t s

» » Cahangir Hacıyev Eldar Mahmudovdan imtina etdi – MÜRACİƏT

Cahangir Hacıyev Eldar Mahmudovdan imtina etdi – MÜRACİƏT

25-12-2015, 11:45 Yazar:  Əsmər Baxılıb: 179 Çap et
Cahangir Hacıyev Eldar Mahmudovdan imtina etdi – MÜRACİƏTAzərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev son zamanlar mətbuatda barəsində gedən yazılara münasibət bildirib.

Mediaxeberleri.az
xəbər verir ki, C.Hacıyevin yaxınları tərəfindən “Report”a təqim olunan müraciətdə deyilir:

“Mətbuatda gedən informasiyalarda MBA-Moskva Bankını məhz mənim iflasa saldığımı iddia edirlər. Bu məqamda onu qeyd etmək istəyirəm ki, MBA Moskva Bankı “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə Bankı olaraq Rusiyada fəaliyyət göstərir və 2015-ci ilin mart ayına qədər bu bank göstəricilərinə görə, Rusiyanın və həmçinin Moskvanın reytinqli banklarından biri olub.

İstər yerli reytinq müəyyən edən şirkətlər olsun, istərsə də Fitch kimi beynəlxalq reytinq müəyyən edən mötəbər təşkilatlar, məhz MBA Moskva Bankını Rusiyanın reytinqli bankları arasına daxil ediblər. 2014-cü ildə bu bankın mənfəəti 20 milyon dollar civarında olub. Həmçinin, mənim zamanımda orada verilən istənilən kredit portfeli tam təminatlı olub”.

C.Hacıyev qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu banklar vasitəsilə biznes əlaqəsi olmasına dair mətbuatda yer alan iddialara da münasibət bildirib: “Qeyd etmək istəyərəm ki, Eldar Mahmudovun nə Beynəlxalq Bankla, nə də MBA Moskva Bankı ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb.

Mətbuatda gedən bu informasiyalar cəfəngiyatdır. Bir neçə gün öncə, həmçinin MBA Moskva Bankının rəhbəri Yaşar Səfərovun da adını mənimlə bağlayaraq iddia ediblər ki, guya onu bu vəzifəyə mən təyin etmişəm.

Qeyd etmək istəyirəm ki, mən 2015-ci ilin mart ayında vəzifədən azad olunmuşam, Yaşar Səfərov isə indiki vəzifəsinə 2015-ci ilin sentyabr ayında təyin edilib, ABB-nin hazırkı rəhbərliyinin təyinatıdır. MBA Moskva Bankı barəsində həm Rusiyanın, həm də “Deloitte” kimi mötəbər şirkətlərin audit aktları bir daha sübut edir ki, mənim rəhbərliyim dövründə bu bankın likvidliyi yaxşı olub, bütün illəri mənfəətlə başa vurub. Bankın yeni rəhbərliyi isə məhz törəmə şirkətlərlə səriştəsiz işlədiyi üçün 2015-ci ildə törəmə şirkətlər bu vəziyyətlə üzləşib”.

ABB-nin sabiq rəhbəri barəsindəki digər iddialara da münasibət bildirib: “Həmçinin mətuatda qeyd olunur ki, Moskvada qeydiyyatda olan bəzi şirkətlər və Zaur İsazadə Cahangir Hacıyevin benefisiarıdır. Bununla bağlı qeyd edim ki, həmin şirkətlərin və Zaur İsazadənin mənimlə əlaqəsi yoxdur, hazırda həmin şirkətlər və qeyd olunan həmin şəxs Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx şəkildə təmasdadırlar.

Həmin şirkətlər ABB və Maliyyə Nazirliyinin nəzarətindədir və Xəqani Bəşirovla əlaqəli şirkətlərdir. Hazırda da ABB və Maliyyə Nazirliyi Xəqani Bəşirovla Avropada sıx təmasda olmaqla bərabər öz aralarında benefisiarın kim olduğunu müəyyənləşdirirlər. Nəticə olaraq benefisiar məhz həmin şəxslər və qurumlardır.

Ümumiyyətlə ABB ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, 2008-ci ildə dünyada gedən qlobal böhran məhz ABB-dən də yan keçmədi. ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı.

Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi. 2013-cü ildə məhz baş prokuror ABB-nin layihələri olan şirkətlər barəsində cinayət işinə xitam verib və nəticədə bütün hüquqi sənədlər şirkətlərin özünə qaytarılıb.

Bundan sonra isə şirkətlər yenidən fəaliyyətə başlayaraq dirçəlməyə başladılar. Bir çox şirkətlər məhz ölkə ərazisində normal fəaliyyətlərini davam etdirməkdə idi. Böhrandan sonra bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Mərkəzi Bank və Maliyyə Nazirlyi tərəfindən Beynəlxalq Banka subordinasiya krediti verildi, bu kreditin əksər hissəsi isə xarici borclara və yerli layihələrin tamamlanmasına yönəldilib. Buna qədər ABB fiskal orqanlar tərəfindən hər hansı bir yardım olmayıb. Bütün likvidlik xaricdən cəlb olunan resurs hesabına əldə edilib. 2014-cü ildə ABB Avropa qiymətli kağızlar bazarına daxil olaraq 500 milyon avroluq avro bondlar buraxdı.

Çox təəssüf ki, vəzifədən uzaqlaşmağım, bu layihənin tamamlanmasına əngəl oldu. Həmçinin o da qeyd olunmalıdır ki, dünyada gedən iqtisadi tənəzzül Azərbaycandan da yan keçmədi, məhz həmin layihələrin tam fəaliyyətində ləngimələrə səbəb oldu, həmçinin ABB rəhbərliyinin dəyişilməsi, o layihələrin həyata keçirilməsini və yekunlaşdırılmasını ümumiyyətlə mümkünsüz hala gətirdi.

Əlavə olaraq, məbtuatdan xahiş edirəm ki, informasiya yaymazdan əvvəl mənbələrin mötəbərliyinə diqqət yetirsinlər və dezinformasiya yaymaqdan çəkinsinlər. İnformasiya yaymazdan əvvəl kiçik sənədli araşdırma etsələr, obyektiv həqiqətin nə olduğunu aşkar edəcəklər”.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Sabiq bank rəhbərinin qudası Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az