. Belə ki,
15:15 Şamaxıda icra başçısına söykənən rüşvət piramidası – İdarə müdirləri ona görə rüşvət alırlar ki... Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun isə öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması artıq heç kəs üçün sirr deyil. Bununla bağlı DİA.AZ-a rayondan verilən məlumatda deyilir
09:07 Bu icra başçılarının dəyişdiriləcəyi deyilir Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az”
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az