t s

» » Baş nazir müavinin qohumları üçün həbs təhlükəsi - şok təfərrüat

Baş nazir müavinin qohumları üçün həbs təhlükəsi - şok təfərrüat

25-12-2015, 09:08 Yazar:  Gülnar Baxılıb: 163 Çap et
Baş nazir müavinin qohumları üçün həbs təhlükəsi - şok təfərrüatƏli Əhmədovun əmisi oğlu istintaq altında

YAP-ın icra katibinin əmisi oğlunun işi hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır

"Azərpoçt" MMC-nin direktor müavini olan bacısı oğlunu isə nazir əvəzi yoxlatdırır...


2013-cü il prezident seçkisindən sonra baş nazirin müavini təyin edilən Əli Əhmədov qohumları səbəbindən yenidən hədəfə gəlib. YAP-ın icra katibi kimi də fəaliyyət göstərən Ə.Əhmədovun əmisi oğlunun işi hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır.

“Yeni Müsavat”ın məlumatına görə, saxta sənədlərin düzəldilməsində və külli miqdarda mənimsəmədə ittiham olunan Aqil Oruc oğlu Əhmədov istintaq altındadır və yaxın günlərdə iş məhkəməyə göndəriləcək. Mənbəmizin xəbərində deyilir ki, A.Əhmədov tək deyil, bir neçə nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri istintaqa cəlb edilib. Bildirilir ki, ən yaxın qohumunun istintaqa cəlb edilməsi Ə.Əhmədovu xeyli məyus edib. Çünki iqtidardakı, həm də YAP-dakı rəqibləri bunu Ə.Əhmədova qarşı istifadə edirlər və bu məsələ yuxarılarda kifayət qədər narazılıq yaradıb.



Qeyd edək ki, bundan əvvəl mediada Əli Əhmədovun qardaşı İliç Əhmədovun da dələduzluqda ittiham olunması ilə bağlı xəbərlər yayılmışdı. Onun bir neçə nəfərdən torpaq sahəsi üçün pul aldığı, sonradan isə məsuliyyətdən yayındığı deyilirdi.



Ə.Əhmədovun daha bir yüksək vəzifə tutan qohumu da onun üçün ciddi başağrısına çevrilib. Söhbət “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsini icra edən Sübhan Kazımovdan gedir.

Sübhan Kazımov Ə.Əhmədovun bacısı oğludur. Məlumdur ki, MTN-dəki qalmaqallı həbslərdən sonra Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin idarə və müəssisələrində də antikorrupsiya həbsləri başlayıb. Noyabrın 3-də “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.



Q. Bəybalayev barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib. İddialara görə, Əli Əhmədovun bacısı oğlunun yüksək posta gətirilməsinə səbəb sabiq nazir Əli Abbasov olub. S. Kazımov 2002-ci ildə “Azərpoçt” MMC-də texniki şöbənin rəisi olsa da, YAP Siyasi Şurasının üzvü Əli Abbasov nazir təyin olunduqdan (2014) az müddət sonra o, “Azərpoçt” MMC-nin baş direktor müavini olub. Poçt sahəsində çalışanlar deyirlər ki, “Azərpoçt”da baş vermiş qanunsuz əməllərdə bacı oğlunun da əli var. İddia olunur ki, baş direktorun tutulmasından sonra Ə.Əhmədov bacısı oğlunu direktor təyin etdirmək niyyətindədir. Amma rabitə və informasiya texnologiyalar naziri əvəzi Ramin Quluzadə S.Kazımovla işləməkdə o qədər də həvəsli deyil. Təsadüfi deyil ki, bir neçə gün əvvəl nazir əvəzi R.Quluzadə qəfil “Azərpoçt” MMC-yə gəlib və qurumun necə işlədiyini yoxlayıb.



Məlumata görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirliyin strukturuna daxil olan “Azərpoçtda” yoxlamalar və “təmizləmə” davam etdiriləcək. Ə.Əhmədov və bacısı oğlu isə bu prosesdən heç də uduşlu çıxmayacaq...

“Yeni Müsavat”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:32 MTN-in sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin təfərrüatları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Mediaxeberleri.az xəbər verir ki, baş Prokurorluğun
08:26 Əli Abbasovu bitirən şok səbəb Rabitə və yüksək texnologiyalar naziri də işdən qovuldu; Sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub; məlum olub ki, əsas qərarları Aparat rəhbəri Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət
09:41 «Azərpoçt»da talançılığın ifrat forması Rəhbərlik şöbələrin binasını satıb, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürüblər Mediaxeberleri.az JAM.az-ın II YAZISINI təqdim edir Bir neçə gün əvvəl «Azərpoçt» MMC-də baş vermiş dəhşətli korrupsiya halları barədə məlumat vermişdik. Həmin məlumatda onlarla poçt şöbəsinin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az