t s

» » Turist səfərlərinin qyməti kəskin artdı - BÖHRAN

Turist səfərlərinin qyməti kəskin artdı - BÖHRAN

22-12-2015, 20:52 Yazar:  Əsmər Baxılıb: 172 Çap et
Turist səfərlərinin qyməti kəskin artdı - BÖHRANÖtən gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində ölkədə fəaliyyət göstərən turizm şirkətləri bu gündən etibarən xaricə səyahət xidmətlərinin qiymətini təxminən adekvat məbləğdə qaldırıb.

"Report"un mövzu ilə bağlı turizm şirkətləri arasında keçirdiyi mini-sorğunun nəticəsində məlum olub ki, bir çox yerli turoperatorlar mövcud vəziyyətlə əlaqədar olaraq həm turların, həm də aviabiletlərin qiymətini artırıb. Şirkətlərdə artıq bron edilən turpaket və biletlərdən imtina halları da müşahidə olunur.

"OK Tours" şirkətindən bildirilib ki, bu gündən bilet və turpaketlər artıq cari valyuta məzənnələrinə uyğun olaraq yeni qiymətlə satılır: “Təbii ki, turları və biletləri dollarla sifariş etdiyimiz üçün dünənə qədər 1,05 AZN/USD məzənnəsi ilə satırdıq. Bu gündən isə hesablaşmalar artıq 1,55 AZN/USD məzənnəsi ilə aparılır. Bütün turizm şirkətlərində qiymətlər bu cür tənzimlənir. Valyutanın bahalaşması ödənişi tam həyata keçirən müştərilərə aid deyil. Ödənişin yarısını edən müştərilər isə pulun qalan hissəsini artıq yeni məzənnə ilə etməlidir. Artıq 11 nəfər bu turpaketlərdən imtina edib".

“7 Days” turizm şirkəti də bu gündən satışı yeni qiymətlə aparır: “AZAL satışı necə həyata keçirirsə, bizdə də həmin qaydalar tətbiq edilir. Dünənə qədər 50% ödənişlə satılan bir turpaketdən müştəri bu gün dolların bahalaşması səbəbindən imtina edib. Bileti bron edən zaman müştəriyə xəbərdarlıq edirik ki, məzənnə tez-tez dəyişir və bu gün sifarişlə, məsələn, 300 manata aldığı biletin qiyməti digər 50%-i ödəyənə qədər dəyişə bilər. Əslində, burada heç bir təəccüblü hal yoxdur, çünki bundan əvvəl də bütün xarici tur və biletlərin qiyməti dollar və avro ilə tənzimlənib”.

“Regea Travel” şirkəti isə qiymətlərin yeni məzənnə ilə tənzimlənməsi üçün müvəqqəti olaraq xarici turpaketlərin satışını dayandırıb: “Dünən şirkətimiz iki bilet satıb və bunun qiyməti köhnə məzənnə ilə hesablanıb. Əvvəlcədən ödəniş edənlər yox, amma bron edən müştərilərdən iki nəfər bu gün turpaketdən imtina edib. Brondan imtina edənlərin cərimə faizləri çıxıldıqdan sonra ödənişin qalan hissəsi geri ödəniləcək”.

“Millennium Tourism and Congress DMC” şirkətindən xarici turpaketlərin qiymətinin məzənnədən asılı olduğunu qeyd ediblər: “Turizm şirkətlərində qiymətlər avtomatik olaraq məzənnəyə görə dəyişir. Bundan əvvəl də qiymətləri günün məzənnəsinə uyğun tənzimləyirdik. Əgər müştərinin vaxtında etdiyi dollarla ödənişi şirkət gecikdirirsə, bu zaman valyutanın bahalaşması nəticəsində əlavə xərci də turoperator ödəyir. Müştəri 50% ödəniş etdiyi turpaketdən özü imtina etdiyi halda, hotelin və ya digər ödənişli əməliyyatların cəriməsi ödənilən vəsaitdən çıxıldıqdan sonra qalan hissəsi qaytarılacaq”.

Xatırladaq ki, dünən Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə ötən gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:51 Deputat: İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin “FES-in qərarı manatın məzənnəsinə təsir edəcək”. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun müsahibəsini təqdim edir. - Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
20:30 "Bank dollarda olan kredit ödənişini yeni məzənnə ilə tələb edə bilməz" - Açıqlama Dollarla krediti qaytaranlar əvvəlki qayda ilə ödənişi həyata keçirməkdə davam edəcək Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə məzənnəsinin dəyişikliyi ilə əlaqədar yaranmış sualların sırasında 21 fevral 2015-ci il tarixinədək banklardan götürülmüş kreditlərin hansı pul
02:03 “Hamı” azal(t)dı, bəs, AZAL? Neftin qiymətinin enməsi səbəbindən dünya hava daşımaçılığındakı ucuzlaşma tendensiyası Azərbaycandan yan keçir Beynəlxalq Hava Nəqliyyatı Asossasiyasının (İATA) hesablamalarına görə, 2015-ci il boyu aviabiletlərin qiyməti enəcək. Buna səbəb neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Aydındır ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az