t s

» » BƏRDƏDƏ MEŞƏ TƏSƏRRÜFATI BİZNESİ — HÜSEYNQULU BAĞIROVUN DİQQƏTİNƏ

BƏRDƏDƏ MEŞƏ TƏSƏRRÜFATI BİZNESİ — HÜSEYNQULU BAĞIROVUN DİQQƏTİNƏ

27-02-2015, 08:50 Yazar:  Aygün Baxılıb: 589 Çap et
BƏRDƏDƏ MEŞƏ TƏSƏRRÜFATI BİZNESİ — HÜSEYNQULU BAĞIROVUN DİQQƏTİNƏEkologiya və Təbii Sərvətlər Nazirliyi Aydın Məmmədovun palıd, çınar, qaraağac biznesinə niyə göz yumur?

Bərdədən daxil olan məlumata görə rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın Məmmədovun başı ağac biznesinə qarışıb. İnformasiya mənbəmiz bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il qurumuş ağacların kəsilərək yenilənməsi, budanması üçün Meşə Mühafizəsi və Bərpası İdarəsinə kvota verir.
Aydın Məmmədov da nazirliyin bu kvotasından istifadə edərək meşə zolaqlarında qurumuş ağaclarla birlikdə yüzlərlə saf ağacı kəsərək müxtəlif təşkilatlara və taxta emal sexlərinə satır. Mənbəmiz qeyd edir ki, müəsissə direktoru 7 min hektarlıq Bərdə meşələrinin bir hissəsini əkin sahələri kimi istifadə edir.

Aydın Məmmədovun “məcburi köçkün” oyunu

Bundan başqa Aydın Məmmədov meşə ərazilərinin bir hissəsini məcburi köçkünlər tərəfindən zəbt edildiyini nazirliyə təqdim edərək, həmin meşə zolaqlarını müxtəlif şəxslərə “kirayə” verib. Bərdə meşələrində məskunlaşmış bir qrup məcburi köçkün əməkdaşına bildiriblər ki, Aydın Məmmədov onların adından istifadə edərək hər külli miqdarda qazanc əldə edir. Belə ki, müəssisə direktoru nazirliyin əməkdaşlarına maldarlıqla məşğul olan sahibkarları məcburi köçkün adı ilə təqdim edir. Aydın Məmmədov hazırda Bərdə meşələrinin 1000 hektara yaxın ərazisini müxtəlif şəxslərə kirayə verdiyi və onlardan hər il 40-50 min manat arası qazanc əldə etdiyi qeyd olunur.

Odun biznesi…

İnformasiya mənbəmiz bildirir ki, müəssisə direktoru qış aylarında qurumuş ağaclarla bərabər, sağlam ağaclarıda kəsərək rayonun Mədəniyyət və Turizm İdarəsinə, kənd icra nümayəndələrinə, təhsil şöbəsinə, səhiyyə idarəsinə satışını təşkil edir. Müəssisə direktoru “Təmir Tikinti R-2” MMC, “Bərdə RSR-7” və digər kiçik şirkətlər vasitəsi ilə doğranmış odunları adı çəkilən təşkilatlara satır. Əslində bu təşkilatlar son iki ildə Aydın Məmmədovdan üst-üstə 60 min manata yaxın doğranmış odun alıblar. Amma Bərdə meşə Mühafizəsi və Bərpasi Müəssisəsi direktoru gizli şəkildə doğranmış və doğranmamış odunları fiziki şəxslərə satmaqla külli miqdarda qaznac qazanır. Rayonun qazlaşdırılmayan kənd sakinləri bir maşın oduna görə Aydın Məmmədova 100 manat verdiklərini deyirlər. Mənbəmiz bildirir ki, direktor qış aylarında ən azı 500 maşın odun satır. Bu işləri isə müəssisənin meşəbəyləri, nəzarətçiləri məşğul olurlar.Aydın Məmmədov sadəcə ayın axırında öz “hesabını” götürməklə işləri onlaırn öhdəsinə buraxır. Son 3 ildə Bərdə meşələri kütləvi şəkildə seyrəlməyə başlayıb.Hətta bu məsələ Ekologiya və Təbii Sərvətlər nazirliyindədə müzakirə olunub. Məhz buna görədə nazir Hüseynqulu Bağırov meşə idarə direktorlarına göstəriş verib ki, hər il meşə ərazilərinə çoxlu sayda ağac əksinlər. Bunun üçün nazirlikdən müəyyən miqdarda vəsaitdə ayrılıb ki, münbit torpaq sahəsində ağac yetişdirilisin. İnformasiya mənbəmiz qeyd edir ki, Aydın Məmmədov hər il çoxlu sayda ting əkdirir və hazırda meşə sahələrinə ağac əkilməsinə başlayıb. Ancaq o, bu işləri həyata keçirdiyi maxinasiyaları ört basdır etmək üçün edir. Çünki Aydın Məmmədov hər il yüzlərlə ağacın “quruduğunu” və yerində yenisinin əkildiyi barədə sənədləşdirmə aparır. Ekologiya və Təbii Sərvətlər nazirliyində bəzi şəxslər yaxşı bilir ki, Bərdə meşələrinin bir hissəsi Aydın Məmmədov və digər şəxslər tərəfindən əkin sahəsi kimi istifadə olunur. Direktor hər il münbit meşə torpaqlarında 100 hektarla taxıl, yonca əkir. Həmçinin Aydın Məmmədov meşə sahlərində özünə şəxsi maldarlıq təsərürfatıda yaradıb. Burada onun 50 yaxın iri buynuzlu, 300-dən çox qoyunu olduğu deyilir.

Direktorun palıd, qaraağac, çinar biznesi…

Bundan başqa Aydın Məmmədov meşə sahələrində taxta matreallarına yarıyan çınar, qaraağac adlı ağac növlərini qurumuş adı ilə sənədləşdirərək Bərdə və Yevlax rayonlarındakı taxta sexlərinə satır. Həmin ağac matrealları isə kənd yerlərində tikinti işlərində istifadə olunur. Müəssisə direktoru çınar və qara ağaca görə 70 manat hesab alır. Amma daha bahalı ağac növü olan palıd və dəmirağacları isə 150-200 manat arasında satır. Qeyd edək ki, Bərdə Meşələrində həyata keçirilən ağac soyqırımı ilə bağlı yaxın günlərdə oxucularımıza ilgin faktlar təqdim edəcəyik.AzFakt.com.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:13 Ağac bahalı avtomobilin üstünə aşdı Bakıda aramsız yağan qar və güclü külək bəzi fəsadlar törədib. Avtolent.az-ın məlumatına görə, paytaxtın bir çox ərazilərində elektrik xətləri qırılıb və külək iri gövdəli ağacları aşırıb. Belə hadisələrdən biri də Mətbuat prospektində qeydə alınıb. İri gövdəli ağac “Lexus” markalı 90 EZ 777
20:19 Qanunsuz ovlanmış balıqların satılmasının qarşısının alınmasında ciddi çətinliklər var Nazirlik qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri 157 763 manat məbləğində cərimə edib. Bu barədə Mediaxeberleri.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirlik yol kənarında balıq məhsullarının satışını həyata keçirən şəxslərdən də danışdı: “Eyni zamanda, qanunsuz
11:37 «İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar - Nazirliyə və məhkəməyə müraciət olunur Mobil telefon bazarındakı nəzarətsizliyə bu yaxınlarda dövlət müdaxilə etmə təşəbbüsləri göstərsə də, bu problem hələ də ciddi şəkildə qalmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən qadağalar tətbiq olunmuşdu. Amma sonradan aydın oldu ki, DGK-nın hörmətli
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az