t s

» » Elman Rüstəmovun oğluyla bağlı ilginc məlumat - “Baş bankirin oğlu hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi”

Elman Rüstəmovun oğluyla bağlı ilginc məlumat - “Baş bankirin oğlu hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi”

22-12-2015, 17:11 Yazar:  Əsmər Baxılıb: 195 Çap et
Elman Rüstəmovun oğluyla bağlı ilginc məlumat - “Baş bankirin oğlu hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi”Jurnalist dostumuz İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə maraqlı bir status yazıb. JAM.AZ xəbər verir ki, Facebook səhifəsində yazdığı statusunda Əhmədov başına gələnləri nəql edib.

Jurnalistin yazdıqlarını olduğu kimi təqdim edirik: “Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi.

Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?"

Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.

İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vetrolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az