t s

» » Fuad Qəhrəmanlı ekspertiza rəyləri ilə tanış olmaqdan imtina edib

Fuad Qəhrəmanlı ekspertiza rəyləri ilə tanış olmaqdan imtina edib

22-12-2015, 18:00 Yazar:  Əsmər Baxılıb: 221 Çap et
Fuad Qəhrəmanlı ekspertiza rəyləri ilə tanış olmaqdan imtina edibNardaran hadisələri ilə bağlı dövlət əleyhinə iğtişaş törətməyə çağırışda təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bu gün saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb. Bu barədə Trend-ə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, eyni vaxtda F.Qəhrəmanlı ilə görüşə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Pərviz İbayev də gedib: "Fuad Qəhrəmanlının saxlanma şəraiti və səhhəti ilə maraqlandım. Onun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Yalnız ittihamları qəbul etmir".

Vəkil bildirib ki, müstəntiq P.İbayev görüşdə F.Qəhrəmanlını istintaq materialları və Nardaran hadisələri ilə bağlı sosial şəbəkədə - facebookda - dövlət əleyhinə etdiyi çağırışların mətnlərinin ekspertiza rəyləri ilə tanış ermək istəyib. F.Qəhrəmanlı isə həmin rəylərlə tanış olmaqdan imtina edib.

Vəkilin sözlərinə görə, F.Qəhrəmanlı ailəsi ilə görüşmək istədiyini bildirib.

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:13 Baş Prokurorluq Fuad Qəhrəmanlının həbsi ilə bağlı məlumat yayıb "Fuad Qəhrəmanlının öz çağırışları ilə insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur". Bu il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az