t s

» » Mağazalar satışdan imtina etdi

Mağazalar satışdan imtina etdi

22-12-2015, 16:06 Yazar:  Sabina Baxılıb: 160 Çap et
Mağazalar satışdan imtina etdiPaytaxtda mağaza qıtlığı yaşanır.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində dolların məzənnəsinin 1,5511 manat miqdarında müəyyən edilməsi paytaxtın ictimai iaşə obyektlərində çaxnaşmaya səbəb olub.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS əməkdaşlarının paytaxt mağazalarında apardığı araşdırmalar nəticəsində məlum olub ki, əksər ərzaq, məişət və elektrotexnika, telefon mağazaları satışdan imtina edib və mağazalar öz fəaliyyətini dayandırıb.

Ərzaq mağazalarının sahibləri satışı dayandırmalarına səbəb kimi dolların kursunun hər gün yüksəlməsini göstərirlər.

Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.

Bunun nəticəsində manat 47% devalvasiya edib. Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5511 manatdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:51 Deputat: İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin “FES-in qərarı manatın məzənnəsinə təsir edəcək”. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun müsahibəsini təqdim edir. - Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
01:58 Devalvasiya əslində necə həyata keçirilməlidir? Bu sualın cavabı sadədir. Deməli, çox qəribə vəziyyət yaranıb. Mərkəzi Bankın (AMB) gözlənilmədən fevralın 21-i tarixində manatın ABŞ dollarına və eləcə də avroya nəzərən özünün müəyyən etdiyi məzənnəni birdən-birə 30 faizdən çox ucuzlaşlaşdırmasından sonra devalvasiya sözü “dilimizə dəb” düşüb.
20:30 "Bank dollarda olan kredit ödənişini yeni məzənnə ilə tələb edə bilməz" - Açıqlama Dollarla krediti qaytaranlar əvvəlki qayda ilə ödənişi həyata keçirməkdə davam edəcək Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə məzənnəsinin dəyişikliyi ilə əlaqədar yaranmış sualların sırasında 21 fevral 2015-ci il tarixinədək banklardan götürülmüş kreditlərin hansı pul

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az