t s

» » İnsanları etiraza səsləyən aktrisa polisə müraciət etdi

İnsanları etiraza səsləyən aktrisa polisə müraciət etdi

23-12-2015, 14:36 Yazar:  Fəridə Baxılıb: 437 Çap et
İnsanları etiraza səsləyən aktrisa polisə müraciət etdiİnsanları etiraza səsləyən aktrisa: “Bilmirəm ki, niyə adımdan istifadə ediblər?
Ötən gün aktrisa Fidan Axundovanın dolların bahalaşması ilə bağlı insanları sosial şəbəkədə aksiyaya dəvət etməsi ölkə mətbuatının və ictimai medianın gündəm mövzusuna çevrilib.

Aktrisanın adına açılan profildə “Niyə yatmısınız? Niyə səsinizi ancaq “Facebook”da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur” statusu yazılıb. Daha sonra profil dondurulub.

Aktrisanın çağırışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçinin profilinin bağlanması da birmənalı qarşılanmayıb. Bəziləri aktrisanın adına açılan profilin saxta olduğunu bildirsələr də, bəziləri Axundovanın statusu yazdıqdan sonra qorxaraq profilini bağlamasına dair fikirlər səsləndiriblər.

Mediaxeberleri.az məsələ ilə bağlı aktrisa ilə əlaqə saxlayıb. Fidan Axundova heç bir sosial şəbəkədə olmadığını və adına saxta profil açıldığı üçün polisə müraciət etdiyini bildirib:
“Artıq dünən polisə müraciət etmişəm. Mən heç bir sosial şəbəkədə yoxam, mənim adıma açılan saxta profildən insanlar aksiyaya dəvət edilib. Bilmirəm ki, niyə mənim adımdan belə status yazılıb? Bütün məşhurların adından saxta profillər açırlar. Adıma açılan saxta profillərin mənə ziyanı olmadığı üçün bu məsələni ciddiyə almırdım. Daim o profillərdə haqqımda xoş sözlər yazılırdı. Efirdə dəfələrlə demişəm ki, sosial şəbəkələrdən istifadə etmirəm. Sadəcə olaraq, dünən başa düşdüm ki, saxta profillər mənə ziyan gətirir. Ona görə də hüquq- mühafizə orqanlarına müraciət etdim”.

Axundova dolların məzənnəsinin qalxmasına da münasibət bildirmək istəmədiyini qeyd edib:
“Devalvasiyanın mənə təsiri haqda danışmaq istəmirəm. Onu deyə bilərəm ki, heç bir yerə borcum yoxdur. Allaha şükür olsun”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:04 Aktrisa xalqı küçələrə axışmağa çağırdı: "Ya ölüm, ya qalım" - FOTO Gənc aktrisa Fidan Axundova manatIn növbəti devalvasiyası ilə bağlı kəskin çıxış edib. Cebhe.info xəbər verir ki, akrtisa manatın dollara nisbətdə ucuzlaşmasına etiraz əlaməti olaraq əhalini ayağa qaldırmağa çağırışlar edib: “Bakı, niyə yatmısınız? Niyə səsinizi ancaq facebookda çıxarırsız? Niyə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az