t s

» » Vaqif Əsədov: Bu il qəzalarda 217 nəfər ölüb

Vaqif Əsədov: Bu il qəzalarda 217 nəfər ölüb

22-12-2015, 17:12 Yazar:  Fəridə Baxılıb: 247 Çap et
Vaqif Əsədov: Bu il qəzalarda 217 nəfər ölübƏn çox qəza baş verən prospektlərin adları açıqlanıb.

Bu il ərzində Azərbaycan paytaxtında baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Mediaxeberleri.az-a verdiyi məlumata görə, ötən illə müqayisədə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb.

Bu ilin əvvəlindən dekabrın 19-dək Bakı şəhərində 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 hadisə, 82 ölüm və 32 xəsarət faktı azalıb.

Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol nəqliyyat hadisələri əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib.
Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Tiblisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb.

Baş verən qəzalarda sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz , piyadaların vurulması 50,6 faiz təşkil edib.

Hesabat dövründə paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunub. Avtomobili sərxoş idarə etdiyinə görə 16359 sürücü, eləcə də avtoxuliqlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa dəvət edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:05 General: Azərbaycanda 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib DİN-də geniş kollegiya iclası keçirilib. İyulun 10-da Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
08:58 Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb (VİDEO) Dünyasını dəyişənlərdən biri yolu keçmək istəyən piyada olub Cari ildə toy karvanlarında iştirak edən sürücülərin qaydaları pozması nəticəsində 4 nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində iki nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlərdən biri yolu keçmək istəyən piyada olub. Bu
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az